cümə axşamı 1 may 2025 - 12:45
Həzrət Məsumə (s.ə) bu günkü inqilabçı mömin qadın üçün bir nümunədir.

Hövzə / Höccətül-İslam Fatemi Nejad Həzrət Məsumənin (s.ə) şəxsiyyətinin müxtəlif cəhətlərini təhlil edərək onun iman, elm və vilayətə itaət sahəsində nümunəvi roluna təkid edərək və belə vurğuladı: Əhli-Beytin (ə.s) əzizi xanım Həzrət Məsumə (s.ə), Əhli-Beyt məktəbində bəsirətli alim və inqilabçı qadın obrazının simvoludur.

Höccətül-İslam Fatemi Nejad Hövzə Xəbər Agentliyinə verdiyi müsahibədə bildirib:
Həzrət Məsumənin (s.ə) şiə düşüncə sistemi daxilində istisna roluna diqqət edərək dedi: Həzrət Məsumə (s.ə) təkcə İmam Musa ibn Cəfərin (ə.s) qızı və İmam Rzanın (ə.s) bacısı deyildir; O, Əhli-Beytin (ə.s) kəlamlarında 'alimə', 'mühəddisə' və 'kərimə' kimi təqdim olunmuşdur. O, ağıl, din və iman baxımından "əl-məraətul-kamilə" kamil qadının bariz nümunəsidir.

O, Həzrət Məsumənin (s.ə) məşhur ziyarətnaməsinə toxunaraq əlavə etdi:
Bu ziyarətnamə nadir nümunələrdəndir ki, birbaşa Məsum İmam tərəfindən nəql olunmuşdur; İmam Rza (ə.s) onu bizə çatdırmışdır. Ziyarətnamədə yer alan 'Ya Fatimə, mənim üçün cənnətdə şəfaətçi ol' kimi yüksək ifadələr, Həzrətin Allah-Təala yanında şəfaət, təharət və yüksək yaxınlıq məqamına işarədir.

Vilayəti dəstəkləmək naminə hicrət

Höccətül-İslam Fatemi Nejad Həzrət Məsumənin (s.ə) tarixi hicrətinə toxunaraq bu səfəri şiə tarixinin ən mühüm mədəni-siyasi hicrətlərindən biri kimi dəyərləndirdi və dedi: Həzrət Məsumə (s.ə) Abbasilər dövrünün çətin şəraitində, bütün təhlükələrə baxmayaraq, qardaşı və imamı ilə görüşmək üçün Xorasana doğru yola çıxdı. Bu hicrət sadəcə ailəvi bir səfər deyildi, vilayət xəttinə sadiqliyin və zamanın zalımına qarşı dirənişin açıq bir bəyanı idi.

O əlavə etdi ki: Həzrət Məsumə (s.ə) bu hicrəti ilə vilayət mesajını Mədinədən Quma qədər gətirdi və orada yerləşməklə Qumu elm, təfsir, hədis və irfan mərkəzinə çevirdi. Bu gün bu şəhər, həmin müqəddəs xanımın bərəkətli varlığı sayəsində Əhli-Beyt (ə.s) hərəmi, 'inti­zar universiteti' və İslam İnqilabı düşüncəsinin beşiyi olmuşdur.

Həzrət Məsumə (s.ə) bu günün mömin qadını üçün nümunə

 Dini ekspert Həzrət Məsumənin (s.ə) bu günün qadınları üçün nümunəvi roluna toxunaraq belə dedi: Elə bir dövrdə ki, bir çox qadınlar elmi və mədəni sahələrdən uzaq saxlanılırdı, Həzrət Məsumə (s.ə) 'alimə', 'mühəddisə' və 'hədis rəvayətçisi' kimi cəmiyyətdə yüksək elmi mövqeyə sahib idi. O, çağdaş müsəlman qadın üçün diri və canlı bir nümunədir:  imanlı, bəsirətli, iffətli və eyni zamanda ictimai və fikri meydanlarda fəal bir qadın obrazıdır.

O vurğuladı: Həzrət Məsumə (s.ə) kimi mömin bir qadın da dini kimliyini qorumaqla yanaşı, cəmiyyət içində təsirli və fəal rol oynaya bilər. Onun hicrəti bu həqiqətin açıq sübutudur. Qadın İslam sistemində həm maarif daşıyıcısı, həm də onun yayımçısı ola bilər.

Ziyarət, bir maarif və irfan yolu

Fatemi Nejad Həzrət Məsumənin (s.ə) ziyarətinin əhəmiyyətinə toxunaraq dedi: Əhli-Beyt (ə.s) baxımından Həzrət Məsumənin (s.ə) ziyarəti, məsumların ziyarəti səviyyəsində dəyərləndirilir. İmam Rza (ə.s) buyurur: ‘Kim onu haqqını tanıyaraq ziyarət etsə, cənnət ona vacib olar.’ Bu ifadə sadə bir cümlə deyil, Allahın bu əzəmətli xanıma xüsusi bir məqam verdiyinə işarədir.

Sonda əlavə etdi: Həzrət Məsumənin (s.ə) ziyarəti sadəcə bir imamzadəni ziyarət etmək deyil, bu ziyarət insanı imamı tanımağa, vilayəti dərk etməyə və tövhidə yaxınlaşdıran bir maarif və irfan yoludur.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha