Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Ayətullah Əlirza Ərafi 26 iyul şənbə axşamı Qum şəhərində Elmi Hövzələri idarəetmə mərkəzinin iclas zalında keçirilən “Ümənaur-Rusul müqavimətin Seyyidüş-şühədasının elmi və cihadi mövqeyinə ehtiram” adlı beynəlxalq elmi konqresin məqalə çağırışı posterinin təqdimat mərasimində İslam ümmətinin şəhidlərinin xatirəsini ehtiramla yad edərək bildirdi: Biz İslam ümmətinin böyük şəhidlərinin xatirəsini o cümlədən beynəlxalq sionizmə qarşı mübarizədə canlarını fəda etmiş şəhidləri, xüsusilə şəhid Seyid Həsən Nəsrullahı, şəhid olmuş alimləri və komandirləri, həmçinin əziz xalqımızı o cümlədən son hadisələrdə və 12 günlük döyüşdə şəhid olmuş bütün şəhidlərimizi rəhmət və hörmətlə anırıq.
O, davamında Fələstin xalqının vəziyyətinə toxunaraq deyib:
Sözümün əvvəlində Qəzza və Fələstin xalqına xüsusilə uşaqlar, yeniyetmələr və ən çətin həyat şəraitində yaşayan əzizlərimizə öz dərin həmrəyliyimizi bildiririk.
Allahdan diləyirik ki, bu çətinlikləri onların üzərindən götürsün və İslam ümmətinin və İran İslamının düşmənlərinin şərini özlərinə qaytarsın.
Elmi Hövzələrin rektoru iclasın məqsədlərini açıqlayaraq deyib: Ümənaur-Rusul elmi mərkəzi, böyük şəxsiyyətləri tanımaq məqsədi daşıyan bir qurumdur və bu şəxsiyyətlər İran və regionun düşüncə və mədəniyyətində, həmçinin sosial, siyasi və mədəni proseslərdə mühüm rol oynayıbdırlar. Bu qurum həm İranda, həm də regionda bu şəxsiyyətləri cəmiyyətə təqdim etməyə çalışır və xüsusi diqqətini Qum və Nəcəf kimi iki mərkəzə yönəldir.Bu iki mərkəz İslam, iman və şiə düşüncəsinin əsas tarixi mərkəzləri olub. İslam dünyasında təsirə malikdirlər və çalışılır ki, bu iki mərkəz bir-birinə daha yaxın olsun.
Elmi Hövzələrin rektoru əlavə edib: "Ümənaur-Rusul" bu iki dini mərkəz elm, mədəniyyət və ictimai sahədə görkəmli rola malik şəxsiyyətləri tanıyır, onların həyat tərzini yenidən araşdırır və cəmiyyətə təqdim edir.
Ayətullah Ərafi daha sonra Qum və Nəcəf elmi hövzələrinin tarixi və təsirli mövqeyini izah edərək bildirib: Elmi hövzələr arasında bu iki mərkəz tarix boyu xüsusi mövqe və üstünlüyə malik olmuşdur və son əsrlərdə Qum və Nəcəf hövzələri o cümlədən Məşrutə hərəkatı və neftin milliləşdirilməsi hərəkatından tutmuş İslam İnqilabı və İraqla bölgədə baş verən mühüm hadisələrin başlanğıc nöqtəsi olmuşdur.
Ayətullah Ərafi bu iki elmi hövzənin təsir dairəsinə toxunaraq əlavə edib:
Onlarla böyük ictimai və maarif sahələri vardır ki, onların mənşəyi bizim elmi mərkəzlərimizə universitetlərə və hövzələrə dayanır. Lakin bu iki hövzə (Qum və Nəcəf) xüsusi və önəmli mövqeyə sahib olmuşdur və bu hövzələrdən elə böyük şəxsiyyətlər yetişmişdir ki, dünyanın ən uzaq nöqtələrində belə təsir göstəriblər.
Elmi Hövzələrin rektoru Ayətullah Ərafi, "Ümənaur-Rusul" adlı layihənin elmi hövzələr arasındakı əlaqələri gücləndirmək məqsədi daşıdığını bildirərək dedi:
“Bu layihənin əsas hədəfi Qum və Nəcəf hövzələrinin qurumları arasında əlaqələri möhkəmləndirməkdir. Eyni zamanda, bu layihə cəmiyyət və gənc nəsil üçün nümunə ola biləcək şəxsiyyətlərin yenidən tanıdılması və təqdim olunması istiqamətində addımlar atır.
O, bu istiqamətdə görülmüş işlərə toxunaraq qeyd edib:
İndiyədək bir neçə proqram həyata keçirilib və bunlar yaxşı nəticələrə səbəb olub. Bu çərçivədə böyük əsərlər nəşr olunub,Qum və Nəcəfdə mühüm görüşlər təşkil edilib.
Ayətullah Ərafi, “Ümənaur-Rusul layihəsinin İslam ümmətinin tanınmış şəxsiyyətlərini ucaldmaq üçün yeni planlarından söz açaraq belə deyib:
“Son aylarda siyasətin müəyyənləşdirilməsi şurasında müzakirəyə çıxarılan və dostlarımız tərəfindən izlənilən yeni mərhələdə, üç böyük şəxsiyyətin anım mərasimi proqramlaşdırılıb. Bu şəxsiyyətlərin hər biri öz baxımından xüsusi və önəmli mövqeyə malikdir.
O davam edərək deyib:
“Birinci şəxsiyyət, şəhid alim Seyid Həsən Nəsrullah (r) böyük müqavimət komandanı və tanınmış siyasətçi bir simadır. Onun şəxsiyyətinin yenidən tanıdılması, elmi mövqeyi və siyasi-sosial düşüncəsinin dərinliyi hal-hazırda tədqiqat və araşdırma mərhələsindədir. Ümid edirik ki, gələn il Qum, Nəcəf və Livanda bu böyük şəxsiyyətin anımına həsr olunmuş mühüm tədbirlər keçiriləcək.
Ayətullah Ərafi bu görkəmli şəxsiyyətlə yaxın tanışlığına işarə edərək belə qeyd edib:
“Şəhid Seyid Həsən Nəsrullah barəsində ki, onunla yaxın əlaqəm olmuşdur və dəfələrlə uzun çəkən görüşlərdə, bəzən gecə yarısına qədər Beyrutda onunla birlikdə olmuşam.Bir neçə mühüm məqam var ki, həmin bu tədbirin əhəmiyyətini daha da aydınlaşdırır.
O, Şəhid Seyid Həsən Nəsrullahın elmi və fikri tərəflərini izah edərək deyib:
“Əvvəla, Şəhid Nəsrullah Qum və Nəcəf elmi hövzələrinin yetirməsi idi. O, Nəcəfdə təhsil almış, bir müddət də Qumda olmuşdur.Qum və Nəcəfin müxtəlif elmi və mədəni məktəblərindən bəhrələnmişdir.
Elmi Hövzələrin rektoru əlavə edib:
“İkincisi o, mərhum şəhid Məhəmməd Baqir Sədrin təsiri altında idi və bu istiqamətdə İmam Xomeyninin (r) rəhbərliyindən və İslam İnqilabının faydasından bəhrələndi. Nəticədə, qısa zamanda Livan, bölgə, İslam dünyası və ümumilikdə dünya miqyasında böyük bir lider və önəmli elmi-inqilabi şəxsiyyət səviyyəsinə yüksəldi.
O davam edərək deyib:
“Onun şəxsiyyətində diqqətəlayiq cəhətlərdən biri də bu idi ki, olduqca yüksək səviyyəli strateji düşüncəyə malik idi. Belə demək olar ki, o bölgənin siyasi planlarını dəyişdirən simalardan biri olmuş və bu istiqamətdə mühüm rol oynamışdır. Eyni zamanda, o, Ali Rəhbərə dərin məhəbbət və bağlılıq bəsləyirdi.Onun rəhbərliyi altında böyük şəxsiyyətlər yetişmişdir.
Ayətullah Ərafi Şəhid Seyid Həsən Nəsrullahın şəxsiyyəti haqqında çıxışının yekununda vurğuladı:
“Şəhid Nəsrullah əslində bir müdrik, uzaqgörən, inqilabi və siyasi məktəbdir. Bu tədbirin məqsədi də məhz bu məktəbin yenidən nəzərdən keçirilməsi, onun əsas ünsürlərinin,önəmli düşüncə və dərslərinin tanıdılması və təhlil olunmasıdır.
Elmi Hövzələrin rektoru, “Ümənaur-Rusul” layihəsinin iclasında yer alan digər iki şəxsiyyəti təqdim edərək deyib:
“İkinci şəxsiyyət mərhum Ayətullah üzma Safi Gülpayqani (r). O, ictimai, siyasi, inqilabi, fiqhi, kəlam və məhdəviyyət sahələrində önəmli və görkəmli şəxsiyyətlərdəndir. Onun rüxsət mövqeyi dini rəhbərlik aləmində çox böyük və təsirli olmuşdur. Həmçinin, fiqh, kəlam, hədis və məhdəviyyət mövzularında geniş əsərləri vardır ki, bu əsərlər bu günün düşüncə və dini suallarına cavab verir.”
Ayətullah Ərafi əlavə edib:
Bu əsərlərin yenidən nəzərdən keçirilməsi nəşri işlərimizin gündəmindədir və ümid edirik ki, bu əsərlərin bir hissəsi digər dillərə də tərcümə olunacaq.
Elmi Hövzələrin rektoru davam edərək anım iclasında nəzərdə tutulan üçüncü şəxsiyyətdən danışdı və dedi:
Üçüncü şəxsiyyət mərhum Ayətullah Şəhristanidir (r) O, nadir və az tanınan şəxsiyyətlərdəndir və onun əsərlərinin və şəxsiyyətinin yenidən tanıdılması, gənc nəsil, universitet tələbələri və hövzə mühitimiz üçün çox faydalı və yol göstərən olacaqdır.
Ayətullah Ərafi sözlərini yekunlaşdıraraq belə deyib:
“Bütün bu anım mərasimlərində bizim üçün ən önəmli olan odur ki, gənc nəsil öz tarixi irsi ilə yaxından tanış olsun, ondan ilham alsın və daha yaxşı gələcəyə doğru bir yol tapsın.
Xəbərin sonu
Şəkillər / Elmi və Beynəlxalq Ümənaur-Rusul iclasının məqalə çağırışı posterinin təqdimatına dair mətbuat konfransı
Şəkillər / Elmi və Beynəlxalq Ümənaur-Rusul iclasının məqalə çağırışı posterinin təqdimatına dair mətbuat konfransı
Şəkillər / Elmi və Beynəlxalq Ümənaur-Rusul iclasının məqalə çağırışı posterinin təqdimatına dair mətbuat konfransı
Şəkillər / Elmi və Beynəlxalq Ümənaur-Rusul iclasının məqalə çağırışı posterinin təqdimatına dair mətbuat konfransı
Şəkillər / Elmi və Beynəlxalq Ümənaur-Rusul iclasının məqalə çağırışı posterinin təqdimatına dair mətbuat konfransı
Şəkillər / Elmi və Beynəlxalq Ümənaur-Rusul iclasının məqalə çağırışı posterinin təqdimatına dair mətbuat konfransı
Şəkillər / Elmi və Beynəlxalq Ümənaur-Rusul iclasının məqalə çağırışı posterinin təqdimatına dair mətbuat konfransı
Şəkillər / Elmi və Beynəlxalq Ümənaur-Rusul iclasının məqalə çağırışı posterinin təqdimatına dair mətbuat konfransı
Rəyiniz