cümə 9 may 2025 - 14:45
Mərhum Ayətullah Üzma Hairinin qayğılarından biri də əqli elmlərin hövzədə inkişafı idi. / Qurani-Kərim və İtrətin böyük okeanına dalmaq, Elmi hövzənin (dini təhsil ocaqlarının) vəzifəsidir.

Hövzə/Ali məqamlı mərcə və Qurani-Kərimin görkəmli müfəssiri vurğulayaraq dedi: Qurani-Kərim və İtrət adlı böyük okeana dalmaq, Elmi hövzənin (dini elmlər mərkəzinin) əsas vəzifəsidir. Mərhum Ayətullah Üzma Şeyx Əbdül Kərim Hairi Yəzdi əqli elmlərin hövzədə inkişaf etməsi üçün səy göstərirdi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, bu gün səhər saatlarında Ayətullah Üzma Abdullah Cavadi Amuli Qumda keçirilən "Qum Hövzəsinin yenidən təsisinin yüzilliyi və mərhum Ayətullah Üzma Hacı Şeyx Əbdül Kərim Hairinin anım mərasimi" adlı beynəlxalq konfransın açılış mərasimində belə buyurdu:
Əmirəl-möminin Əli (ə) Nəhcül-Bəlağədə buyurur ki; misli-bərabəri olmayan kitab Qurandır və Qurana əsl anlayışla bələd olanlar da Əhli-Beytdir (ə). Vilayətin zirvəsi Əli (ə) və onun övladlarıdır. Həmçinin maarif və mərifətin ən yüksək dərəcələri də Əli (ə) və onun övladlarıdır. Cənnətin  müxtəlif dərəcələri var və onun ən yüksək mərtəbələri məhz bu məsum şəxsiyyətlərə aiddir.

O əlavə etdi: Qurani-Kərim elə bir kitabdır ki, onun təfsirçiləri Əhli-Beytdir (ə). Nə Qurana tay olan bir kitab vardır, nə də Əli (ə) və Əlinin övladlarına bərabər olan kimsə. O həzrət Nəhcül-Bəlağənin ikinci xütbəsində buyurur ki, nə Qurana bərabər bir şey vardır, nə də Əhli-Beytə (ə).

O əlavə olaraq buyurdu: Quran ağıl və elm kitabıdır. İmam Rza (ə) buyurub ki, Allahın insanlar üzərindəki höccəti, dəlili ağıl­dır. Kafi kitabının müqəddiməsində qeyd olunub ki, kitabı ağıl və cəhalətdən başlamağımın sirri budur ki, İslamın əsas mədəni oxu ağıl­dır. Əgər ağıl olsa həm Quran həm də İtrət (Əhli-Beyt) dərk edilər və qorunar. Bununla yanaşı minillik Nəcəf və Qum hövzələri qurular. Əgər insanın ağlı olmasa hövzə yarada bilməz. 

O buyurdu: “Mərhum Ayətullah Üzma Hairi, XIV əsrdə hövzənin dirçəlməsinə səbəb oldu. Ayətullah Üzma Burucerdi və İmam Xomeynidə (r) bu hövzəyə gəldilər. Çünki onların əlləri Quran və Əhli-Beyt (ə) maarifi ilə dolu idi. Məhz bu dolu əllərlə idi ki, bu uca və ali məqam formalaşdı.

Həzrət Ayətullah Cavadi Amuli qeyd etdi: “Mərhum Ayətullah Hairi Yəzdinin böyük sirrini, xüsusiyyətini və üstün cəhətini yəni Quranı, əqli elmləri, fiqh və üsulu keçmişə nisbətən daha çox və daha dərindən dirçəldə bilməsini araşdırmaq lazımdır.

O həmçinin buyurdu: “Qum Hövzəsinin təşəkkül tapdığı günlər, istibdad və susqunluq günləri idi. İmam Xomeyni (r) həmin dövrün çətinliklərini izah edərkən buyururdu ki, gündüzlər Qumdan çıxırdıq, gecələr geri dönürdük. Məhz belə bir şəraitdə Qum Hövzəsi formalaşdı.

