Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Höccətül-İslam vəl-müslimin Seyid Məhəmməd Mehdi Mirbaqiri Xanım Məsumənin (s.ə) müqəddəs Hərəmində keçirilən Şamu Qəriban (qəriblər gecəsi) mərasimində belə buyurub: İmam Hüseyn (ə) qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı məktub Aşura qiyamının dərin əsaslarını ehtiva edir. O, bu məktubu Həzrətin (ə) məşhur vəsiyyətnaməsi adlandıraraq qeyd edib: Bu məktub üç əsas şəhadəti əhatə edir ki, onların ən önəmlisi tövhidə şəhadət vermək və İmam Hüseyn (ə) qiyamının böyük hədəflərini çatdırmaq idi.
O vurğulayıb ki, İmam Hüseyn (ə) öz vəsiyyətnaməsində açıq şəkildə bildirir ki, Onun qiyamı elə məqsədlər üçündür ki, başqaları həmin məqsədləri güdmür. Həzrət (ə) açıq şəkildə bəyan edir ki, cəmiyyəti fəsaddan islahata yönəltməkdir və bu islahat yalnız ümmətin yenidən tövhid mehvərinə qaytarılması ilə mümkündür.
Höccətül-İslam vəl-müslimin Mirbaqiri bu günkü cəmiyyətin qarşısındakı əsas təhlükəyə toxunaraq dedi: Əgər bir cəmiyyət tövhid mehvərindən uzaqlaşarsa fəsada uğrayar. Bu dövrdə ən böyük fəsad zalım imperiyaların və Allahın düşmənlərinin hakimiyyətidir. Əgər bu böyük fəsadla mübarizə aparılarsa digər fəsadlar da aradan qalxar. Əgər belə fəsadlar aradan getməsə başqa pisliklərə yol açacaq.
Mərasimin xətibi əlavə edib ki, İmam Hüseyn (ə) açıq şəkildə bildirmişdi ki, O, yolunda başqalarının düşüncə və siyasətinə bağlı olmayıb. Həzrət buyurmuşdu: Əgər ümmət mənimlə birlikdə olmasa belə haqq yolundan geri dönmərəm. O zamana qədər ki, Allah mənimlə düşmənlərim arasında hökm versin. Bu isə Həzrətin (ə) İlahi vəzifəsini yerinə yetirməkdə nə qədər qətiyyətli və sarsılmaz olduğunu göstərir.
O həmçinin bildirdi ki, Aşura qiyamının yolunda Allaha təvəkkülün xüsusi yeri vardır. İmam Hüseyn (ə) Allah yolunda atdığı hər addımı tam etimad və təvəkküllə bağlı idi. Allah iman gətirənlərə vəd edib ki, çətinliklər zamanı gözləmədikləri yollarla onlara yardım edəcəkdir.
Höccətül-İslam vəl-müslimin Mirbaqiri qeyd edib: İnsan həyatındakı çıxılmaz vəziyyətlər təkcə maddi problemlərə bağlı deyil, bir sıra mənəvi problemlər də mövcuddur. İnsan yalnız maddi səbəblərə güvəndikdə onun ruhiyyəsində bəzi sıxıntılar yaranır. Lakin insan Allaha təvəkkül etdikdə, bu sıxıntılar aradan qalxır və yollar yenidən açılır.
O sonda belə bir məqama xüsusi diqqət çəkdi: Əgər bir cəmiyyət İlahi vəzifəsini yerinə yetirməyə sadiq qalar və təqva ilə haqq yolundan dönməzsə Allah mütləq ona öz köməyini yetirəcəkdir.İmam Hüseyn (ə) bu həqiqətə bütün qəlbi ilə inanırdı və məhz bu iman, Aşura günü onun möhkəm dayanmasının və misilsiz fədakarlığının əsas səbəbi oldu.
Xəbərin sonu
Rəyiniz