cümə axşamı 8 may 2025 - 00:36
Hövzənin ən mühüm vəzifəsi açıq aydın şəkildə dini təbliğ etmək və İslamın yeni sivilizasiyası üçün zəmin yaratmaqdır. Sivilizasiya qurucu hövzənin gerçəkləşməsi isə tərbiyə olunmuş mədəniyyət mücahidi və müasir şəxslərin yetişdirilməsi ilə mümkündür

Hövzə/ İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei, "Qum Elmi Hövzəsinin yenidən qurulmasının yüz illiyi" münasibətilə keçirilən konfransa göndərdiyi mesajda hövzənin müxtəlif ünsür və funksiyalarını açıqlamaqla yanaşı, öndə gedən və nümunəvi hövzənin reallaşması üçün zəruri olan şərtləri bəyan ediblər. Belə bir hövzə müasir, yeni ortaya çıxan məsələlərə cavab verə bilən, tərbiyəli, tərəqqi və mübarizə ruhuna sahib inqilabi kimlik daşıyan və cəmiyyətin idarə sistemlərini dizayn etmək bacarığına malik olmalıdır. O həzrət vurğulayıb ki, hövzənin ən mühüm vəzifəsi "Bəlaği Mubin" yəni dini aydın və açıq şəkildə çatdırmaqdır ki, bunun ən bariz nümunəsi İslamın yeni sivilizasiyasının əsas və ikinci dərəcəli xətlərini müəyyənləşdirmək, onu açıqlamaq, təbliğ etmək və cəmiyyətdə bu barədə mədəniyyət formalaşdırmaqdır.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, İslam İnqilabının Rəhbəri öz mesajının əvvəlində, Mübarək Qum Elmi Hövzəsinin XIV hicri-şəmsi əsrin əvvəlindəki böyük və çətin hadisələr fonunda yaranma tarixçəsini və Ayətullah Hacı Şeyx Əbdül Kərim Hairinin bu hövzənin qurulması, davamlılığı və inkişafındakı rolunu açıqlamış və əlavə etmişdir: Qum Elmi Hövzəsinin fəxr etdiyi məsələlərdən biri də budur ki, ondan həzrət İmam Xomeyni (r) kimi bir günəş doğmuşdur. Bu hövzə altı onillikdən az bir müddətdə mənəvi gücü və xalq içindəki nüfuzunu o dərəcəyə çatdırdı ki, xalqın əli ilə xəyanətkar, fasiq və korrupsiyaya uğramış şah rejimini kökündən məhv edə bildi və əsrlər sonra İslamı ölkəninin siyasi hakimiyyət yerinə gətirdi.

Həzrət Ayətullah Xamenei vurğulayıb ki, elmi hövzə sadəcə bir dərs və tədris müəssisəsi deyil əksinə elm, tərbiyə, ictimai və siyasi fəaliyyətlərin mərkəzidir. O, hövzəni həqiqi mənada öndə gedən və nümunəvi ola biləcək mövzu başlıqlarını şərh etmişdir.

Birinci mövzu başlığını izah edərkən, Qum hövzəsini şiə elminin böyük bir sərvətinə sahib bir mərkəz kimi təqdim etmişdir ki, bu sərvət, min il boyunca minlərlə dini alimin fiqh, kəlam, fəlsəfə, təfsir və hədis kimi elmlərdə apardığı təfəkkür və tədqiqatların məhsuludur.

İnqilab Rəhbəri insan həyatında baş verən mürəkkəb və çoxsaylı hadisələrə, eləcə də müasir fiqhin cavab verməli olduğu misilsiz suallara işarə edərək bildirib: Bu gün İslamın siyasi sisteminin qurulması ilə əsas sual budur ki, şəriətin insan həyatının fərdi və ictimai sahələrinə ümumi baxışı və bu baxışın əsas prinsipləri nədir?  Fəqihin verdiyi hər bir fətva bu ümumi baxışın bir hissəsini əks etdirməlidir.

Həzrət Ayətullah Xamenei, minillik elmi irsə malik dəyərli bir elmi mərkəz kimi elmi hövzənin əsas vəzifələrindən birini İslam idarəçiliyi və cəmiyyətin idarə olunması ilə bağlı məsələlərə cavab vermək kimi qiymətləndirmişdir. O, əlavə edib ki, Dövlətin xalqla və digər dövlət və millətlərlə münasibətləri, "nəfi səbil" (nüfuzun inkarı) mövzusu, iqtisadi sistem və İslam nizamının əsas prinsipləri, hakimiyyətin mənşəyi baxımından İslamın baxışı, xalqın bu sistemdəki rolu, əhəmiyyətli məsələlərdə və hegemon güclərə qarşı mövqe tutmaq, ədalətin məzmunu və mahiyyəti, eləcə də onlarca digər əsaslı və bəzən həyati mövzu, fiqhi cavab tələb edən məsələlər sırasındadır.

O, öndə gedən və nümunəvi hövzə üçün ikinci başlığı izah edərkən vurğuladı ki, hövzə xaricə yönəlmiş bir qurumdur və onun nəticəsi bütün səviyyələrdə cəmiyyətin və insanların düşüncə və mədəniyyətinə xidmət edir. O, hövzənin ən mühüm vəzifəsini “Bəlaği Mubin” (açıq-aşkar təbliğ) olaraq qeyd etdi və bildirdi ki, bu vəzifənin yerinə yetirilməsi üçün tərbiyəli və səmərəli qüvvənin yetişdirilməsi zəruridir.

İslam İnqilabının Rəhbəri “Bəlaği Mubinin” (açıq aşkar təbliğin) sahəsini uca tövhid maarifindən başlayaraq şəxsi şəri vəzifələrə, İslam nizamının izahından onun quruluşu və vəzifələrinə, həyat tərzindən ətraf mühitin qorunması və təbiətin müdafiəsi və insan həyatının digər sahə və bucaqlarına qədər geniş bir əhatə olaraq qiymətləndirdi.O, vurğuladı ki, hövzənin əsas problemlərindən biri onun təbliğ nümayəndələrinin cəmiyyətin, xüsusilə də gənclərin fikri və mədəni reallıqları ilə uyğun olmamasıdır. Rəhbər qeyd etdi: yüzlərlə məqalə, jurnal, məclis çıxışları və televiziyadakı danışmalar və s. bu sahədə, yanlış və səhv təbliğatların seli qarşısında “Bəlaği Mubin” vəzifəsini lazım olduğu kimi və ehtiyaca uyğun şəkildə yerinə yetirə bilmir.

Həzrət Ayətullah Xamenei “Bəlaği Mubin” vəzifəsinin hövzədə düzgün şəkildə yerinə yetirilməsinin iki əsas amilə təlim və tərbiyəyə ehtiyac duyduğunu bildirdi və əlavə etdi: Dinin məqsədini təmin edən boşluqları dolduran və müasir olan bir mesajı çatdırmaq mütləq şəkildə elm öyrənməni tələb edir. Tələbəyə güclü inandırma üsulları, dialoq metodları ilə tanışlıq, ictimai fikirlə və media–virtual mühitlə necə davranmaq, müxalif düşüncəyə qarşı nizam-intizamlı yanaşma kimi bacarıqlar öyrədilməli və O, məşq və davamlı təcrübə ilə bu sahəyə daxil olmağa hazırlaşdırılmalıdır.

O, vurğuladı ki, təbliğat işində müsbət hücum mövqeyi, müdafiə mövqeyindən daha vacibdir və əlavə etdi: Bu məqsədin həyata keçirilməsi üçün hövzə “mədəniyyət mücahidi” yetişdirməlidir. Belə qüvvələrin yetişdirilməsi ilə yanaşı, ölkənin idarə edilməsi və sistemi üçün xüsusi vəzifələri yerinə yetirəcək kadrların təlimi və elmi, hövzənin daxili nizamını tənzimləməkdə diqqətə alınmalıdır.

İnqilab Rəhbəri, hövzənin "cihad kimliyini" tanımaq, qorumaq və gücləndirməyi “öndə gedən və nümunəvi hövzənin” üçüncü başlığı olaraq göstərdi və 1367-ci ilin sonlarında İmam Xomeyninin (r) ruhaniyyətə göndərdiyi mənalı və sarsıdıcı mesajı xatırlayaraq əlavə etdi: İmam Ruhullah Xomeyni (r) mesajında alimləri cihad meydanında vətənin müdafiəsi və məzlumların dəstəklənməsində öncül olaraq tanıtdı və eyni zamanda təəssüf ki, bəzi təfəkkür və təqdisçilik meyillərinin elmi hövzəni dini siyasətdən və sosial fəaliyyətlərdən ayırmaq və düzgün tərəqqi yolunu bağlamaq kimi bir təhlükəyə sürüklədiyini ifadə etdi.

Həzrət Ayətullah Xamenei, İmam Xomeyninin (r) bu narahatlığını, hövzənin xalqın əsas məsələlərinə müdaxiləsini və sosial, siyasi fəaliyyətlərə qatılmasını, həmçinin zalımla və fəsadla mübarizəsini dinin müqəddəsliyinə zidd hesab edən və ruhaniyyəti siyasətə girməməyə və bu sahədəki təhlükələrdən çəkinməyə çağıran təhlükəli bir hərəkatın nəticəsi kimi qiymətləndirdi.

O, bu məsələyə dair vurğuladı: Dinin müqəddəsliyi hər şeydən əvvəl fikir, siyasi və hərbi cihad meydanlarında özünü göstərir və dinin elmi biliklərini daşıyanların fədakarlığı və şəhidlərin təmiz qanı ilə möhkəmlənir. Buna görə də elmi hövzə mənəvi nüfuzunu və mövcudluğunun fəlsəfəsinə sadiqliyini qorumaq üçün heç vaxt xalqdan, cəmiyyətdən və onun əsas məsələlərindən ayrılmamalı və ehtiyac olduğu zaman cihadın bütün növlərini öz mütləq vəzifəsi hesab etməlidir.

İnqilab Rəhbəri cəmiyyətin idarə edilmə sistemlərinin hazırlanmasında və izah edilməsində iştirak etməyi öndə gedən və nümunəvi hövzənin  dördüncü başlığı olaraq qeyd etdi: Bu boşluğu hövzə doldurmalıdır və bu elmi hövzənin mütləq vəzifələrindən biridir. Bu gün fiqhi bir çoxlarının bilmədiyi kimi yalnız fərdi və ibadət hökm və qaydaları ilə məhdudlaşdırmaq olmaz, çünki "ümmət qurucu fiqh" yalnız ibadət və fərdi vəzifələrlə məhdudlaşmır.

Həzrət Ayətullah Xamenei, hövzənin dünyadakı günümüzün tapıntıları ilə tanış olmasını və universitetlərlə əməkdaşlığını cəmiyyətin sosial nizamlarının hazırlanması və tənzimlənməsi üçün vacib amillərdən biri olaraq qeyd etdi.

O, öndə gedən və nümunəvi hövzənin” beşinci başlığını, İslamın qlobal mesajı çərçivəsində mədəni yeniliklər kimi qiymətləndirdi və vurğuladı: Elmi hövzədən ən önəmli gözlənti İslam sivilizasiyasının qurulmasına zəmin hazırlamaqdır. Belə bir sivilizasiyada elm, texnologiya, insan resursları, təbii sərvətlər və bütün insan potensialı, irəliləyişlər, hökumət və siyasət, hərbi qüvvə və insanın əlində olan hər şey, sosial ədalət, ümumi rifahın artırılması, siniflərarası fərqləri azaltmaq, mənəvi tərbiyəni inkişaf etdirmək, elmi yüksəlişi və təbiətə dair biliklərin artmasını və iman gücünün möhkəmləndirilməsini təmin etmək üçün istifadə ediləcəkdir.

