Hövzə Xəbər Agentliyinin məlumatına əsasən, Ayətullah Xamenei dolayı danışıqlarda iştirak edən ABŞ tərəfini əsassız və təxribat xarakterli bəyanatlardan çəkinməyə çağıraraq vurğulayıb: Amerikalıların ‘İrana zənginləşdirməyə icazə verməyəcəyik’ kimi fikirləri tamamilə əsassız və həddindən artıq iddialardır. İran İslam Respublikası bu məsələdə heç kimin icazəsini gözləmədən öz siyasi xəttini və fəaliyyət istiqamətini qətiyyətlə davam etdirəcəkdir.
Bu görüşdə, bir sıra vəzifəli şəxslərin iştirakı ilə, Ayətullah Xamenei 30 Ordubehişt 1403-cü il tarixində (20 may 2024) baş verən faciəli helikopter qəzasında şəhid olan Prezident Rəisi ilə yanaşı şəhid Ali Haşim, xarici işlər naziri Əmir Abdullahiyan, uçuş heyətinin üzvləri, Şərqi Azərbaycanın valisi və mühafizə komandirinin fədakarlığını ehtiramla yad etdi və dedi: Fironçu idarəetmədən uzaq durmaq və ilahi hakimiyyət yolunda hərəkət etmək ölkənin idarəçiliyi üçün əsas meyardır. Şəhid Rəisi bu meyarın canlı və tam nümunəsi idi.
Ali Rəhbər Qurani Kərimə istinad edərək əlavə etdi: Özünü üstün tutmaq, xalqı təhqir etmək və məsuliyyəti onların üzərinə atmaq fironçu hakimiyyətin xüsusiyyətlərindəndir. Lakin şəhid Rəisi bu xüsusiyyətlərin tam əksində dayanırdı. O, özünü xalqla eyni sırada, bəzən isə onlardan da aşağıda görür və bu təvazökar yanaşma ilə ölkəni idarə edirdi.
O şəhid Rəisinin ən böyük dərslərindən birinin Allahın bəndələrinə xidmət üçün bütün gücünü səfərbər etməsi və məsuliyyət vəzifəsindən irəli gələn siyasi və ictimai mövqeyindən şəxsi məqsədlər üçün istifadə etməməsi olduğunu bildirdi və əlavə etdi: “İslam sistemində bu cür xüsusiyyətlərə sahib insanlar az deyil, lakin bu xüsusiyyətlər və dərslər ümumi bir mədəniyyətə çevrilməlidir.”
Həzrət Ayətullah Xamenei hər bir şəxsin qəlbi, dili və əməlini onun şəxsiyyətini tanımaq üçün üç əsas meyarlar kimi dəyərləndirdi və dedi: Rəisi təvazökar və zikrlə dolu bir qəlbə, açıq və dürüst bir dilə, yorulmaz və fasiləsiz əmələ sahib idi.
O, Rəisinin həm vəzifəli, həm də vəzifədə olmayan dövrlərində Allaha bağlılıq, dua, təvəssül və ibadətlə səciyyələndiyini qeyd edərək dedi: Onun qəlbi xalqına qarşı mərhəmətlə dolu idi. O, xalqın gözləntilərindən və ya davranışlarından heç vaxt şikayət etmədən, daima üzərinə düşən ağır vəzifələri yerinə yetirməyin qayğısını çəkirdi. Onun qəlbi həm Allahla, həm xalqla bağlı idi və o, İslam vəzifələrinin daşıyıcısı kimi daim məsuliyyət hissi ilə yaşayırdı.
İslam İnqilabının Ali Rəhbəri, Rəisinin məhkəmə sisteminə rəhbərlik etməyi və prezident seçkilərində iştirak etməyi yalnız ilahi vəzifə borcuna əməl etmək üçün qəbul etdiyini vurğulayaraq əlavə etdi: Çoxları belə deyir ki, biz vəzifəmizi yerinə yetiririk, lakin biz bu xüsusiyyəti onun davranışında açıq şəkildə görürdük.
Ayətullah Xamenei, şəhid Rəisinin dilini həm ölkə daxilində, həm də diplomatik arenada açıq və dürüst adlandıraraq dedi: Rəisi öz mövqeyini açıq şəkildə ifadə edir və düşmənin ‘İranı hədələrlə, vədlərlə və hiyləgərliklə danışıqlar masasına oturtduq’ kimi iddialar irəli sürməsinə imkan vermirdi.
Ayətullah Xamenei qarşı tərəfin birbaşa danışıqlarda israr etməsinin məqsədini İrana bir növ təslim olduğu görüntüsünü sırımaq kimi qiymətləndirərək dedi: Şəhid Rəisi bu imkanı onlara vermədi. Onun dövründə, elə bu gün olduğu kimi, dolayı danışıqlar aparılırdı, lakin nəticə vermədi. İndi də bu danışıqların nəticə verəcəyini düşünmürük və nə olacağını da bilmirik.
İnqilab Rəhbəri həmçinin Amerika tərəfinə cəfəngiyyatdan qaçmaq üçün dolayı yolla olan danışıqları xatırladaraq xəbərdarlıq etdi: Amerikalıların ‘İrana uranı zənginləşdirməyə icazə verməyəcəyik’ kimi bəyanatları həddini aşan və tamamilə əsassızdır. Bu ölkədə heç kim kiminsə icazəsini gözləmir. İran İslam Respublikası öz siyasət və yolunu davam etdirəcək.
O, amerikalıların və bəzi qərbli dövlətlərin İranda zənginləşdirmənin dayandırılmasına dair təkidlərinə işarə edərək əlavə etdi: Münasib bir vaxtda xalqımıza onların bu təkidlərinin əsl məqsəd və niyyətini açıqlayacağam.
Həzrət Ayətullah Xamenei şəhid Rəisinin açıq və dürüst danışığını qeyd edərək dedi: Bu davranışın əhəmiyyətini anlamaq üçün onu bəzi qərb ölkələrinin riyakarlıqla danışan vəzifəli şəxslərinin dili ilə müqayisə etmək lazımdır. Onlar guya sülh və insan haqları uğrunda car çəkirlər, amma Qəzzada 20 mindən çox günahsız uşağın öldürülməsinə göz yumur və bu cinayətkarlara dəstək verirlər.
İnqilab Rəhbəri şəhid Rəisinin əməli fəaliyyətdə parlaq üstünlüklərinə toxunaraq dedi: Şəhid Rəisi daim keyfiyyətli və davamlı xidmət üçün nə yorğunluq, nə də gecə-gündüz fərqi tanımadan çalışırdı. Hətta biz dəfələrlə ona sağlamlığına diqqət etməyi tövsiyə edirdik, o isə belə cavab verirdi: ‘Mən işdən yorulmuram.’
Ayətullah Xamenei şəhid Rəisinin müxtəlif fəaliyyət sahələrini o cümlədən su təchizatının yaxşılaşdırılması, yol infrastrukturunun inkişafı, məşğulluğun artırılması, fəaliyyətsiz və ya bağlanmış istehsalat müəssisələrinin yenidən işə salınması, eləcə də yarımçıq və təxirə salınmış layihələrin başa çatdırılmasını xalq üçün birbaşa və müşahidəolunan xidmətlər kimi dəyərləndirmiş və əlavə etmişdir: Şəhid Rəisi, bununla yanaşı, milli nüfuzun, xalqın izzət və etibarının möhkəmləndirilməsinə də xidmət göstərmiş və bu göstəriciləri yüksəltmişdir.
Həzrət Ayətullah Xamenei beynəlxalq maliyyə institutlarının məlumatlarına istinad edərək qeyd etmişdir ki, İranda iqtisadi artım səviyyəsi 13-cü hökumətin fəaliyyətə başladığı dövrdəki sıfıra yaxın göstəricidən, dövrün sonunda təxminən 5%-ə çatmışdır. Bu artım ölkənin milli qüruru və beynəlxalq arenada iqtisadi müstəqillik və inkişaf əzmini əks etdirən mühüm göstərici kimi qiymətləndirilmişdir. Ayətullah Xamenei əlavə etmişdir ki, Rəisinin BMT Baş Assambleyasında Qurani Kərim və şəhid Süleymaninin fotosunu nümayiş etdirməsi də xalqın beynəlxalq miqyasda ucaldılmasına yönəlmiş simvolik və strateji addımlardan olmuşdur.
O, çıxışının yekun hissəsində vurğulamışdır ki, şəhid Rəisinin və onunla birgə çalışan gənc kadrların davranışlarında İslam İnqilabının ilk illərində şəhid olan vəzifəli şəxslərin xüsusilə şəhid Məhəmməd Rza Rəcainin gənc komandasında müşahidə olunan ruh yüksəkliyi, təşəbbüskarlıq və məsuliyyət hissi təzə formada yenidən canlanmışdır. Ayətullah Xamenei bunu İslam İnqilabının strateji gücünün təzahürü kimi qiymətləndirərək əlavə etmişdir: İnqilabın bu cür fədakar və peşəkar kadrlar yetişdirmək imkanının davamlı olması, imam Xomeyninin ən böyük strateji nailiyyətlərindən biridir.
Həzrət Ayətullah Xamenei həmçinin 30 Ordubehişt tarixində şəhid olan uçuş heyəti üzvlərindən bəzilərinin inqilabın qələbəsi zamanı ya yeniyetmə yaşında olduqlarını, ya da hələ dünyaya gəlmədiklərini qeyd edərək vurğulamışdır ki, bu şəxslərin və ölkə üzrə yüz minlərlə digər gəncin yetişdirilməsi İslam İnqilabının insan resurslarının inkişafı sahəsindəki nailiyyətidir. Ayətullah Xamenei bunu belə ifadə etmişdir: İnqilab, 19 yaşlı bir gənci məsələn, Arman Əliverdi 40 il əvvəl 90 yaşında şəhid olmuş Ayətullah Əşrəfi İsfahaninin ideoloji və praktiki xəttini davam etdirəcək səviyyədə formalaşdıra bilir.
O,təkidlə vurğulamışdır ki: Bu qədər geniş və dayanıqlı səfərbərlik gücünə malik olan bir inqilabın məğlubiyyətə uğraması qeyri-mümkündür. Buna görə də, bu inqilabın mahiyyəti, insan kapitalı formalaşdırmaq potensialı, əldə edilən inkişaflar və İran xalqının bu istiqamətdəki tarixi hərəkatı düzgün dəyərləndirilməli, davamlılığı üçün Allahdan yardım dilənməlidir. Beləliklə, bu böyük tarixi dərs yalnız İran xalqı üçün deyil, bütün bəşəriyyət və digər xalqlar üçün də nümunəvi və ilhamverici modelə çevrilə bilər.
Rəyiniz