Hövzə Xəbər Agentliyinin məlumatına əsasən, Həzrət Ayətullah Cavadi Aməli bir çıxışında "Uca Allahın qələmə and içməsi" və ruhaniyyətin mədəni və elmi sahələrdəki funksiyası barədə danışıb və demişdir:
"Ruhaniyyət elə bir iş görüb və görür ki, Uca Allah onun mədəniyyət məhsuluna and içir. Allah aya and içdi, günəşə and içdi, hər hansı bir faydalı şeyə and içdi, amma kitab, yazı, yazılı əsərlər, qələm və qələm ilə yazılanlara dair açıqca belə and içdi: "ن وَ القَلَمِ وما یسطرون". 'Nun və qələm və yazdıqları şeylərə and olsun.' Yəni, qələmə and olsun və o yazdıqlarına and olsun. Heç kəs, (Uca Allah qorusun ) qələm əlinə alıb batil yazmasın, yalan yazmasın, böhtan yazmasın. Qələm Qurani Kərimi tərifləyir və yazı da Qurani Kərimi tərifləyirbvə Allah buna and içir ki, bu, faydalı olsun. Bu, təkcə bir misaldır, müəyyən bir təyinat deyil. Əgər bir alim dərs deyirsə, amma yazı yazmırsa, əgər bir alim təbliğ edirsə, amma yazılı əsərlər yaratmırsa, əgər bir alim rəhbərlik edir, amma qələm əlinə alıb heç nə yazmırsa, Allah onun sözlərinə və dediklərinə and içir. İfadə və yazı arasında heç bir fərq yoxdur, dil və qələm arasında heç bir fərq yoxdur, söz və yazı arasında heç bir fərq yoxdur; çünki hər ikisi işıqlı və elmli olub, cəmiyyəti oyandırır.
Suruş Hidayət, Cild 8, səh. 56
Rəyiniz