bazar ertəsi 29 sentyabr 2025 - 15:29
Ayətullah Seyid Əli Sistaninin hüzünlü günü.

Hövzə/ Şiənin böyük mərcəyi-təqlidi olan Ayətullah Seyid Əli Sistaninin hörmətli həyat yoldaşı, müəyyən müddət davam edən xəstəlikdən sonra, bu gün (bazar günü) axşam saatlarında müqəddəs Nəcəf şəhərində haqqın dərgahına qovuşdu.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Ayətullah  Seyid Əli Sistaninin ofisinin yaydığı bəyanatda bildirilir:
‘Ələviyyə xanım, mərhum Ayətullah Seyid Mirzə Həsənin qızı, böyük mərcəyi-təqlid Ayətullah Üzma Seyid Məhəmməd Həsən Şirazinin (Mücəddid Şirazi, q.s.) nəvəsi və şiənin böyük mərcəyi-təqlid Ayətullah Seyid Əli Hüseyni Sistaninin hörmətli həyat yoldaşı müqəddəs Nəcəf şəhərində Allahın rəhmətinə qovuşdu.’

Onun mübarək cənazəsi Rəbiüs-sani ayının altısı, bazar ertəsi günü səhər saat 9-da Şeyx Tusi məscidindən təntənəli şəkildə müşayiət edilərək dəfn olunacaq.

Həmçinin mərhumənin ruhuna ehtiram olaraq, məğrib və işa namazlarından sonra bazar ertəsi və çərşənbə axşamı günlərində Xızır məscidində dua və Fatihə mərasimi keçiriləcək.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha