Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumatına görə, Ayətullah Əlirza Ərafi ölkə üzrə elmi hövzə direktorlarının ümumi toplantısında çıxış edib. Bu iclas "baş vermiş son hadisələr, düşmən təxribatı və 12 günlük vətən müdafiəsi” mövzusu ətrafında keçirilib və orada Elmi Hövzələrin Ali Şurasının üzvləri, müavinlər, əyalət rəhbərləri və ilahiyyat məktəblərinin direktorları iştirak ediblər.
Ayətullah Ərafi bildirib ki, mövcud vəziyyət çətinlik və mürəkkəbliklərlə müşayiət olunan tarixi bir dönəmdir. O deyib ki, bu çətinliklər artıq yaşanıb və gələcəkdə də davam edəcək. O, bu mürəkkəbliyin 14 əsas aspektini sadalayaraq qeyd edib: Bütün imperialist gücləri bu gün əvvəlki illərə nisbətdə birbaşa, açıq və dolğun şəkildə ən müasir silahlarla, qabaqcıl texnologiyalar və süni intellektlərlə meydana çıxıblar. Daxildə geniş bir şəbəkələşmə qurulub və bu şəbəkələr bir-birilə bənzərsiz şəkildə əlaqəsi olubdur. Xarici müxalifət qüvvələri indiyədək görünməmiş formada təşkilatlandırılıb və yeni planlar cızaraq icra ediblər.
O əlavə edib: Quru sərhədlər hücum üçün hazır vəziyyətə gətirilmişdi. Ağır təbliğat dalğası düşüncə və məlumat müharibəsində aparıcı rola çevrilmişdi. Müqavimət yolu zahiri olaraq nisbətən zəif göstərilirdi. Bəzi ölkələr iqtisadi və siyasi cəhətdən cəlbedici təkliflərlə aldadılırdı. Cəmiyyətdə parçalanmalar aktivləşdirilmişdi. İkinci Dünya müharibəsindən bəri hazırlanan 40, 50 hətta 80 illik planlar yenidən nəzərdən keçirilərək hərəkətə gətirilib.
Müqavimət yolu yenidən dirçələcək
Ayətullah Ərafi Qərbin məqsədinin Şərq və İslam dünyasında ikili sistem (heç bir güc olmasın, əgər olsada onlardan tam asılı vəziyyətdə olsun) yaratmaq olduğunu qeyd edib: Bu plan son iki, üç ildə mərhələli şəkildə irəlilədi. Lakin Qərb sonda möhkəm və sərt bir maneə ilə, İran xalqı, İslam İnqilabı və onun Ali Rəhbəri ilə qarşılanmışdır. İnşallah Yəmən, İraq və ümumilikdə müqavimət cəbhəsi yeni bir nəfəs alacaqdır.
Qəlbləri ruhlandırmaq, düşüncələri düzəltmək və iradələri möhkəmləndirilmək ruhani təbəqəsinin vəzifəsidir.
Ayətullah Ərafi vurğulayıb ki, əgər bir cəmiyyətin ağlı düzgün analiz etsə, qəlbi imanla dolu olsa və iradəsi möhkəm olsa, istənilən silah o cümlədən nüvə silahı belə bizi yolumuzdan döndərə bilməz. Ruhanilər bu dayanıqlığın əsas sütunlarını qorumağı özünə vəzifə bilməlidirlər.
O bu sütunları belə təsnif edib:
1. Elm, biliy və maarif
2. Qeybi aləminə iman və etiqad
3. Doğru, ictimai və siyasi bilgi
4. Cəmiyyətdə möhkəm iradə
Elmi Hövzələrin rektoru qeyd edib ki, xalq və gənclər ölkə daxilində və ölkə xaricində yaranan yeni fürsətlər, İslam ümmətinin birliyi, İslam İnqilabının düşüncəsinin parlaqlığı, İslam və Əhli-Beyt (ə) maarifləri bu fürsətlərin əsasıdır və bunlar daha da möhkəmləndirilməlidir: Qarşıdakı təhlükələr qarşısında yolumuz çətindir. Bu, regionun və bəşəriyyətin tarixində mədəniyyət baxımından dönüş nöqtəsidir. Əgər bu diskurs qalıcı olsa, nəticəsi Zühur üfqünə doğru olacaq. Bu zaman düşmənin çoxsaylı hiylələri də puça çıxacaqdır.
O əlavə edib: Dayanıqlıq, dözümlülük, müqavimət, ayıqlıq, birlik və vəhdət, İslam İnqilabının prinsiplərinə bağlılıq, istibdada qarşı durmaq, məğlubiyyət ruhiyyəsinə düşməmək, maarifləndirmə və düzgün izahat, inanc və düşüncə əsaslarının gücləndirilməsi, xalq və gənclərlə daha güclü əlaqə və onları aktiv şəkildə cəlb etmək qarşıda duran yoldur.
Ayətullah Ərafi iclasın əsas mahiyyətini belə izah edib: Bu toplantı İmam Zaman (ə.f), İmam Rza (ə), dahi şəxsiyyət imam Xomeyni (r), Ali Rəhbər, böyük müctəhidlər, pak şəhidlər və böyük İran xalqı ilə əhdin yenilənməsi və hər an bütün sahələrdə hazır olduğumuzu bildirir. Bu iradələr gələcəyi təmin edəcək və çətinlikləri aradan qaldıracaqdır.
Elmi Hövzələrin Ali Şurasının üzvü idarəçiliklə bağlı olan fikirlər də bildirib:
Uğurlu rəhbər o şəxsdir ki, elmi və peşəkar əsaslara sahib olmaqla yanaşı, daxili və xarici mühiti, vəziyyəti və ehtiyacları tanımaq bacarığına, iti zəkaya və öz vəzifəsinə strateji baxışa malik olsun ki, mühiti doğru və qısa zamanda analiz edərək dəyərləndirməsi əsasında hədəflərə uyğun dəyişiklikləri həyata keçirə bilsin.
O, maddi və insan resurslarını məqsədlər istiqamətində uzlaşdırmaq bacarığını, uğurlu rəhbərin ikinci amili kimi qeyd etdi. Üçüncü amil "insanlarda motivasiya, hiss və həyəcan oyatmaq bacarığıdır". Çünki inkişaf üçün hiss, coşqu, sevinc və stimul vacibdir. Rəhbər yalnız məntiqi və nəzəri məsələlərlə kifayətlənməməli, məktəbdə, tələbə və müəllimlərlə ünsiyyətdə və digər mühitlərdə də bu ruhlandırıcı təsirə malik olmalıdır. Onun varlığı coşqu doğuran, hərəkətə gətirən və ruh yüksəldən olmalıdır.
Elmi Hövzələrin rektoru həmçinin "məntiqə, nəzəri düşüncəyə və elmi baxışa sahib olmaq" və "gücləri bir zəncirvari şəkildə birləşdirə bilmək, komanda və işçi qrupları formalaşdırmaq bacarığını" uğurlu rəhbərin dördüncü və beşinci mühüm xüsusiyyəti kimi təqdim edərək bildirib.
Altıncı amil isə "bütün vəzifə və missiyalara karikatura xarakteri daşımadan, hərtərəfli və balanslı yanaşmaqdır". Yəni rəhbər məktəbdə fəaliyyətdə olarkən dəstək, tədris, tədqiqat, təbliğat, mənəvi tərbiyə və beynəlxalq əlaqələr kimi sahələri diqqətdə saxlamalı, bu fəaliyyətləri tamlıq və tarazlıqla idarə etməli, gələcəyi düzgün müəyyənləşdirməlidir.
Çünki rəhbərlərin ilk və əsas missiyası alim və kamil insan yetişdirməkdir və bu böyük vəzifə ilə yanaşı, hərtərəflilik, tarazlıq və gələcəyi tanımaq bacarığı da zəruridir.
O əlavə etdi ki, uğurlu rəhbərin digər əsas xüsusiyyətləri bunlardır:
Zehni intizam və davranışda sistemlilik,
Təzyiqlərə qarşı yüksək dözümlülük və islahatçılıq ruhu,
Tapşırıqları düzgün bölmək və kiçik işlərlə böyük işləri uzlaşdırmaq bacarığı,
Elmi Hövzədə o cümlədən dindarların qarşılaşdığı böhranları tanımaq və onları həll etmək gücü.
Biz süni intellektə tam yiyələnməklə onu məqsədlərimizin qabağa getməsi, İslam elmlərinin inkişafı və müxtəlif tədris və təbliğ sahələrinin gücləndirilməsi istiqamətində tətbiq etməyə doğru getməliyik
Ayətullah Ərafi qeyd edib ki, süni intellekt həm üstünlüklərə, həm də təhlükələrə malikdir və bəşəriyyətin gələcəyi bu böyük transformasiyanın təsiri altındadır. O vurğulayıb: Biz artıq süni intellektin İslam elmlərində tətbiqi ilə bağlı bir sıra işlərə başlamışıq və bu layihələr hazırda inkişaf mərhələsindədir. Biz bu texnologiyaya tam hakim olmaqla, onu məqsədlərimizin və İslam elmlərinin inkişafı eləcə də tədris və təbliğ sahələrinin gücləndirilməsi üçün fəal şəkildə istifadə etməliyik.
O, həmçinin qarşıdan gələn İmam Hüseynin (ə) Ərbəin ziyarətinə toxunaraq bildirib: Hövzənin təbliğat və beynəlxalq bölməsi bu ilki Ərbəin yürüşünün təşkili, müəllim və mənəviyyat malik olan savadlı kadr yetişdirməyə vurğu və hövzənin qabaqcıl və nümunəvi mesajının çatdırılması istiqamətində fəaliyyət göstərməkdədir.
Xəbərin sonu
Ölkə üzrə elmi hövzə direktorlarının milli konfransı
Məşhəd şəhərində ölkə üzrə elmi hövzə direktorlarının milli konfransı
Məşhəd şəhərində ölkə üzrə elmi hövzə direktorlarının milli konfransı
Rəyiniz