Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumatına əsasən, Qum İslam Elmləri və Mədəniyyəti Tədqiqat Mərkəzinin elmi heyət üzvü Şərif Ləkzayi “Maarif radiosunda"çıxışı zamanı İmam Musa Sədrin sivilizasiya düşüncəsinin xüsusiyyətlərini izah edərək bildirib: Bəzi xüsusiyyətlər məsələn, dinə əsaslanmaq digər İslam mütəfəkkirlərində də mövcud idi, lakin İmam Musə Sədrin fərqləndirici cəhəti onun İslam dünyası və Qərb sivilizasiyası barədə dərin məlumatı və şəxsi təcrübəsi idi. O, bir çox mütəfəkkirlərdən fərqli olaraq, yalnız nəzəriyyəçi deyildi, əksinə praktiki və yaşanmış təcrübəyə əsaslanaraq təhlil edir və həll yolları təqdim edirdi.
Ləkzayi çıxışının digər bir hissəsində İmam Musa Sədrin sionist rejimə qarşı mövqeyinə toxunaraq dedi: İmam Musə Sədr Livanı bir sivilizasiya məkanı hesab edir və inanırdı ki, bu bölgə Qərb sivilizasiyasına qarşı yeni İslam sivilizasiyasının doğuluş məkanıdır.
O əlavə edib: Onun baxışına görə, İsrail bölgədəki bütün münaqişələrin mənbəyi və “mütləq şərdir". Bu mövqeyin səbəbi isə odur ki, İsrail heç vaxt danışıqlara razı olmur və heç bir razılaşmaya sadiq qalmır. O, əsərlərində İsrailin BMT-nin 400-dən çox qətnaməsini pozmasına işarə etmişdir. İmam Musa Sədrin nəzərində İsraillə sülhün mənası yoxdur və xalqların qarşısında yalnız iki yol mövcuddur: Təslim olmaq və müqavimət göstərmək.
Bu proqramda həmçinin İmam Musa Sədrin iqtisadi düşüncəsinin yönlərinə də toxunuldu. Bəzi böyük alimlərin yalnız İslam iqtisadiyyatı sahəsində nəzəriyyəçi olmalarının əksinə olaraq, İmam Musa Sədr bu baxışları həm də Livanda həyata keçirmişdir. Onun fəaliyyətlərindən bəzilərinə şiə qızları üçün xalça toxuculuq emalatxanasının açılması, tibb bacıları məktəbinin təsisi və Cəbəl Amil sənaye məktəbinin qurulması daxildir ki, bunlar Livan şiələrinin mövqeyinin yüksəldilməsində mühüm rol oynamışdır.
Doktor Ləkzayi çıxışının davamında dövlətlərin İmam Musa Sədrin qaçırılması məsələsinin izlənilməsi ilə bağlı məsuliyyətlərinə toxunaraq dedi: O, “ mütləq şər” adlı kitabında vurğulamışdır ki, bu məsələdə dövlətlər hərtərəfli səy göstərməyə məsuldur. Bu əsasla, həm Livan dövləti İmam Musa Sədrin Livan şiələri arasında rəhbərlik mövqeyinə görə, həm də İran dövləti onun vətəndaşlığı və elmi-fəlsəfi mənşəyinə görə bu işi izləmək öhdəliyinə malikdirlər.
O, bu işin izlənilməsi prosesində üç mühüm tarixi mərhələyə işarə etdi:
İslam İnqilabının qələbəsinin başlanğıcı və İmam Xomeyninin (r) qətiyyətli reaksiyası; İmam Xomeyni Qəzzafi ilə görüşün şərti kimi İmam Musa Sədr məsələsinin həllini irəli sürmüşdü.
İslahatlar dövrü hərçənd müəyyən əlaqələr quruldu, lakin arzuolunan nəticə əldə olunmadı.
Müharibədən sonrakı mərhələ, müharibə ilə bağlı məsələlər bu işin izlənilməsi prosesini kölgədə qoydu.
İslam Elmləri və Mədəniyyəti Tədqiqat Mərkəzinin elmi heyət üzvü çıxışının sonunda vurğuladı: Dövlətlər dünyanın istənilən nöqtəsində öz vətəndaşlarının taleyinə görə məsuliyyət daşıyırlar. İmam Musa Sədrin məsələsi təkcə milli yox, həm də beynəlxalq bir məsələdir ki, onun taleyinin aydınlaşdırılması üçün bütün imkanların və potensialların səfərbər olunmasına ehtiyac vardır.
Xəbərin sonu
Rəyiniz