cümə axşamı 8 may 2025 - 14:49
Ayətullah Üzma Nuri Həmədaninin Qum Elmi Hövzəsinin yenidən təsisinin yüzilliyi münasibətilə keçirilən konfransa müraciəti

Hövzə / Hüccətül-İslam Ayətullah Nuri Həmədani Qum Elmi Hövzəsinin yenidən təsisinin yüzilliyi münasibətilə keçirilən beynəlxalq konfransa öz müraciətini göndərmişdir.

Hövzə Xəbər Agentliyinin müxbirinin məlumatına görə, Qum Elmi Hövzəsinin yenidən təsisinin yüzilliyi münasibətilə keçirilən beynəlxalq konfransın növbəti mərhələsi bu gün günorta saatlarında İmam Kazim (ə) Elmi Mədrəsəsinin konfrans zalında baş tutdu.

Bu tədbirdə Ayətullah Üzma Hüccətül-İslam vəl-müslimin Nuri Həmədaninin mesajı təqdim olundu. Həmin mesajın mətni belədir:
بسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحیمِ

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِینَ وَ الصَّلَاةُ وَ السَّلَامُ عَلَی سَیِّدِنا وَ نَبِیِّنَا أَبِی ‌الْقَاسِمِ المصطفی مُحَمَّد وَ عَلَی أهلِ بَیتِهِ الطَّیِّبِینَ الطَّاهِرِینَ سیَّما بَقیَّهَ اللهِ فِی الأرَضینَ.

وَ مَا کَانَ الْمُؤْمِنُونَ لِیَنفِرُوا کَافَّةً فَلَوْلَا نَفَرَ مِنْ کُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَةٌ لِیَتَفَقَّهُوا فِی الدِّینِ وَ لِیُنذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَیْهِمْ لَعَلَّهُمْ یَحْذَرُونَ (التوبة : ۱۲۲)

Bismillahir-Rəhmanir-Rəhim

Həmd olsun aləmlərin Rəbbi Allaha. Allahın rəhmət və salamı olsun rəhbərimiz və peyğəmbərimiz Əbül Qasım Mustafa Məhəmmədə (s) və Onun pak və təmiz Əhli-beytinə (ə), xüsusilə də yer üzündə Allahın son hüccəti olan İmam Zamanın (ə.f) ruhuna.

“Möminlərin hamısının birdən döyüşə (cihada) getmələri doğru deyildir. Oların hər qəbiləsindən bir dəstə dini yaxşı öyrənmək və döyüşə gedənlər geri qayıtdığı zaman onları (Allahın əzabı ilə) xəbərdar etmək üçün arxada qalsın. Ola bilsin ki, onlar (pis əməldən) çəkinsinlər.
(Tövbə surəsi, ayə 122)

Hörmətli və dəyərli alimlərin, fəzilət sahiblərinin və cəmiyyətə təsir göstərən şəxsiyyətlərin iştirakı ilə keçirilən tədbirdə iştirak edən hər bir kəsə,  səmimi salam və ehtiramlarımı bildirirəm.

Elmi hövzələrin həqiqi qurucusu Uca Yaradan Allah-Təaladır. O, ilk dəfə olaraq müsəlmanların müxtəlif diyarlardan elm mərkəzinə səfər etməsini əmr etmiş və qərara almışdır ki, onlar elm və maarif qazandıqdan sonra öz şəhərlərinə dönərək, cəmiyyətlərini xəbərdar və agah etsinlər.

İslamın müqəddəs peyğəmbəri Həzrət Məhəmməd (s) Mədinə şəhərini elm və fəzilətin mərkəzinə çevirməklə ilk İslam elmi hövzəsinin banisi sayılır. O, elə bir mühit yaratdı ki, maarif axtaranlar dünyanın müxtəlif bölgələrindən bu nurlu şəhərə təşrif buyurub, təlim və tərbiyə aldıqları sonra isə öz tayfalarını hidayət etmək üçün geri qayıtdılar.

Daha sonra şiə imamları Kufə, Mədinə və Bağdad kimi şəhərləri ilahi maarif və mənəvi tərbiyə mərkəzinə çevirdilər. Beləliklə, bu imamlar da elmi hövzələrin digər əsas qurucuları hesab olunurlar. Elə bu səbəbdəndir ki, qeybət dövründə də İmamiyyə məzhəbinə məxsus elmi hövzələr  Nəcəf, Samira, Məşhəd və Qum kimi şəhərlərdə, bu ailənin nurani məzarları ətrafında təşəkkül tapdı, inkişaf etdi və bəhrəsini verdi.

Bu elmi hövzələrdən biri də Qum Elmi Hövzəsidir ki, təxminən yüz il əvvəl İran tarixinin ən çətin dövrlərindən birində böyük müdriklik və uzaqgörənliklə, Ayətullah Üzma Şeyx Əbdülkərim Hairi Yəzdi (r) tərəfindən quruldu. O, həmin dövrün dinsiz siyasətinə qarşı sakit, lakin dərindən düşünülmüş və ehtiyatlı bir baxışla bu hövzəni təsis etdi.

Şeyx Müəssisin (r) qəlbində kök salmış bu siyasi baxış, İslamın və şiəliyin siyasi taleyi ilə və onun yeni dünyadakı mövqeyi ilə sıx şəkildə bağlı idi. Bu baxış, mərhəmətli alimlər, xüsusilə Ayətullah Üzma Bürucerdi və onun mübariz tələbələrinin elmi və əməli mübarizəsi ilə zamanla səmərəli bir "təmiz ağaca" (şəcərəyi-tayyibə) çevrildi ki, «تُؤْتِی أُکُلَهَا کُلَّ حِینٍ بِإِذْنِ رَبِّهَا» “Rəbbinin izni ilə hər zaman bar verir.”
(Qurani-Kərim, İbrahim surəsi, 25-ci ayə)

Hacı Şeyx (r), uzaqgörənliyi ilə Qum elmi hövzəsini elə bir şəkildə qurdu ki, bu müqəddəs elm ocağı yalnız elmi fəzilətlərin tədrisi ilə kifayətlənməsin, eyni zamanda cihad-əkbərin (nəfsə qarşı mübarizə olan böyük cihadın) çərçivəsində qapanıb qalmasın; əksinə, kiçik cihad səhnəsinə zamanında daxil olaraq, saysız əziyyətlərə qatlanmaq və pak qanların tökülməsi ilə İran xalqının ədalət axtaran mübarizələrinə ruh versin. Bu mübarizəni İslam İnqilabının qələbəsinə və İslam Respublikasının qurulmasına qədər irəlilədərək daşısın. Bu yolun ən parlaq və tayı-bərabəri olmayan siması isə, sözsüz, İmam Xomeyni (r) olmuşdur.

Bu gün artıq bu "şəcərəyi-tayyibə" yəni saf və bərəkətli ağac öz enişli-yoxuşlu, dolambaçlı yolunu qət edərək, yüz yaşına çatmışdır. Belə bir tarixi mərhələdə hövzənin böyük şəxsiyyətləri gənc tələbələrin əlindən tutmalı, birlikdə bu yüzillik şərəfli tarixin zirvəsində dayanmalı və hamılıqla qarşıdakı gələcəyə diqqət yönəltməlidirlər. Bu yolda nəzərə alınmalı əsas məsələlər bunlardır:

Əvvəla, hövzənin sabit və dəyişməz əsilləri düzgün tanınmalı və onlar, zamanın dəyişən tələblərinə uyğun olaraq dəyişməsi mümkün olan ənənələrlə qarışdırılmamalıdır. Belə ki, nə sabit prinsiplərin qorunması sahəsində səhlənkarlığa yol verilsin, nə də dəyişkən ənənələrdən əl çəkməkdə təəssüf hissi yaşansın.

İkincisi, hövzə öz köklü əsaslarına arxalanmaqla yanaşı, müasir dövrə də diqqətlə yanaşmalı və yeni dünyanın dərin ehtiyaclarını səthi baxışlardan uzaq bir şəkildə dərk etməlidir ki, təsadüfi və qeyri-ixtiyari şəkildə ictimai müstəvidən uzaqlaşaraq, tədrici bir təcridə sürüklənməsin.

Üçüncü nökdə odur ki, hövzənin qiymətli elmləri və maarifləri ki, bu İslam və şiə sivilizasiyasının min dördyüz ildən artıq bir zəhmət və zəka sərmayəsidir heç bir maddi qarşılıq naminə fəda edilməməlidir. Bununla yanaşı bu irs müasir dünyanın, müsəlmanların, şiələrin və İslam Respublikasının ehtiyaclarını diqqətdə saxlayaraq elə bir formada yenidən təqdim və izah edilməlidir ki, dövrün çağırışlarına cavab verə bilsin.

Və nəhayət, hövzə maarifinin əsas dayağı Qurani-Kərim və Peyğəmbər (s) ilə onun pak Əhli-beytinin (ə) sünnəsi olmalıdır. Lakin bu iki nurani mənbə ilə yanaşı, İlahinin höccəti olan “əql” yəni dərindən düşünülmüş, ictihad əsasında qurulan ağıla əsaslanan yanaşma da unudulmamalı və maarif ifrat və təfritin təhlükəsinə məruz qoyulmamalıdır.

Şübhə yoxdur ki, bu mübarizələrin inkişaf və bar verməsi üçün zəmin yaradan ən mühüm amil və onun olmaması halında bütün zəhmətlərin nəticəsiz qalması qaçılmazdır. Mənəviyyat, ixlas və daim Allah-Təalanın və onun böyük höccəti Həzrət İmam Zamanın (ə.f) huzurunu hiss etməkdir. Ümid edirəm ki, bu dəyərli amil, qarşıdakı gələcəyə doğru hərəkətdə hər gün daha möhkəm və daha təsirli şəkildə öz yerini tapacaqdır.

Və sonuncu mühüm məsələ budur ki, bu gün Qum elmi hövzəsi əsrlərlə davam edən bir keçmişə və yüz il əvvəl böyük fəqih mərhum Ayətullah Üzma Hacı Şeyx Əbdülkərim Hairi Yəzdi (r) tərəfindən yenidən qurulmasına dayanaraq elə fəaliyyət göstərməlidir ki, gələcək nəsillər dərk etsinlər: orijinal və səmimi ruhaniyyət həmişə xalqla bir yerdə olmuş, xalqın dərdini və ağrısını duymuş və bu iztirabların aradan qaldırılması üçün yorulmadan çalışmışdır. Bu həqiqətin nümunələrini cəmiyyətdəki ictimai xidmətlərdə aydın şəkildə görmək olar. Bu kimi xidmətlər hələ mərhum Hacı Şeyxin dövründə, o həssas və çətin ictimai-siyasi şəraitdə həyata keçirilmiş və bu dəyərli xidmətlər bu günə qədər ruhaniyyət və hövzə tərəfindən davam etdirilmişdir.

Bu müqəddəs hövzənin bəhrələrindən biri də böyük tələbələrin yetişdirilməsi olmuşdur. Bu tələbələrdən biri vasitəsilə mərhum Şeyx Hairinin uzaqgörənliyi, siyasi zəkası, tədbiri və müdrik səbrinin bir məhsulu olaraq böyük bir İslam inqilabı baş vermiş, nəticədə 2500 illik şahənşahlıq rejimi tarixin zibilxanasına atılmış, İran xalqı izzət, müstəqillik və azadlığa qovuşmuşdur. Həmçinin bu inqilab beynəlxalq səviyyədə də təsirli olmuş, ən bariz təzahürü isə Qurani-Kərimin ayələri və məsum İmamların (ə), xüsusilə də Həzrət Əmirəl-möminin Əlinin (ə) zalımlara qarşı mübarizə və məzlumları müdafiə etmək prinsiplərinin coğrafi sərhədlərdən asılı olmayaraq həyata keçirilməsi olmuşdur. Bu çərçivədə, Fələstin məsələsinin İslam dünyasının birinci mövzusuna çevrilməsi, universitetlərlə əlaqələrin qurulması və gənclərə meydan verilməsi bu təsirlərin başlıca nümunələrindəndir və bütün bu sahələrdə hövzə öncül olmuşdur.

Bu əsasla, bu böyük bəhrənin qorunması, onun bərəkət və nailiyyətlərinin tanıdılması, eyni zamanda mümkün zərərlərin və çatışmazlıqların dəyərləndirilməsi məhz bu mübarək hövzənin vəzifəsidir. Bu məsuliyyət, bu gün müdrik İnqilab Rəhbəri tərəfindən bu mötəbər iclasa göndərilmiş "Ruhaniyyət Sənədi" ilə daha da əhəmiyyət qazanmışdır. Bu sənəd, mərhum İmam Xomeyninin (r) "Ruhaniyyət Bəyannaməsini" yada salaraq, hövzələr, tələbələr, alimlər və müəllimlər üçün bir yol xəritəsi rolunu oynaya bilər.

Bu möhtəşəm toplantını bir fürsət sayaraq, Quran və Əhli-Beyt (ə) mədəniyyətinin təbliğində əzmlə çalışan bütün böyük alimlərə, xüsusilə dövrümüzün uca şəxsiyyətləri olan mərhum Ayətullah Üzma Hairi, Ayətullah Üzma Bürucerdi və imam Xomeyninin ruhaniyyətinə hörmət və ehtirsmımı bildirirəm.

Sonda, mərhum Hacı Şeyxin dəyərli əsərlərinin toplanması və 20 cildlik nəşri, eləcə də bu mövzuya dair 30 cildlik məqalələrin toplanması ilə əlaqədar uzunmüddətli və zəhmətli fəaliyyət göstərən bu möhtəşəm "Hövzənin yenidən qurulmasının yüz illiyi" adlı tədbirin təşkilatçılarına  xüsusilə Qum elmi hövzəsinin müdiriyyəti və alim rəhbərliyinə  təşəkkür və minnətdarlığımı bildirirəm.

Hamınız üçün Allah-Təaladan müvəffəqiyyət diləyirəm.

Dualarımızın sonu: Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.

13 Ordibeheşt 1404 (8 May 2025)
Hüseyn Nuri Həmədani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha