bazar ertəsi 11 avqust 2025 - 22:07
Ərbəin yürüşünün fəlsəfəsi, Aşura beyətinin yenilənməsi və milyonlarla insanın həmrəyliyin göstəricisidir 

Hövzə / Xanım Əmani dedi: İmam Hüseynin (ə) Ərbəin yürüşü, dərin dini köklərə əsaslanan bir ənənəyə malik olmaqla yanaşı zülmələ mübarizə aparmaq üçün xalq iradəsinin simvolu və İmam Hüseynə (ə) sonsuz sevginin təzahürüdür.

Hövzə Xəbər Agentliyinin Ərak əyaləti üzrə müxbirinin verdiyi məlumata əsasən, Ərbəin yürüşü sadəcə dini bir mərasimdən ibarət deyil. Bu yürüş genişmiqyaslı mənəvi və ictimai bir hərəkat olmaqla yanaşı İmam Hüseynin (ə) hədəflərinə yenidən beyət etməyi və zülmlə mübarizə aparmağı insanların yadına salır. İnsanların uzun və çətin yolu qət etməyə hazır olmalarının səbəbi, Aşura tarixinin dərinliklərindən qaynaqlanan sevgidədir və bu dünyanın hər tərəfindən milyonlarla zəvvarın həmrəyliyinin və birliyinin göstəricisidir.

Hövzə Xəbər Agentliyinin Ərak əyaləti üzrə müxbiri Mərkəzi vilayətinin Qadınlara məxsus elmi hövzəsinin mədəniyyət işlər üzrə müavini xanım Əmani ilə müsahibəsini aşağıda təqdim edirik.

İmam Hüseynin (ə) Ərbəin yürüşünün fəlsəfəsi nədir? Niyə insanlar bu çətinliyə qatlanırlar?

Ərbəin yürüşünün əsas fəlsəfəsi İmam Hüseynə (ə) və Aşura hədəflərinə yenidən beyət etməkdir. Bu hərəkət, zülm və haqsızlıq qarşısında iradə və müqavimətin, həmçinin insani dəyərlərə sahib çıxmağın göstəricisidir. İnsanlar bu çətinliyə qatlanırlar ki, İmam Hüseynə (ə) olan sevgi və ehtiramlarını göstərsinlər və bu möhtəşəm toplanışda həmrəylik və birliyini nümayiş etdirsinlər.

Ərbəin İmam Hüseyn (ə) aşiqinin dirilişidir; Elə bir maqnit cazibəsidir ki, aşiq qəlbləri dünyanın hər tərəfindən Kərbəlaya çəkir. Bu, dünyanın ən böyük dini toplantısıdır ki, onun bənzəri heç yerdə yoxdur. Bu gün gənclərimiz bu səfərdə iştirak etməklə böyük mənəvi bəhrələr əldə edirlər.

Ərbəinin şiə mədəniyyətində və İslam dünyasında əhəmiyyətini necə görürsünüz?

Ərbəin, mənəvi və maarif yönləri ilə yanaşı, siyasi bir şüar da sayılır. Düşmənlər qarşısında gücün, təhlükəsizliyin və çəkindiriciliyin təzahürü, zülm və istibdada qarşı böyük bir cəbhədir. Bu möhtəşəm hərəkət yeni İslam sivilizasiyasına doğru bir hərəkətverici qüvvədir.

Ərbəin, aşağıdakı dəyərlərin dirçəldilməsi və güclənməsinə səbəb olur:

Əhd-peymanın yenilənməsi

Birlik və həmrəyliyin göstəricisi olmaq

Cihad və mübarizə ruhunu gücləndirmək

İnsani dəyərləri təbliğ etmək

Fədakarlıq mədəniyyətini yaşatmaq

Allaha yaxınlaşmaq

Gözəl bir dini ənənəni qorumaq

Bu, şiə mədəniyyətində və ümumilikdə İslam dünyasında mühüm yerə sahibdir.

İmam Hüseynin (ə) Ərbəin yürüşü bir ənənədir, yoxsa dini mərasimlərdə bir yenilik?

İslam dini terminologiyasında “mərasim” anlayışı itaət və bəndəlikdən bəhs edir və ictimai səhnədə İslamın şüarlarını ucaltmağa xidmət edir.

Ərbəin yürüşü dəqiq və düzgün rəvayət əsasına malikdir və bunda heç bir şübhə yoxdur. Bu, “Bidət” də deyil. Çünki bidət dində olmayan bir şeyi dinə daxil etmək və onun heç bir rəvayət və ya hədisə söykənməməsidir.

Bu şüar İmam Hüseyn (ə) hərəkatının möcüzəsinin başqa bir təzahürüdür ki, Həzrət Zeynəb Kübra (s.ə), İmam Səccad (ə) və Əhli-beytin digər üzvlərinin mübarizəsi ilə təməli qoyulmuşdur.

Kərbəla hadisəsində iştirak edənlər ilə Kərbəlaya gedə bilməyənlərin arasında nə fərq var?

Əgər qəlbdə Kərbəla sevgisi varsa, gedə bilməyənlərdə İmam Hüseynin (ə) ziyarətçiləri sayılırlar. Bu düşüncəyə inanarsaq, artıq “gedə bilməmək” anlayışı mənasını itirər. Niyyət Kərbəlada olmaqdırsa, görülən əməl baxımından savab, hazırda Kərbəlada olan şəxslə heç bir fərq daşımır.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha