Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq, ABŞ prezidentinin İranla bağlı səsləndirdiyi əsassız, məsuliyyətsiz və utancverici iddialarını xüsusilə də bu çıxışın sionist rejimin Knessetində, soyqırım cinayətkarlarının qarşısında səsləndirilməsini qətiyyətlə pisləyib.
Bəyanatda vurğulanır ki, dünyada terrorizmin ən böyük istehsalçısı və terrorçu, soyqırımçı sionist rejimin əsas himayədarı olan Amerika Birləşmiş Ştatlarının heç bir mənəvi haqqı yoxdur ki, başqalarına qarşı ittihamlar irəli sürsün.
Nazirliyin bəyanatında həmçinin qeyd olunur ki, İran xalqı Amerika tərəfindən həyata keçirilən amansız terror aktını İran və regionun əbədi qəhrəmanı, şəhid general Qasim Süleymaninin və onun silahdaşlarının şəhid edilməsini nə bağışlayacaq, nə də unudacaq. Süleymaninin İŞİD terrorizminə qarşı mübarizədə oynadığı əvəzsiz rola hörmətlə yanaşan İran xalqı bu cinayəti tarix boyu yadda saxlayacaq.
Bəyanatda əlavə olunur ki, İranın sülhməramlı nüvə proqramı ilə bağlı təkrarlanan saxta iddialar heç bir halda ABŞ və sionist rejimin İranın müqəddəs torpaqlarına qarşı birgə təcavüzünü və İran övladlarının terrorunu əsaslandıra bilməz.
Bəyanatın sonunda qeyd edilir ki, cinayət və təcavüzlə fəxr etmək, yalnız ABŞ-ın bu əməllərə görə məsuliyyət yükünü ağırlaşdırır və Amerika siyasətçilərinin İran xalqına qarşı dərin düşmənçiliyini bir daha üzə çıxarır.
Bəyanatda əlavə edilir ki, ABŞ-ın Fələstinin işğal olunmuş ərazilərində sionist rejiminin soyqırımı və müharibə cinayətlərində açıq əməkdaşlığı və fəal iştirakı heç kimdən gizli deyil. ABŞ, BMT Təhlükəsizlik Şurasında İsrailə qarşı hər hansı effektiv tədbirin qarşısını almaqla və beynəlxalq məhkəmə proseslərinin işinə maneçilik törətməklə sionist rejiminə törədilən cinayətlərin cəzasız qalmasında rol oynadığı üçün cavabdeh tutulmalı və məsuliyyətə cəlb edilməlidir.
Bəyanatda həmçinin qeyd olunur ki, ABŞ-ın regiondakı müdaxiləçi siyasətləri, işğalçılığa və sionist, soyqırımçı rejimin cinayətlərinə dəstəyi, eləcə də bölgəyə limitsiz hərbi texnika satışları Amerika Birləşmiş Ştatlarını regionda sabitliyə və təhlükəsizliyə ən böyük təhlükə mənbəyinə çevirib.
Xarici İşlər Nazirliyi ABŞ prezidentinin sülh və danışıqlara meyl bəyanatını ABŞ-ın İran xalqına yönəlik düşmən və cinayətkar əməlləri ilə ziddiyyət təşkil etdiyini bildirir: Siyasi danışıqların ortasında necə olar ki, bir dövlətin mülki ərazilərinə və sülhməramlı nüvə obyektlərinə hücum edilir, min nəfərə yaxın o cümlədən günahsız qadın və uşaqlar şəhid edilir və sonra sülh və dostluq iddia olunur?
Bəyanatda əlavə olunur ki, iranlılar zəngin mədəniyyət və tarixi irsə söykənərək məntiqə, dialoqa və qarşılıqlı əməkdaşlığa dəyər verirlər. Eyni zamanda isə ölkənin müstəqilliyi, milli şərəfi və ali maraqları uğrunda müdafiədə cəsarət və qətiyyətlə hərəkət edirlər.
Xəbərin sonu
Rəyiniz