O əlavə etdi: İslamın əsas qanunu bizə  təcrid olunmuş şəklidə düşünməyə icazə vermir. Yəni, bilikləri sadəcə kitab və yaddaşda saxlayaq. Biz bulaq dərəcəsində olmalıyıq. İmam Sadiq (ə) bu əsas qanunu şiələr üçün müəyyən etmişdir. O Həzrət buyururlar ki, öz biliyinizdən artıq danışmaq və iddia etmək olmaz.

Həzrət Ayətullah Cavadi Amuli həmçinin qeyd etdi: “İmam Sadiq (ə) bizi yalnız yaddaşda bilik saxlamağa tərbiyə etməyiblər. Hovuz olmaq, bir bağın problemini həll edir, amma bulaq olmaq bir ölkənin problemini həll edir. Buna görə də İmam Sadiq (ə) ictihadın və yenilik yaratmağın əhəmiyyətini vurğulayır.

O xatırlatdı: “Quranın mesajı budur ki, Quranın hər zaman yeni sözləri vardır və Quranın sözlərini heç bir yerdə başqa cür öyrənmək olmaz. Bu gün də eyni sözləri İslam cəmiyyətinə deməliyik ki, Quranı öyrənməli, onun dərinliklərinə dalmalı və bu bərəkətli dənizdən faydalanmalıyıq.

Həmçinin buyurdu: “Əgər insan qüdrətli olsa və əqli ilə nəql bir-birinə uyğun olsa, mərhum Kuleyni kimi düşünə bilsək, hər gün dünyanın bu gününə uyğun yeni sözlər tapa və onları təqdim edə bilərik.

Həzrət Ayətullah Cavadi Amuli bəyan etdi: “Əgər hövzədə ağıl və əqli elmlər varsa şübhəsiz böyük uğurlara çatacağıq. Əgər ağıl və mülahizə olmasa şübhələr altına düşərik. Ayətullah Üzma Hairi Yəzdi­nin övladları fəqih və fəlsəfəçi idi. Onlar əqli elmləri hövzədə inkişaf etdirmək üçün çalışıblar. Əsas olan isə budur ki, əgər biz cəmiyyətin izahına söykənərək, bulağı hovuza endirsək, mütləq zərər görərik.

O əlavə etdi: “Uca Allah bu əmanəti mərhum Ayətullah Hairi Yəzdiyə verdi və o da Allahın əmanətçisi oldu. Əmanətçi olmaq, həqiqətən çox yüksək bir məqamdır. Əgər bir kəs əmir vəzifəsini daşıyırsa, ona Əmir deyirlər, amma əmanət sahibi olan kəsə isə Əminullah deyirlər.

Həmçinin buyurdu: Allahın əmin bəndələri də çoxdur. Belə ilahi insanlar Tohiddən başqa heçnəyi tanımazlar. Onlar Allahın əmanətçiləridirlər. Bir şəxs Allahın əmanətçisi olmadığı halda Allahın dinini qoruya bilməz. Buna görə də belə şəxslər insanların dinindən dönmələrinə və dini səhv qəbul etmələrinə səbəb olmayacaqdır.

Həzrət Ayətullah Cavadi Amuli həmçinin buyurdu: Əhli-Beytin (ə) hərəminə daxil olanda yüksək hədəflər güdməliyik. Həmişə Əhli-Beytin (ə) və İmam Rzanın (ə) hərəminə gedərkən Allahdan  səkkizinci İmamın (ə) vasitəsilə elm diləməliyik. Bizim qabiliyyətimiz olmalıdır ki, bu elmləri alaq və mərhum Şeyx Əbdül Kərim Hairinin əzmkarlığı kimi onları yaymağa çalışaq.

O əlavə etdi: Əmanətdarlıq, xəlifəlik və əmir məqamı kimidir. Əgər hər hansı bir şəxsə bu məqam verilərsə, o, Allahın əmanətçisi olacaqdır. Bu məqamın da müxtəlif dərəcələri vardır. Bir şəxs Allahın əmanətçisi olduqda, Allah da ona hövzəni tapşırar və biz tarixdə bu böyük mərceyi - təqlid və alimlərin varlığını müşahidə etmişik.

Həzrət Ayətullah Cavadi Amuli vurğuladı: Qurani-Kərim və Əhli-Beyt (ə) bu əsas və təməli formalaşdırıblar ki, azğınlığa düşməyək. Buna görə də çalışmalıyıq ki, Quran və İtrətdən faydalanaq, nicat və səadətə çataq.”

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha