bazar 28 sentyabr 2025 - 15:29
Cəmiyyətin fikri ehtiyaclarına biganə qalmaq olmaz / İxtisaslaşmış kəlam mərkəzinin yaradılması zamanın zərurəti idi

Hövzə/ Həzrət Ayətullah Sübhani vurğulayıb: Elmi Hövzə mərkəzləri fiqh, kəlam, təfsir və təbliğ sahələrində gələcəyə baxışla cəmiyyətin sabahkı ehtiyaclarını qabaqcadan görməli və bunun üçün proqramlaşdırma aparmalıdırlar.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata əsasən, Mərcəyi-təqlidlərdən Həzrət Ayətullah hacı Şeyx Cəfər Sübhani 27 sentiyabr şənbə axşamı, İmam Sadiq (ə) adına Qum Elmi İnstitutunun kəlam üzrə ixtisaslaşmış mərkəzinin tədris ilinin başlanması və İslam Elmləri Kompüter Tədqiqatları Mərkəzi (NUR) tərəfindən hazırlanan onun əsərlərinin külliyyatının (4-cü versiya) proqram təminatının təqdimat mərasimində, kəlam elmi sahəsində elmi qurumların yaradılmasının əhəmiyyətinə toxunaraq belə buyurdu: Biz bilməliyik ki, İslam kəlamı üzrə ixtisaslaşmış mərkəzin yaradılması zamanın zərurəti idi və hər dövrün özünəməxsus tələbləri və ehtiyacları vardır. Cəmiyyətin fikri ehtiyaclarına biganə qalmaq olmaz. Mərhum Ayətullah Fazil ölkədə formalaşmaqda olan ateist meyllərin təhlükəsini dərk edərək, kəlam mərkəzinin təsisini dini maarif və İslam inanclarını müdafiə etmək üçün əsas zərurətlərdən biri hesab etmişdi.

İmam Sadiq (ə) adına Tədris və Tədqiqat İnstitutunun müdürü bu mərkəzlərin inkişaf və tərəqqisinə işarə edərək əlavə etdi: İmam Sadiq (ə) bir rəvayətdə buyurmuşdur ki, “zamanda" məqsəd fəlsəfə zamanı deyil, bəlkə cəmiyyətdə hökm sürən vəziyyət və şəraitdir. Kim öz dövrünün şəraitindən xəbərdar olsa və ehtiyacları tanıya bilsə, azğınlığa düşməz və düzgün yolu müəyyən edə bilər.

Mərcəyi-təqlid İmam Sadiq (ə) dövrünün şəraitini izah edərək qeyd etdi: O vaxtlar bəziləri deyirdilər ki, “imanlı olmaq kifayətdir, günah da etməsən, heç bir problem yoxdur”. Lakin təəssüf ki, belə baxış naqis və azdırıcıdır. İmam Sadiq (ə) isə bu fikir axınlarının təhlükəsini dərk edərək, onlarla mübarizədə öncül oldu və gələcəyə baxışla, ortaya çıxan şübhə və azğınlıqlara cavab verməyə ciddi diqqət göstərdi.

Həzrət Ayətullah Sübhani davam edərək buyurdu: Bu gün də həmin həyat tərzindən dərs almaq lazımdır. Necə ki, Qurani-Kərim buyurur: 
«وَأَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّةٍ» 
Yəni bacardığınız qədər gələcək üçün hazırlıq görün. Bu göstəriş yalnız hərbi sahə ilə məhdudlaşmır, bütün sahələrə aiddir və gələcəyə baxışın əhəmiyyətini göstərir.

O, Elmi hövzə mərkəzində uzunmüddətli planlaşdırmanın vacibliyinə diqqət çəkərək belə dedi: Biz araşdırmalıyıq ki, gələcəkdə müxtəlif sahələrdə o cümlədən fiqh, təfsir, kəlam və təbliğ sahələrində neçə təbliğatçı, tədqiqatçı və müəllimə ehtiyacımız olacaq. Əgər elmi hövzə mərkəzi gələcək nəsillərin dini və fikri ehtiyaclarına cavab vermək istəyirsə, bu gün bu qüvvələrin tərbiyəsi üçün dəqiq və gələcəyə yönəlmiş planlar hazırlamalıdır.

Fiqh və üsul dərslərinin müəllimi elmi hövzə mərkəzində qeyd etdi: Əgər hövzə elmi mərkəzi bu gələcək baxışına ciddi yanaşarsa, o zaman ateist axınlar, yeni yaranan şübhələr və cəmiyyətin inanc ehtiyaclarına qarşı dayana bilər və Əhli-Beyt (ə) ilmələrinin qorunması və nəslin düzgün istiqamətlənməsi mövzusundakı tarixi vəzifəsini uğurla yerinə yetirə bilər.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha