Höccətül-İslam vəl-müslimin Əhməd Mərvi, bu gün səhər Həzrət Məsumə (s.ə)-nin mövludu və kəramət on günlüyünün başlanğıcı münasibətilə təşkil olunan mərasimdə, Həzrət Məsumə (s.ə.)-nin müqəddəs hərəmində etdiyi çıxışda bildirdi: “İmam Rza (ə) bir rəvayətdə buyurur ki, mömin, o zaman həqiqi iman mərtəbəsinə çatır ki, onda Allahdan bir sifət, Peyğəmbərindən (s) bir sifət və İmamından bir sifət olsun.”
O əlavə edib ki, möminin imamından götürməsi vacib olan sifət – çətinliklər qarşısında səbir, dözüm və möhkəm dayanmaqdır. Allah Təala Qurani-Kərimdə buyurur ki, əgər bir mömin din və imanı uğrunda səbir və davamlılıqla bəzənərsə, Allah ona bol nemət və su ilə sirab edər . Əks halda, zəiflik, azğınlıq və haqq yoldan yayınma göstərərsə, onu artmaqda olan bir əzab gözləyir.”
İmam Rza (ə) hərəminin müdiri bildirib ki, bir çox azğınlıqların kökü ictimaiyyətin, xüsusən də nüfuzlu təbəqələrin səbir göstərməməsi və möhkəm olmamasıdır.
O deyib: “Ali Rəhbər, İmam Sadiq (ə)-ın şəhadət ildönümündə etdiyi çıxışda, hicri 70 və 140-cı illərdə baş verən tarixi təcrübələri xatırladaraq acı və ibrətamiz bir həqiqəti vurğuladı. Buyurdu ki, səbir etməmək, yersiz etirazlar, yanlış təhlillər və ağzıbağlı olmamaq təkcə fürsətləri yandırmadı, həm də sivilizasiya prosesindəki təbii dəyişiklikləri onilliklər və əsrlər geri saldı.”
Əlavə edib ki, İmam Sadiq (ə) buyurur: “Əgər insan tələskənlik girdabına düşməsəydi, həlak olmazdı.”
O əlavə edib: “Cəmiyyətin seçkin təbəqəsi dərin sosial dərkə malik olmalıdır. Çünki tələsik təhlillər, yerində olmayan etirazlar və vaxtsız mövqelər təkcə bir strateji səhv deyil – onlar tarix boyu inqilab, sistem və xalqa ağır nəticələr yükləyir, sistemin və inqilabın sosial nüfuzunu və gücünü zəiflədir.”
Höccətül-İslam vəl-müslimin Mərvi, vurğulayaraq bildirib ki: Heç bir təhlil, nə qədər məntiqli və mülayim görünsə də, sistemin əsas dayaqlarını, yəni onun ən böyük güc mənbəyi olan milli və dini sərmayələri hədəf almamalıdır.
O əlavə edib: Hər bir fikir və təhlil, Rəhbərin meyarları ilə ölçülməlidir. Çünki Müqəddəs İnqilab Rəhbəri daim aydın və bəsirətli dildə xalqı doğru yola yönəldir. Cəmiyyətə istədiyimiz kimi və şəxsi zövqə əsaslanan müxtəlif təhlillər təqdim etməyə ehtiyac yoxdur.
İmam Rza (ə) hərəminin müdiri qeyd edib ki, Həzrət Məsumə (s.ə) Allahın vəlisinin yolunda səbir və möhkəmliyin bariz nümunəsidir və əlavə edib: Onun Mədinədən Xorasana hicrət etməsinin əsas məqsədlərindən biri – Allahın vəlisi İmam Rzanın (ə) qüdrətini və məqamını önə çıxarmaq idi.
O vurğulayıb ki, Həzrət Fatimə Məsumə (s.ə) Şiə məzhəbinin yayılmasında ali məqama sahibdir.
Cənab Mərvi deyib: "Rəvayətdə gəlir ki, biz İmam Sadiqin (ə) hüzurunda idik və o zaman Həzrət Fatimə Məsumə (s.ə) haqqında söhbət açıldı, halbuki hələ İmam Kazım (ə) dünyaya gəlməmişdi.
Höccətül-İslam Mərvi əlavə edib ki, Həzrət Məsumə (s.ə) hicrət zamanı çoxlu çətinliklərə dözdü və bu yolda uca məqama çatmaq üçün həyatını fəda etdi. Onun mübarək canı, məsum imama və vilayət cəbhəsinə xidmət yolunda qurban oldu.
Daha sonra deyib: Həzrət Məsumə (s.ə) vasitəsilə çoxsaylı elmi, siyasi və sivilizasiya yönümlü təsirlər meydana gəlib. Bunlardan biri də, onun imamət və vilayət yolundakı səbrinin bərəkəti ilə baş verən İslam İnqilabıdır.
İmam Rza (ə) hərəminin müdiri daha sonra bildirib:
Kimsə imamından qabağa düşsə, onun aqibətinin yaxşı olacağı bəlli deyil. Həzrət Məsumənin (s.ə) mesajı: dinin yolunda səbir və möhkəmlik göstərmək və cəmiyyətin öz imamının ardınca hərəkət etməkdir. Bu gün də, müdrik və uzaqgörən İnqilab Rəhbəri nəyi vacib sayırsa, biz də onun ardınca getməliyik. Təhlil və mövqe bildirdikdə əsas meyar zamanın vəlisinin mövqeyi və bəyanatları olmalıdır.
Rəyiniz