cümə axşamı 1 may 2025 - 22:31
Sionistlər İranlı ailələri dağıtmaq məqsədi ilə qadınları pis yola çəkməyə çalışırlar.

Hövzə/ Xanım Məsumənin (s.ə) müqəddəs hərəminin xətibi  bildirib ki, müasir cəhalət, qadının şəxsiyyətini və kimliyini məhv edir. O deyib: Yəhudi alimlərinin protokolları adlı  kitabında onuncu protokol ailəyə aiddir və orada deyilir ki, biz elə etməliyik ki, İsrail övladlarından olmayanların ailələri, ailənin mərkəzi olan qadın vasitəsilə dağılmağa uğrasın.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Məsud Ali çərşənbə günü Xanım Məsumənin (s.ə) müqəddəs hərəminə toplaşmış ölkə üzrə tələbə qızların  “Bacılıq Əhdi” tədbirində çıxış edərək bildirib: “Həzrəti Fatimeyi-Məsumənin (s.ə) mövlud günü necə ki, Həzrət Zəhranın (s.ə) mövludu ana günü adlandırılıb, bu da qızlar günü adlandırılır. Lakin bu adlandırmalar  islamın əvvəllərində və dini mətnlərdə olmayıb.

O bildirib ki, İslamda “Qızlar günü”, “Analar günü”, “Atalar günü”, “Müəllimlər günü” kimi günlər yoxdur. Qeyd edibki: “İslamda bütün günlər qızlar günü, analar günü, atalar günü və müəllimlər günüdür və belə deyil ki, bu əziz insanlar üçün xüsusi bir gün ayrılmış olsun. Lakin insanların bu əziz şəxslərə qarşı biganələşməsinə səbəb olan maddi düşüncə və həyat tərzi səbəbindən biz məcbur oluruq ki, xüsusi bir gün təyin edək ki, hörmət və diqqəti unutmayaq.

Xanım Məsumənin (s.ə) müqəddəs hərəminin xətibi bildirib ki, bizim dini mədəniyyətimizdə qızlar, analar və qadınlarla bağlı çox dərin və zəngin bir əlaqə vardır. O əlavə edib: “Allah Təala Quranda imanlı qadınların və hətta kişilərin nümunəsi olaraq bir qadını göstərir ki, o da günahsız deyil, və o qadın Fironun xanımıdır; bu isə Quranın nazil olduğu dövrdə qadının cəmiyyətdə heç bir dəyəri olmadığı bir vaxt idi.”

O bildirib: Peyğəmbər (s) buyurub ki, bir qadının xoşbəxtliyi və səadəti onun ilk övladı qız olduğu zaman əldə olunur və başqa bir hədisdə belə deyilib: "Sizin ən yaxşı övladlarınız qızlardır.

Həmçinin, İmam Sadiq (ə) buyurub: 
Qız övladları rəhmət, oğlanlar isə nemətdir. Allah nemətə görə sorğu-sual edər, rəhmətə görə isə mükafatlandırar.

Ali əlavə edib: Peyğəmbər (s) buyurub ki, elə bir ev yoxdur ki, orada qız olsun, ancaq o evə Allahın bərəkət və rəhməti nazil olmasın. Başqa bir hədisdə isə belə deyilib: "Qız olan evə daim mələklər ziyarətə gəlir."

Sionistlər İranlı ailələri qadınları fəsadlaşdırmaqla dağıtmağa çalışırlar

Xanım Məsumənin (s.ə) müqəddəs hərəminin xətibi  bildirib ki, müasir cəhalət keçmiş cəhalətdən daha pisdir. Çünki bu qadının şəxsiyyətini və kimliyini məhv edir, həmçinin elm, güc və beynəlxalq təşkilatları öz əlində cəmləşdirir. O əlavə edib: "Yəhudilər hesab edirlər ki, onlar üstün irqdirlər və digər insanlar onların quluna çevrilməli, əks halda məhv edilməlidirlər.
Yəhudi alimlərinin protokolları adlı  kitabında onuncu protokol ailəyə aiddir və orada deyilir ki, biz elə etməliyik ki, İsrail oğullarından olmayan xalqların ailələri – ailənin mərkəzi olan qadın vasitəsilə – dağılmağa məruz qalsın.

Ali vurğulayaraq bildirib ki, dünyanın şeytanları artıq qılıncı çıxarıblar. O deyib: "Qərbdə 1 avqust tarixini uşaqsızlıq günü elan ediblər və bunu bayram edirlər ki, heç bir uşaq dünyaya gəlməsin. Əgər insan tənhalıq hiss edərsə evində heyvan saxlasın. Bütün bunlar qadının əsas rolunu məhv etmək, qızları fəsada sürükləmək məqsədi daşıyır.

Qadınlar kişilərdən daha tez Allaha yaxınlaşa bilərlər

Xanım Məsumənin (s.ə) müqəddəs hərəminin xətibi  bildirib ki, əgər bir qız pak və iffətli olub, hicabını qoruyarsa və Allahın bəndəlik yolunu gedərsə, kişilərdən  daha tez Allaha yaxınlaşa bilər. O əlavə edib: "Qadın daha emosionaldır və daha çox sevgi hissinə malikdir; buna görə də, onun mənəviyyata və dini məsələlərə marağı daha çoxdur və Allah yolunu daha yaxşı gedə bilər.

O bildirib ki, Həzrət Məsumə (s.ə), Həzrət Zəhra (s.ə) və Həzrət Zeynəb (s.ə) qadının kimliyinin itirilməməsi üçün nümunələrdir. O əlavə edib: 
Həzrət Məsumə (s) bəzi səbəblərə görə o cümlədən gənclərin Musa ibn Cəfərin (ə) ailəsi ilə qohum olmaqdan qorxduqları üçün  ailə qurmadı və  28 yaşında dünyasını dəyişdi.

Həzrət Məsumə (s.ə) öz zamanının İmamının tamamlayıcısı idi

Ali bildirib ki, Həzrət Məsumə (s.ə) İmamın (ə) birbaşa övladı idi və Kərbəla şəhidlərindən başqa, yalnız o İmamzadədir ki,  Məsum İmam  onun üçün xüsusi ziyarətnamə yazmışdır. O əlavə edib: "Həzrət Məsumə (s.ə) öz zamanının İmamının tamamlayıcısı idi. Çünki İmam Rza (ə) İranın şiəliklə tanış olmasını istəyirdi və Həzrət Məsumə (s.ə) İrana hicrət edərək bu missiyanı tamamladı və nəticədə Qum Əhli-Beyt hərəminə çevrildi və ən böyük şiə elm hövzəsi onun ətrafında formalaşdı.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha