Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata əsasən, Höccətül-İslam vəl-müslimin Əhməd Hüseyn Şərifi İmam Xomeyni (r) adına Tədris və Tədqiqat İnstitutunun fəlsəfə üzrə professoru və Qum Universitetinin rektoru “İslam humanitar Elmləri” və “12 günlük yüksək səviyyəli Müdafiə” adlı yazısında sionist rejimin təcavüzü məsələsini, həmçinin İslam humanitar elmləri tərəfdarlarının nəzəriyyələri ilə Qərb yönümlü və humanist iddialı insan elmlərinnin tərəfdarlarının nəzəri yanaşmalarını təhlil edib.
Aşağıda bu yazının davamını oxuya bilərsiniz:
Allahın adı ilə
1. İslam Respublikasına qarşı yönəlmiş qlobal müharibəyə qarşı 12 günlük yüksək səviyyəli müdafiəsi, İranda İslam humanitar elmləri tərəfdarlarının nəzəriyyələrinin və Qərb yönümlü, humanist iddialı insani elmlərin müdafiəçilərinin nəzəriyyələrinin düzgünlüyü və səmərəliliyinin müqayisəsi üçün real və konkret bir meydan hesab oluna bilər.
İslam humanitar elmlərinin ən önəmli nəzəriyyələrindən aşağıdakılar göstərilə bilər:
Vilayəti-Fəqih nəzəriyyəsi
Müqavimət nəzəriyyəsi
Millət və Ümmət nəzəriyyəsi
Müstəqillik və özünü təmin etmə nəzəriyyəsi
Buna qarşılıq, İranda Qərb yönümlü və humanist elmlərin tərəfdarlarının əsas ideyalarına isə aşağıdakılar daxildir:
Sekulyarizm nəzəriyyəsi (dinlə siyasətin ayrılması)
Hegemon güclərə tabeçilik nəzəriyyəsi
Dinə qarşı çıxan milliyyətçilik
Asılılıq və Antimillilik nəzəriyyəsi
Yeni liberal iqtisadiyyat nəzəriyyəsi və bu kimi digər yanaşmalar.
2. Hamımız şahid olduq ki, bu müharibədə İran xalqının başıuca və qürurlu qalmasının səbəbi, şərəfinin qorunması və bu kimi səbəblərin hər biri İslam humanitar elmlərinin nəzəriyyələrinin bəhrəsi olan nailiyyətlər idi.
Vilayəti-Fəqih Ali Rəhbərin qüdrəti, əzəməti və dəyəri bu məcburi müharibənin ilk saatlarında tam şəkildə aşkar oldu. Düşmənin qəfil, gözlənilməz və qarışıq hücumu qarşısında bütün xalq heyrət və çaşqınlığa düşmüş, ümidsizlik və qorxu bütün İrana hakim kəsilmişdi. Elə bu anda Ali Rəhbərin ilk video müraciəti yayımlandı və bu İlahi şəxsiyyətin təmkin və qətiyyət, güc və məğrurluqla çıxışı bütün ölkəyə sanki İlahi bir aramlıq və sakitlik gətirdi.Qəfildən vəziyyət dəyişdi və demək olar ki, bütün xalq qələbəyə əmin oldu!
Hamımız gördük ki, vilayəti-fəqih Ali Rəhbərin siyasi qürur və hikməti, müharibənin və diplomatiyanın idarə olunması necə iki nüvə gücünü diz çökdürüb, utandırıb və alçaldıcı şəkildə atəşkəs diləməyə məcbur etdi. Bu hadisəni asanlıqla keçmək olmaz. Bu imamətin, vilayətin və mənəviyyatın gücü olması ilə yanaşı Ali Rəhbərin müdrik və uzaqgörənliyinin bəhrəsidir.
Bundan əlavə, hamımız şahid olduq ki, bu müharibədə İran İslam Respublikasının güc və qüdrət vasitələri, öz varlıqlarının dərinliyi ilə özünə təmin olan, özünə güvənən və inanan insanların səylərinin nəticəsi idi. Elə insanlar ki, bütün xarici və daxili sanksiyalara baxmayaraq, imana və elmə söykənərək Allah yolunda cihadın bərəkətli olacağına inanaraq, elə raketlər istehsal etmişdilər ki, təkcə Qərbin bütün müdafiə sistemlərini yarıb keçmədi həm də 2000 kilometr uzaqlıqda tam istədiyimiz nöqtəni vura bildik.
İran xalqı son 250 ilin tarixində ikinci dəfə idi ki, İslam İnqilabının bərəkəti və bu inqilab sayəsində İranı öz ağuşuna almış İmam Əli (ə) və Hüseynin (ə) balalarının məhəbbəti sayəsində təşkilatlanmış və həmrəy şəkildə, ürəkdən və cəsarətlə müqavimət göstərərək qətiyyətlə meydana gəldilər və bir yerdə dedilər: “Canımızı verərik, amma özgəyə imkan vermərik ki, İmam Hüseyn (ə) tərəfdarı olan bir milləti üçün qərar çıxarsın.
Dindən uzaq olan milliyyətçilik və mənəviyyatsızlıq məhz o anlayış idi ki, inqilabdan öncəki 200 ildə İranın parçalanması və 3 milyon 500 min kvadrat kilometr torpağının ayrılması qarşısında heç bir reaksiya göstərməmişdi! Adi milliyyətçiliyin yəni İslam kimliyindən və mənəviyyatından uzaq milliyyətçiliyin batil olduğu, “millət və ümmət” nəzəriyyəsinin və “İmam Hüseyn (ə) tərəfdarı olan bir millət” nəzəriyyəsinin doğruluğu hər kəs üçün açıq-aşkar sübut olundu.
3. İndi gözlənilir ki:
1. Universitet mərkəzləri dərs proqramlarında ciddi dəyişikliklər etsinlər; Qərb mənşəli humanitar elmlərin nəzəriyyələrini yaymaq əvəzinə bütün güc və imkanlarını İslam humanitar elmlərinin nəzəriyyələrinin tədrisinə və öyrədilməsinə yönəltsinlər. Qərb nəzəriyyələrinin tədrisini onların özlərinə buraxsınlar. Tələbələrin zehnini və düşüncəsini Qərblilərin mənasız sözləri ilə məşğul etməsinlər. Humanitar elmlərin bütün sahələrində İslam nəzəriyyələrinə yönəlsinlər.Çünki bizim gücümüz, qüdrətimiz, təhlükəsizliyimiz, qürurumuz, inkişafımız və şərəfimiz onlara bağlıdır.
2. İndi ki, İslam humanitar elmlərinin siyasi və hərbi sahələrdəki səmərəliliyi hər kəs üçün aydın olub, gözlənilir ki, islam və İran mənşəli izzət və şərəfin dadı iqtisadi, mədəniyyət və incəsənət sahələrində də hiss olunsun. Bunun üçün ölkənin iqtisadi qərarverici və planlaşdırıcıları liberal və neoliber iqtisadi nəzəriyyələr əvəzinə, İslam iqtisadiyyatı nəzəriyyələrinə yönəlsinlər və praktikada da İslam iqtisadiyyatını tətbiq etsinlər. Həmçinin ölkənin elm və əməl sahəsindəki mədəniyyət və incəsənətin məsul şəxsləri də dağıdıcı və insanı məhv edən Qərb və liberal mədəniyyət həmçinin incəsənəti yaymaq əvəzinə İslamın bəyəndiyi mədəniyyəti və incəsənəti təşviq edib həyata keçirsinlər.
Xülasə olaraq inanıram ki, əgər İran İslam Respublikasına qarşı olan dünya müharibəsindən sonra elmi mərkəzlərimizin və universitetlərimizin qapıları yenə də əvvəlki Qərbyönlü və Qərb meyillilik istiqamətində gedərsə bu yalnız maddi və mənəvi sərvətlərin israfı deyil, eyni zamanda həqiqətə, iqtidar və müqavimət şəhidlərinin qanına xəyanətdir.
Xəbərin sonu.
Rəyiniz