çərşənbə axşamı 2 sentyabr 2025 - 20:57
İslam İnqilabının Ali Rəhbəri, İmam Xomeyni (r) haqqında gətirdiyi bütün sitatlar höccət və meyardır / 
Elmin inkişafı yalnız tədqiqat mərkəzlərində deyil, bilavasitə hövzənin  daxilində baş verməlidir

Hövzə / Ölkə Hövzələrinin rektoru Höccətül-İslam vəl-müslimin Ayətullah Ərafi: O, İmam Xomeyninin (r) şəxsiyyəti cüzi və qrup maraqlarına uyğun yozumlarla məhdudlaşdırılmasını tənqid edərək bildirdi: Bəzən İmam Xomeyninin (r) adı ilə bağlı az və natamam təfsirlər təqdim olunmuşdur ki, bu da onun hərtərəfli və sistemli düşüncə məcmuəsinin parlamasına imkan verməmişdir. İmam Xomeyninin (r) fikirlərini ən gözəl və ən düzgün şəkildə izah edən İnqilabın Ali Rəhbərdir. Onun İmam Xomeyni (r) haqqında gətirdiyi bütün sitatlar höccət və meyardır.

Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumata görə, Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, Hövzə idarəsinin ofisində "gənc tələbələrin evi" müəssisəsinin rəhbərliyi ilə keçirilən görüşdə çıxış edərək, müasir İran tarixində İmam Xomeyninin (r.ə) mövqeyi ilə bağlı bir sıra məqamlara toxunaraq bəyan edib: İmam Xomeyni (r) İslam aləmində nadir və təkrar olunmaz bir incidir. Onun şəxsiyyətinin dərinlikləri, elmi və mənəvi irsi, baxışları və düşüncələri haqqında nə qədər araşdırma aparılsa da kifayət deyil. Mən özüm uşaqlıqdan elə bir evdə böyümüşəm ki, atam İmama Xomeyniyə (r.ə) vurğun idi, evimizin mühitində İmam Xomeyninin (r) adı və idealları daim olubdur. Elə həmin ailəmizin tərbiyəsi nəticəsində mən daha uşaqlıq illərimdən İmam Xomeyninin (r) düşüncələri ilə tanış oldum və ona olan sevgi qəlbimdə kök saldı.

Baxın: 
"Gənc tələbələrin evi" müəssisənin üzvləri Ayətullah Ərafi ilə görüşündən görüntülər


Ölkə Hövzələrinin rektoru uşaqlıq və gənclik xatirələrinə toxunaraq deyib: Uşaqlıq illərimdə mən elə bir mühitdə yaşayırdım ki, o zaman İmam Xomeyni (r) sürgündə idi və zahirən onun geri dönməsi üçün heç bir ümid ehtimal olunmurdu. Pəhləvi rejiminin ölkə üzərindəki hökmranlığı, təzyiq, işgəncə və sıxıcı mühiti o qədər güclü idi ki, kimsə dəyişiklik üçün yol qaldığına inanmırdı. Lakin hövzələrin daxilində və hər bir tələbənin qəlbində İmam Xomeyniyə (r) olan məhəbbət coşub-daşırdı. Bu isə izaha olunmayan, zahiri hesablamalarla açıqlanması mümkün olmayan heyrətamiz və ilahi bir təzahür idi.

İslam İnqilabının Ali Rəhbəri, İmam Xomeyni (r) haqqında gətirdiyi bütün sitatlar höccət və meyardır / 
Elmin inkişafı yalnız tədqiqat mərkəzlərində deyil, bilavasitə hövzənin  daxilində baş verməlidir

İmam Xomeyni (r) İslam dinini sivilizasiyalı, əhatəli və təsir gücünə malik bir din kimi təqdim etmişdir 

Fəqihlərin Nəzarət Şurasının üzvü bildirib: İmam Xomeyni (r) o illərdə böyük bir dönüşə ümid oyada bilən yeganə şəxsiyyət idi. Halbuki, Məşrutə hərəkatından tutmuş neftin milliləşməsi hərəkatına qədər bütün İslam cərəyanlarının təcrübələri məğlubiyyətlə nəticələnmiş, hətta inqilabçılar və ruhanilər də ümidsizlik və məyusluğa düçar olmuşdular. Məhz belə bir şəraitdə İmam Xomeyni (r) yeni çıxış yolları açdı və İslamı yalnız fərdi və ya ibadi müstəvidə deyil, sivilizasiyanı formalaşdıran, əhatəli və cərəyan yaradan bir din kimi təqdim etdi. O, inanırdı ki, İslam dini bəşəriyyət miqyasında sivilizasiya səviyyəsində dünyanın yenidən qurulmasına qadirdir.

Bəzən İmam Xomeyninin (r) adı ilə bağlı az və natamam təfsirlər təqdim olunmuşdur ki, bu da onun hərtərəfli və sistemli düşüncə məcmuəsinin parlamasına imkan verməmişdir. İmam Xomeyninin (r) fikirlərini ən gözəl və ən düzgün şəkildə izah edən İnqilabın Ali Rəhbərdir. Onun İmam Xomeyni (r) haqqında gətirdiyi bütün sitatlar höccət və meyardır.

Rəhmətlik İmam Xomeyninin (r) şəxsiyyət və rəhbərliyində üç əsas ünsür

Ayətullah Ərafi, Rəhmətlik İmam Xomeyninin (r.ə) şəxsiyyət və rəhbərlik xüsusiyyətlərini xatırladaraq bildirib:
İmam Xomeyninin (r) varlığında üç əsas ünsür cəmlənmişdi: Birincisi Quran, sünnə və fiqhə əsaslanan möhkəm intellektual baza və geniş siyasi nəzəriyyə olmuşdur. ikincisi İran və dünya reallıqlarının dəqiq tanınması olmuşdur. Üçüncüsü isə əməl meydanına daxil olmaq və dəyişiklik yaratmaq üçün cəsarət və ümid. Bu unikal birləşim yalnız İmam Xomeynidə (r) mövcud idi və onu müasir İslam tarixində bənzərsiz bir şəxsiyyətə çevirmişdi.

O, həmçinin İmam Xomeyninin (r) qlobal baxışına işarə edərək qeyd etdi: İmam Xomeyni (ə) elə bir zamanda mübarizə aparırdı ki, bir çoxları hətta məhdud çərçivədə belə hərəkət etməyi düşünmürdülər. Amma  İmam Xomeyni (r) müdrik və uzaqgörənliyi ilə yeni bir dünyanın başlanğıcını qoydu. Onun Qum elmi hövzəsindəki çıxışları, xüsusilə Feyziyyə mədrəsəsində tarixi çıxışı müasir tarixdə dönüş nöqtəsi oldu. Hətta xarici analitiklər, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi belə hesab edirdi ki, bu sözlər böyük bir alimlər qrupunun məsləhətləşməsinin nəticəsidir. Halbuki, İmam Xomeyni (r) heç kimə bel bağlamadan və söykənmədən yalnız öz dahiliyi, ilhamı və uzaqgörənliyi ilə həmin çıxışları etmişdi.

İmam Xomeyni (r) İslam hərəkatlarının ardıcıl məğlubiyyətlərini aradan qaldırdı

Ayətullah Ərafi vurğuladı: İmam Xomeyni (r) İranda baş vermiş İslam hərəkatlarının ard-arda yaşadığı bütün məğlubiyyətləri geridə qoymağı bacardı və düşüncə ilə əməli birləşdirərək İran xalqını böyük İslam İnqilabının qələbəsinə doğru yönəltdi. Şübhəsiz ki, İmam Xomeyniyə (r) olan sevgi onun şəxsiyyətinin əzəmətindən və hərtərəfli baxışından qaynaqlanırdı və bu sevgi xalqın, xüsusilə də hövzə və universitetlərin gənc nəslinin qəlbində coşub-daşırdı.


İmam Xomeyni (r) düşüncəsinin yenidən oxunmasının zəruriliyi

Ölkə Hövzələrinin rektoru, İmam Xomeyninin (r) düşüncəsini əhatəli şəkildə dərk etməyin və onun məktəbini yenidən oxumağın vacibliyini vurğulayaraq qeyd etdi: Bu gün də İslam hərəkatı dövründə olduğu kimi, cəmiyyətin və hövzələrin İmam Xomeyninin (r) ruhuna və uca baxışına ehtiyacı var.


Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü  isə İmam Xomeyninin (r) müasir İran və İslam dünyasında bənzərsiz roluna toxunaraq dedi: O dövrdə bölgə və İslam dünyası Qərbin və din əleyhinə cərəyanların təsiri altında idi. Sosial elmlərdə hakim olan nəzəriyyələr isə dinin və dini siyasətin sonunu elan edirdi. Belə bir şəraitdə İmam Xomeyni (r) önə çıxdı. Qum şəhərinin daxilindən, bütün məhdudiyyətlərə və həmin dövrün qapalı mühitinə baxmayaraq, İslam dünyasına yeni bir üfüq açan misilsiz bir hadisə idi.

Müasir fiqh və əlavə fəlsəfələr kimi layihələri hövzənin daxilində həyata keçirmişik və bu layihələrin əksəriyyəti ağır inzibati strukturlara ehtiyac duymadan, yalnız müəllimlərin və tələbələrin elmi potensialına söykənərək inkişaf edir.

Cəmiyyətin hər bir zaman İmam Xomeyninin (r) düşüncəsinə ehtiyacı var 

O əlavə etdi: Bu təcrübənin ruhu bu gün də bizə gərəkdir. Qarşıdakı dəyişikliklər həm imkanlarla, həm də təhlükələrlə doludur və bu şəraitdə cəmiyyət və hövzə hər bir zaman İmam Xomeyninin (r) düşüncə və mədəniyyətinə ehtiyac duyur. Təəssüf ki, bu ruh və uca baxış inqilabi cərəyanlar arasında hələ də yetərincə güclü şəkildə əks olunmur.

Ölkə Hövzələrinin rektoru İmam Xomeyninin (r) şəxsiyyətini az və natamam şəkildə məhdudlaşdırılmasını tənqid edərək vurğuladı: Bəzən İmam Xomeyninin (r) adı ilə bağlı məhdud və natamam təfsirlər təqdim olunmuşdur ki, bu da Onun hərtərəfli düşüncə sisteminin parlamasına imkan verməmişdir. İmam Xomeyninin (r) fikirlərini ən gözəl və ən düzgün şəkildə izah edən şəxs İnqilabın Ali Rəhbərdir. Onun İmam Xomeyni (r) haqqında gətirdiyi bütün sitatlar höccət və meyardır.

Ayətullah Ərafi, İmam Xomeyni (r) ilə şəxsi ünsiyyət xatirələrindən danışaraq dedi: Mən dəfələrlə onun çıxışlarını, xüsusilə də inqilabdan əvvəlki dövrdəki nitqlərini dinləmişəm və hər dəfə dərin təsir almışam. İmam Xomeyninin (r) əxlaqı, fiqhi və mənəvi bilikləri hövzəyə və cəmiyyətə ötürülməlidir. Şükür ki, bu sahədə müxtəlif qurumlar fəaliyyət göstərirlər, lakin hövzə daxilində İmam Xomeyniyə (r) olan bağlılıq və onu hərtərəfli tanıma daha da gücləndirilməlidir.

Ali Hövzə Şurasının üzvü qeyd etdi: Bu səylər yalnız keçmişin yenidən tanınması üçün deyil, həm də inqilabın və hövzənin gələcək yolunu işıqlandırmaq üçündür. Buna görə də İmam Xomeyni (r) barədə aparılan elmi araşdırmalar və ictimai diskursu formalaşdıran fəaliyyətlər strateji, zəruri və təqdirəlayiqdir.

İslam İnqilabının Ali Rəhbəri, İmam Xomeyni (r) haqqında gətirdiyi bütün sitatlar höccət və meyardır / 
Elmin inkişafı yalnız tədqiqat mərkəzlərində deyil, bilavasitə hövzənin  daxilində baş verməlidir

Hövzə ilə İslam İnqilabının qarşılıqlı rolu

Ölkə Hövzələrinin rektoru çıxışının davamında hövzə ilə İslam İnqilabının qarşılıqlı roluna toxunaraq qeyd edib: Ruhanilik, İslam İnqilabının və İslam Respublikasının formalaşmasında bənzərsiz bir rol oynamışdır. Eyni zamanda inqilab da hövzələrdə geniş dəyişikliklər yaratmışdır. Bu gün hövzə misilsiz imkanlar və təhdidlər qarşısında durub və gənc tələbələr bu imkanları və təhdidləri dərindən dərk etməlidirlər.

O, bu imkanların izahında əlavə etdi: İslam İnqilabının bərəkəti hövzənin qarşısında saysız-hesabsız yollar açmışdır. Bu gün qlobal səhnə böyük fürsətlərlə doludur, lakin biz onlardan yalnız məhdud bir hissəsindən istifadə edə bilmişik. Halbuki, İslam İnqilabı təkcə sırf müqavimət ilə kifayətlənməyib, nüfuz dairəsini bütün Afrika və dünyanın digər bölgələrinə qədər genişləndirmək potensialına malikdir.

Rəsmi strukturlar, zəruri olmaqla yanaşı, cihad ruhiyyəsini və sərbəst təşəbbüsləri zəiflətməməlidir. Necə ki, İslam İnqilabının Ali Rəhbər də dəfələrlə vurğulamışdır: Xalq kütlələrinə, müstəqil qruplara və azad elmi cərəyanlara diqqət həmişə prioritet olmalıdır.

Elmi Hövzələrin beynəlxalq olmasının zəruriliyi

Ayətullah Ərafi hövzələrin beynəlxalq səviyyəyə çıxmasının vacibliyini vurğulayaraq dedi: Bu gün dünya səkkiz milyarddan artıq əhalisi ilə qarşımızdadır və hövzə bu dünyanın dərinliklərini daha yaxşı tanımalıdır. Təəssüf ki, bu imkanlardan bizim payımız çox azdır, halbuki saysız-hesabsız fürsətlər mövcuddur və bu fürsətlərin mərkəzi və əsas dayağı İmam Xomeyninin (r) düşüncəsidir.

O əlavə etdi: Bu imkanların yanında hövzə və ruhaniliyi hədəf alan böyük təhlükələrin mövcud olması ilə yanaşı xarici düşmənçiliklər və daxili çətinliklər də vardır. Əgər bu təhdidlərə qarşı səhlənkarlıq etsək ciddi zərərlər görəcəyik. Buna görə də bu gün hövzələr əvvəlki illərdən də çox İmam Xomeyninin (r) düşüncələrinin yenidən oxunmasına, onun məktəbi ilə bağlılığa və Ali Rəhbərin göstərişlərindən bəhrələnməyə ehtiyac duyur.

Bənzərsiz fürsətlər və nadir təhdidlər / Hövzənin gənc nəsli tərəddüdsüz fəaliyyətə başlamalıdır

Ölkə Hövzələrinin rektoru hazırkı vəziyyəti izah edərək bildirdi: Son üç-dörd ildə hövzənin və ruhaniliyin gələcəyi barədə müzakirələr başlanmışdır. Hövzənin gələcəyi misilsiz imkanlarla yanaşı, nadir rast gəlinən təhdidlər ilə qarşı qarşıyadır. Gənc nəsil tərəddüd etmədən bu meydanda yer almalıdır.

Ayətullah Ərafi vurğuladı ki, hövzələr bu gün həm qlobal imkanlar həm də ciddi daxili və xarici təhdidlər qarşısındadır və bunlara yalnız strateji yanaşma ilə cavab vermək mümkündür.

O, Qərb mərkəzlərinin ruhanilik və İslam İnqilabı əleyhinə apardıqları davamlı fəaliyyətlərə diqqət çəkərək dedi: Düşmənlərimiz Qərbdəki tədqiqat mərkəzlərində və beyin mərkəzlərində illərdir hövzə və ruhanilik üzərində dərindən işləyirlər. Onlar İslam İnqilabına və İslam Respublikasına zərbə vurmaq üçün layihələr hazırlayır, bu layihələri güc mərkəzlərinə bağlayaraq ruhanilik və inqilab üzərində təzyiq vasitəsi kimi istifadə edirlər.

Ali Hövzə Şurasının üzvü  əlavə etdi: Hövzənin gələcəyi tarixdə misli görünməmiş imkanlarla yanaşı, nadir rast gəlinən təhdidlərlə də üz-üzədir. Bu günkü nəsil bu reallığı dərindən dərk edərək meydanda olmalıdır. Təəssüf ki, imkanlardan lazımınca faydalanmamışıq. Mən son 40 ildə müxtəlif ölkələrə səfərlərim və müşahidələrim zamanı bunun çoxlu nümunələrini görmüşəm. Düşmənlər ruhanilik üzərində dəqiqliklə və ağılla çalışıblar, biz isə mövcud vəziyyətə uyğun addımlar atmaqda yetərincə fəal olmamışıq.

Hövzənin gələcəyi, bənzərsiz və dəyərli imkanlara sahib olmaqla yanaşı, nadir rast gəlinən təhdidlərlə  üz-üzədir və hövzənin gənc nəsli tərəddüd etmədən meydana çıxmalıdır.

Cihad ruhiyyəsinin və azad təşəbbüslərin zəiflədilməsinin qadağan olunması

Ayətullah Ərafi çıxışının davamında hövzədə strukturlaşmanın əhəmiyyətinə toxunaraq dedi: Rəsmi strukturlar zəruri olmaqla yanaşı cihad ruhiyyəsini və sərbəst təşəbbüsləri zəiflətməməlidir. Necə ki, İslam İnqilabının Ali Rəhbəri də vurğulamışdır: Xalq kütlələrinə, müstəqil qruplara və azad elmi cərəyanlara diqqət həmişə prioritet olmalıdır. Çünki özünəməxsus və içdən gələn təşəbbüslər hövzə və cəmiyyətdə təsir gücünə malik böyük bir potensiala sahibdir.

Ölkə Hövzələrinin rektoru bu təşəbbüslərdən nümunələr göstərərək əlavə etdi: Son illərdə hövzədə təqribən 50 özünəməxsus və azad təşəbbüs müəyyənləşdirilmiş və dəstəklənmişdir. Onların bəziləri İslam həyat tərzi, beynəlxalq təbliğat və cihad fəaliyyətləri kimi müxtəlif sahələrdə mühüm təsirlər göstərmişdir. Bu cərəyanlar mütləq gücləndirilməlidir və biz də imkanlarımız çərçivəsində, hərçənd məhdud olsa da onlara dəstək göstərməyə çalışmışıq.

Ayətullah Ərafi həmçinin hövzənin elmi yanaşmasına diqqət çəkərək bildirdi: Biz hövzədə elmin inkişafına təkcə inzibati araşdırma mərkəzlərinin çərçivəsində deyil, bilavasitə hövzənin öz daxilində reallaşdırmağa çalışırıq. Bu səbəbdən müasir fiqh və əlavə fəlsəfələr kimi layihələri hövzənin daxilində icra edirik. Bu layihələrin çoxu ağır inzibati strukturlar olmadan yalnız müəllimlərin və tələbələrin elmi potensialına əsaslanaraq inkişaf edir.

İslam İnqilabının Ali Rəhbəri, İmam Xomeyni (r) haqqında gətirdiyi bütün sitatlar höccət və meyardır / 
Elmin inkişafı yalnız tədqiqat mərkəzlərində deyil, bilavasitə hövzənin  daxilində baş verməlidir

"Gənc tələbələrin evi" müəssisəsində strateji bir tövsiyə

Ölkə üzrə Elmi Hövzələrin rektoru İmam Xomeyni (r) fikirləri ilə hövzənin daha sıx bağlı olmasının zəruriliyini vurğulayaraq əlavə etdi: Ən mühüm təkliflərdən biri budur ki, "gənc tələbələrin evi" müəssisəsi, hövzənin etibarlı bir mərkəzi kimi İmam Xomeyni (r) düşüncəsinin təbliği istiqamətində tanınsın. Bu mərkəz, tələbələr və ruhanilər arasında İmam Xomeyninin (r) fikirlərini izah etmək və yaymaq sahəsində xüsusi bir missiya yerinə yetirə bilər. Bununla da cəmiyyət üzərində mühüm təsir göstərə bilər. Bu qurumun müstəqilliyi qorunduğu halda, elmi hövzə mədrəsələri ona təsirli və müəyyən olunmuş dəstək göstərə bilərlər.

Ayətullah Ərafi çıxışının sonunda vurğuladı: İmam Xomeynini (r) tanımaq və onun düşüncələrini təbliğ etmək danılmaz bir zərurətdir. Biz daim İmam Xomeyninin (r) ideyalarına qayıdış yolunda hərəkət etməliyik ki, hövzə və ruhanilik mövcud təhdidlər qarşısında dayana bilsin və qarşıdakı böyük imkanlardan maksimum faydalana bilsin.

Xəbərin sonu

Rəyiniz

You are replying to: .
captcha