İnqilab Rəhbəri İslam sivilizasiyasını mövcud materialist sivilizasiyanın əksinə qoyaraq vurğuladı: Bu yanlış sivilizasiya yaradılışın qaçılmaz qanununa əsaslanaraq sona çatacaqdır. Bizim vəzifəmiz isə bu batilin təkzibinə kömək etmək və yerində yeni bir sivilizasiyanı nəzər və əməl baxımından hazırlamaqdır. Elmi hövzə bu sahədə böyük bir məsuliyyət daşıyır və birinci növbədə yeni İslam sivilizasiyasının əsas və yan xətlərini müəyyənləşdirmək, sonra isə onun izahını, təşviqini və cəmiyyətdə mədəniyyətləşdirilməsini həyata keçirməkdir. Bu, Bəlaği Mubinin ən yüksək nümunələrindən biridir.

Həzrət Ayətullah Xamenei ictihadda zaman və məkan amillərinə diqqət yetirilməsi və yeni anlaşmaların şəriətə zərərli şəkildə müdaxilə etməməsi barədə vurğuladı və bu günkü Qum Elmi Hövzəsinin vəziyyətinə dair qeyd etdi: İslam maarifində minlərlə müəllim, yazıçı, tədqiqatçı, elmi və tədqiqat jurnallarının nəşri, xüsusi və ümumi məqalələrin yazılması, düşüncəli tələbə və fəzaların çoxluğu, inqilabın bütün sahələrində, hətta hərbi sahədə fəal iştirak, dünya miqyasında təbliğat sahələrinə yol açmaq və müxtəlif millətlərdən minlərlə tələbə yetişdirmək, yeni fətvaların müasir məsələlərə dair diqqəti, gənc fəzaların İslamın mötəbər mətnlərində, xüsusilə Quranda, məlumatlılıq və yeni bir mühüm təşəbbüs olan qadınlar üçün elmi hövzələrinin yaradılması, bütün bunlar Qum hövzəsinin canlı və dinamik bir qurum olduğunu göstərir.

O, məktubunun son hissəsini “öndə gedən və nümunəvi hövzə”nin həyata keçirilməsi üçün tövsiyələrə həsr etdi. İnqilab rəhbərinin bu hissədə qeyd etdiyi tövsiyələrdən bəziləri bunlardır:

O, "öndə gedən və nümunəvi hövzə"nin yaradılması üçün aşağıdakı tövsiyələri vurğuladı:

"Hövzənin müasir olması zərurəti"

Bütün sahələrdə kadrların tərbiyəsinə diqqət yetirmək

Hövzə mütəxəssislərinin cəmiyyətlə əlaqələrini gücləndirmək

Hövzə rəhbərlərinin gənc tələbələri gələcəkdə ümidsizliyə salan yanlış təbliğatlarla mübarizə aparmaq

Gənc nəsilə ümidlə yanaşmaq və onlarla qarşılıqlı əlaqə qurmaq

"Hövzənin dərslərini aydın, müasir və cavabdeh olan fiqh əsasında təşkil etmək, aydın fəlsəfə ilə yanaşı sosial uzantıları və güclü, təsirli ilahiyyat bilgisi ilə təmin etmək"

"Sübhə, təqva, qənaət, Allaha qarşı ehtiyac duymamaq, təvəkkül, inkişaf və cihad üçün hazırlıqlı olma ruhunu gücləndirmək".

Minlərlə müəllim, müəllif, tədqiqatçı, yazıçı, natiq və ziyalının İslam maarifində iştirakı, elmi və tədqiqat jurnallarının nəşri və ixtisaslaşmış və ümumi məqalələrin yazılması.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha