şənbə 29 noyabr 2025 - 16:29
Öncül və nümunəvi Hövzənin gerçəkləşdirilməsi üçün Hövzə elmlərinin tədqiqat müavinliyinin missiyaları və proqramları

Höccətul-İslam vəl-müslimin Abbasi bildirib ki, İslam İnqilabının ikinci mərhələsində xüsusilə Hövzə elmləri üzərinə sivilizasiya yönümlü bir missiya düşür və tədqiqat fəaliyyəti yeni İslam sivilizasiyasının düşüncə istehsalının və strateji yönləndirilməsinin mərkəzi qərargahı hesab olunur.

Hövzə Elmlərinin tədris müavini, Höccətül-İslam vəl-müslimin Fərhad Abbasi,  Hövzə Xəbər Agentliyinin müxbiri ilə söhbətində vurğulayıb ki, Hövzə elmləri tərbiyəvi, təbliğat və xüsusilə elmi sahələrdə çoxölçülü bir missiya daşıyır. Elmin Hövzə mühitindəki əhəmiyyəti o qədər böyükdür ki, bu qurumun adının bir hissəsi belə məhz bu anlayışdan qaynaqlanır.

O, tədqiqat yönümlü tədrisə xüsusi diqqətin zəruriliyini vurğulayaraq əlavə etdi: Bu baxışa görə, elmin həqiqi mənada fayda verməsi yalnız tədqiqat mərhələsindən keçməklə mümkündür. Çünki tədqiqat həm elmin istehsalında, həm də onun təbliği və tədrisində əsas rol oynayır. Məhz bu səbəbdən Hövzə elmlərinin idarəetməsi “tədqiqat yönümlü tədrisi ” əsas şüar kimi qəbul edib və hesab edir ki, faydalı təhsil yalnız yüksək səviyyəli, dərin elmi araşdırmalara söykəndikdə səmərəli ola bilər.

İslam İnqilabının Ali Rəhbərinin sivilizasiya quruculuğu yolunda tədqiqatın rolu ilə bağlı vurğusu

Hövzə elmlərinin tədqiqat müavini sözünə davam edərək bildirdi: Bu istiqamətdə və xüsusilə, Hövzə Elmi Qum mədrəsəsinin yenidən təsisinin yüzilliyi münasibətilə İslam İnqilabının Ali Rəhbərinin göndərdiyi nurani və yolgöstərən mesajı nəzərə alaraq — hansı ki, həmin mesajda Hövzə “öncül və nümunəvi” bir vəhdət kimi təqdim olunurdu. Tədqiqat müavinliyi yeni fəaliyyət dövrünə məhz bu tövsiyələri əsas götürərək başlamışdır.

Hövzə elmləri bir sivilizasiya missiyasına malikdir

O qeyd etdi ki: Mesajdan çıxan nəticə budur ki, tədqiqat Hövzə elmlərində yalnız icraedici və ya fəaliyyətləri koordine edən bir qurum kimi deyil, sivilizasiya quruculuğunun düşüncə mərkəzi, beyin mərkəzi kimi dərk olunmalıdır. Xüsusilə İslam İnqilabının ikinci mərhələsində Hövzələrin üzərinə sivilizasiya yönümlü bir missiya düşür və tədqiqat bu yeni İslam sivilizasiyasının fikir istehsalının və strateji rəhbərliyinin mərkəzi qərargahı hesab edilir.

Tədqiqat Müavinliyi üçün yeni missiyaların dizaynı

Hövzə elmlərinin tədqiqat müavini, bu müavinliyə həvalə olunan missiyalara toxunaraq dedi:
İslam İnqilabının Ali Rəhbərinin tövsiyələri əsasında tədqiqat müavinliyinin vəzifəsi fəaliyyətlərini sivilizasiya quruculuğuna yönəlmiş hədəflərlə dizayn edib həyata keçirməkdir. Bu müavinlik elə bir səviyyədə fəaliyyət göstərməlidir ki, yeni İslam sivilizasiyasının quruculuğuna yönəlmiş fikir istehsalı, elmi yenilik və idrak axınlarının istiqamətləndirilməsində real təsir gücünə malik olsun. Bu çərçivə əsasında yeni missiyalar müəyyənləşdirilib və qarşıdakı dövrdə ciddi şəkildə icra olunacaq.

Höccətul-İslam vəl-müslimin Abbasi, “Öncül və Nümunəvi Hövzə” mesajının həyata keçirilməsi istiqamətində tədqiqat müavinliyinin beş əsas istiqamətini belə açıqladı:

Birinci istiqamət: Hövzə tədqiqatının fəlsəfəsi və kimliyinin yenidən təyini

O qeyd etdi ki, Hövzə tədqiqatının fəlsəfəsi və kimliyi Ali liderin mesajında bəhs edilən əsas prinsiplər çərçivəsində yenidən oxunmalı və dəqiq şəkildə yenidən müəyyən edilməlidir. Tədqiqatın mahiyyəti və məqsədi bu fundamental çərçivədə yenidən dəyərləndirilməlidir.

İkinci istiqamət: Tədqiqat sisteminin ağıllı şəkildə yenidən qurulması

O vurğuladı: Mövcud tədqiqat quruluşları ağıllı və məqsədyönlü bir “yenidən mühəndislikyə” ehtiyac duyur. Bu yenidənqurmanın əsas göstəricilərindən biri fərdi tədqiqatdan institusional və şəbəkəvi tədqiqatlara keçiddir ki, bu da bu gün qaçılmaz zərurətdir. Bu yolda problem-mərkəzli tədqiqatların idarə olunmasının geniş sistemi qurulmalı, ixtisaslaşmış və strateji tədqiqat mərkəzləri təsis edilməli, həmçinin müxtəlif qurumlar arasında çoxşaxəli əməkdaşlıq mühiti yaradılmalıdır.


Üçüncü istiqamət: Tədqiqat metodologiyasının inkişafı

Hövzə elmlərinin tədqiqat müavini metodoloji transformasiyanı fundamental dəyişikliklər üçün vacib bir önşərt kimi qiymətləndirərək bildirdi: Dərin elmi transformasiyaya nail olmaq üçün əlavə fəlsəfələr sahəsində aparılan fundamental tədqiqatlar ciddi şəkildə dəstəklənməlidir. Bundan başqa, tənqidi qərbşünaslıq və konstruktiv nəzəriyyəçilik daha artıq diqqət tələb edir.

Hövzə daxilində aparılan tənqidi və zədəşünaslıq yönümlü araşdırmalar da xüsusi qayğıya ehtiyac duyur.


Dördüncü istiqamət: Tədqiqat yönümlü tədrisdə transformasiya

Hövzə alimi kimi tanınan bu müəllim, elmi-tədqiqat təhsillərinin yüksəldilməsi istiqamətində görülən işləri sadalayaraq bildirdi ki:
Tələbənin hərtərəfli elmi inkişaf xəritəsinin hazırlanması, dərs vəsaitlərinin yenidən işlənməsi və yenilənməsi hərəkatı, eləcə də çoxşaxəli fiqh əsaslarının təşkili və gücləndirilməsi tədqiqat yönümlü tədrisin əsas prioritetlərindən sayılır.

Beşinci istiqamət: Tədqiqat nəticələrinin ictimai və qlobal təsir gücünün artırılması

O qeyd etdi ki, “Hövzə elmləri açıq və aydın təbliğ dili ilə (belage mubin) cəmiyyətə çatdırılmalıdır”. Yəni Hövzə tədqiqatları həm ölkə daxilində, həm də qlobal səviyyədə real təsirini göstərməlidir. O,  İslam İnqilabının Ali Rəhbərinin tövsiyələri istiqamətində hazırlanmış strategiyaların icrası nəticəsində Hövzənin elmi xidmətləri layiqincə təqdim oluna biləcəyini bildirdi.

Elmi sinerjinin  artırılması məqsədilə tədqiqat mərkəzlərinin strateji şurasının yaradılması

Hövzə elmlərinin tədqiqat müavini sözünə davam edərək vurğuladı ki, tədqiqat mərkəzlərinin strateji şurası yeni perspektivlərlə formalaşdırılıb. Bu Şura tədqiqat qurumları arasında elmi sinerjini, koordinasiyanı və uyğunluğu gücləndirməyi, bunu isə tədqiqat idarəçiliyinin böyük strategiyaları və tədqiqat hakimiyyətinin yəni “yumşaq idarəetmənin” əsas tələbləri əsasında həyata keçirməyi hədəfləyir.

Dissertasiya prosesinin yenilənməsi və tədqiqatların böyük problemlərin həllinə yönləndirilməsi

O, dissertasiya prosesində aparılan genişmiqyaslı yenidən baxışa toxunaraq bildirdi: Mövzu seçimi mərhələsindən tutmuş dissertasiya nəticələrinin tətbiqinə qədər bütün prosesdə yalnız nəzəri mövzuların təkrarından uzaqlaşmaq zəruridir. Tədqiqatlar İslam və humanitar elmlərin əsas problemlərinin həllinə istiqamətləndirilməlidir. Fundamental çağırışların müəyyənləşdirilməsi, icra strukturlarının islahı və mövzuların təsdiq sisteminin optimallaşdırılması artıq başlanmış proqramlardandır və tezliklə nəticələrini göstərəcəkdir.

Tədqiqat və cəmiyyətin ehtiyacları arasında real körpü yaratmaq üçün ehtiyacların yenidən qiymətləndirilməsi

Höccətul-İslam vəl-müslimin Abbasi əlavə etdi ki, tədqiqat müavinliyinin əsas prioritetlərindən biri ehtiyacların müəyyənləşdirilməsi layihələrinin yenilənməsi və müasir tələblərə uyğunlaşdırılmasıdır.
O bildirdi: Yeni yanaşma ilə ehtiyacın müəyyənləşdirilməsi layihələrini tədqiqatın müxtəlif tətbiq sahələri ilə birləşdirməyə çalışırıq. Bu layihələrdən əldə olunan nəticələrin cəmiyyətin və İslam sisteminin real ehtiyacları ilə birbaşa əlaqələndirilməsi, tədqiqatların adi hesabat səviyyəsini aşaraq:

qərarvermə prosesinə daxil olmasına, idarəetmə problemlərinin həllinə töhfə verməsinə, Hövzə mediasının gündəmini aktiv şəkildə istiqamətləndirməsinə şərait yaradacaq.

Hövzə elmlərinin milli və beynəlxalq istinad bazalarında öncəliyinin artırılması

Tədqiqat müavini, həmçinin, Hövzə elmlərinin milli və qlobal istinad bazalarında daha geniş görünürlüyü üçün ciddi proqramların hazırlandığını bildirib: Hövzə elmi araşdırmaların istehsalında öncü mövqedədir, lakin bu araşdırmaların nüfuzlu elmi platformalarda daha geniş təqdim edilməsinə ehtiyac var.

Hövzə əsərlərinin öncüllüyünün artması: Hövzənin qlobal elm dövriyyəsindəki payını gücləndirəcək, tədqiqatların istinad göstəricilərini yüksəldəcək, elmi təsir gücünü artıracaqdır.

O vurğuladı ki, bu istiqamətdə görülən işlər Hövzə tədqiqatlarının inkişafında və cəmiyyətin, eləcə də İslam sisteminin ehtiyaclarına daha təsirli cavab verməsində mühüm addım olacaq.

Hövzə kitabxanalarının idarə edilməsinin yaxşılaşdırılması gündəmdədir

Höccətul-İslam vəl-müslimin Abbasi bildirib ki, Hövzə kitabxanalarının sistemləşdirilməsi və idarəçiliyinin yaxşılaşdırılması tədqiqat müavinliyinin əsas prioritetlərindən biridir. O qeyd etdi ki, bu müavinlik tərəfindən Hövzə kitabxanalarının dəstəklənməsi, təşkilatlanması və modernləşdirilməsi istiqamətində geniş proqramlar həyata keçirilir.

Tədqiqatın beynəlxalqlaşması  Hövzə elmlərinin başlıca prioriteti

Hövzə elmlərinin tədqiqat müavini, elmi fəaliyyətlərin sərhədlərdən kənara çıxmasının əhəmiyyətini vurğulayaraq dedi:
Hövzə elmlərində ərsəyə gəlmiş çoxsaylı yüksək səviyyəli elmi əsərlər mütləq şəkildə tərcümə edilməli və ölkə hüdudlarından kənarda təqdim olunmalıdır.
Bununla yanaşı, xaricdə aparılan tədqiqatların ölkə daxilinə gətirilməsi və Hövzə tədqiqatçılarının istifadəsinə verilməsi vacibdir ki, onlar bu araşdırmaların tənqid və təhlilində daha fəal rol oynaya bilsinlər.

O bildirdi ki, tədqiqatın beynəlxalq aspektinə xüsusi diqqət tədqiqat müavinliyinin proqramlarında seçilən əsas istiqamətlərdən biridir.

Tələbə və müəllimlərin tədqiqat tədbirlərində fəal iştiraka dəvəti

Höccətul-İslam vəl-müslimin Abbasi tədqiqat müavinliyinin geniş fəaliyyət spektrinə toxunaraq qeyd etdi ki,
fərqli səviyyələrdə fəaliyyət göstərən çoxsaylı tədqiqat mərkəzləri, nüfuzlu elmi jurnallar, Hövzə kitabxanaları və “Meşkat” illik sərgisi, “Əllamə Hilli” festivalı, Hövzənin “İlin kitabı” müsabiqəsi kimi mühüm elmi tədbirlər Hövzənin əsas intellektual dayaqlarındandır.
O, bütün müəllimləri, tələbələri və Hövzənin elm adamlarını bu fəaliyyətlərdə fəal iştirak etməyə çağırdı.

Müstəqil tədqiqatçıların dəstəklənməsi və elmi assosiasiyaların rolunun artırılması

Hövzə elmlərinin tədqiqat müavini qeyd etdi ki, müstəqil tədqiqatçıların təşkilatlanması, yönləndirilməsi və dəstəklənməsi bu müavinliyin mühüm addımlarındandır.
O əlavə etdi ki, təxminən 26 aktiv elmi assosiasiyanın fəaliyyət göstərdiyi Hövzə elmi mühiti bu gün Hövzə ziyalılarının toplaşdığı və elmi həyatın canlandığı əsas platformalardan biridir, və bu, Hövzə elmlərinin qürur mənbələrindəndir.

İslam İnqilabının Ali Rəhbərinin tövsiyələrinin gerçəkləşdirilməsi yolunda

Sonda Höccətul-İslam vəl-müslimin Abbasi vurğuladı ki: Bütün bu elmi fəaliyyətlər və tədqiqat tədbirləri İslam İnqilabının  Ali Rəhbərinin, mərcəyi-təqlidlərin, Hövzənin Ali Şurasının və Hövzə elmlərinin idarəetməsinin göstərişləri istiqamətində davam etdiriləcək.
O bildirdi ki, bu yol əvvəlkindən daha ciddi şəkildə izlənəcək və Hövzə elmi mühitinin inkişafı ardıcıl şəkildə davam etdiriləcək.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha