Hövzə Xəbər Agentliyinin Məşhəd şəhəri üzrə müxbirinin verdiyi məlumata görə, ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi cümə axşamı, 25 dekabr tarixində, İmam Rza (ə) hərəminin kitabxanasının Qüds zalında keçirilən Ayətullah üzma Seyid Məhəmməd Hadi Milaninin vəfatının 50-ci ildönümünə həsr olunmuş anım mərasimində çıxış edərək, bu böyük mərcəyi-təqlidin şəxsiyyətinin müxtəlif cəhətlərini izah etmiş və onun şiəliyin elmi, ictimai və siyasi tarixində qalıcı rolunu xüsusi vurğulamışdır.
Din alimlərinin və İslam inqilabı öncüllərinin anılması
Ölkə üzrə elmi hövzələrin rektoru İslam inqilabının formalaşmasında din alimlərinin mövqeyinə işarə edərək bildirdi: Hər şeydən əvvəl İmam Xomeynini (r), bu yolun dahi şəxsiyyətlərini və uca məqamlı şəhidlərini yad etməliyik. Çünki bu böyük inqilabın əsasını qoyanlar məhz onlar olmuşdur. Bu gün mövcud olan bütün inqilablar kökünü həmin ilahi inqilabdan alır. İmam Xomeyninin (r) rəhbərliyi ilə bünövrəsi qoyulmuş bu inqilab Ali Rəhbərin uzaqgörənliyi ilə davam edir.
O, Ayətullah üzma Milaninin (r) pak və böyük ruhuna salam göndərərək əlavə etdi: Belə şəxsiyyətlərin xatirəsinin uca tutulması əslində hövzələrin elmi, mənəvi və tarixi kimliyinin qorunması deməkdir.
Məşhədin elmi hövzəsinin tarixi mövqeyi
Ayətullah Ərafi Məşhəd elmi hövzəsinin əsas rolunu vurğulayaraq deyib: Məşhəd və Xorasan hövzəsi İran tarixi boyunca hər zaman köklü, təsirli və fəal bir hövzə olmuşdur. Ayətullah üzma Milani dövründə isə bu hövzə öz şan-şöhrətinin zirvəsinə və xüsusi bir mövqeyə yüksəlmiş, elə bir səviyyəyə çatmışdır ki, onun təsiri digər elmi hövzələrə də sirayət etmişdir.
O əlavə etdi: İslam İnqilabının Ali Rəhbərinin yetişdiyi bu elmi hövzə daha gözəl bir formada qorunub saxlanmalı və inkişaf etdirilməlidir.
Ayətullah Milaninin altı əsas xüsusiyyət
Ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Milaninin müdrik şəxsiyyət olduğuna işarə edərək vurğuladı: Bu böyük mərcəyi-təqlidin şəxsiyyətində altı əsas istiqaməti önə çıxarmaq olar ki, onların hər biri ayrıca və dərin araşdırmalara ehtiyac duyur.
Birinci xüsusiyyət: Geniş elmi və fəqihliyi
Ayətullah Ərafi birinci xüsusiyyəti elmi və fəqihlik baxımından dəyərləndirərək dedi: Ayətullah Milaninin fiqh anlayışı geniş və dərin idi. O, üsul elmində seçilən, tələbə yetişdirən və geniş tədqiqatlara malik olan mərcələrdən sayılırdı və bu gün hər biri hövzələrin böyük alim və ustadları sırasında olan görkəmli şagirdlər yetişdirmişdir.
O əlavə etdi: Ayətullah Milani yalnız fiqhin ikinci dərəcəli hökmləri ilə məhdudlaşan bir fəqih deyildi, əksinə, fiqhin daha geniş sahəsində o cümlədən etiqad məsələlərində, kəlam, təfsir və hədis elmlərində də güclü yanaşma və dərin düşüncəyə sahib idi və özündən dəyərli əsərlər miras qoyubdur.
Ölkə üzrə elmi hövzələrin rektoru vurğuladı: Cəmiyyətə rəhbərlik edə bilən fəqih o kəsdir ki, İslam maarifinə və Əhli-beyt (ə) məktəbinə geniş baxışa malik olsun. Ayətullah Milani isə bu xüsusiyyətə layiqincə sahib idi.
İkinci xüsusiyyət: Əxlaq, ixlas və mənəviyyat yolu
Ayətullah Ərafi, Ayətullah Milaninin əxlaq baxımından şəxsiyyətinə işarə edərək bildirdi: Onun əxlaqı seçilən və fərqlənən bir əxlaq idi. İxlas və şan-şöhrətdən uzaq durmaq, zöhd qənaət və mənəviyyat yolu bu ilahi şəxsiyyətin əsas xüsusiyyətlərindən idi.
O əlavə etdi: Onun elmi və ictimai sahələrdəki bir çox fəaliyyətləri və dəstəkləri yalnız Allah rizası üçün həyata keçirilirdi. Məhz bu ixlas saf bir incidir ki, bu günün tələbə və fəzilət sahibləri onu öz varlıqlarında gücləndirməlidirlər.
Ölkə üzrə emi hövzələrin rektoru vurğuladı: Ayətullah Milaninin mənəvi yolu kitab və sünnədən qaynaqlanan ifrat və təfritdən uzaq, mənəviyyat yolu idi. Elə buna görə də onun əxlaqı elmi hövzələrin gənc tələbələri üçün nümunəyə çevrilmişdir.
Üçüncü xüsusiyyət: İctimai ölçü və xalqla dərin bağlılıq
Ayətullah Ərafi üçüncü xüsusiyyəti ictimai və xalq yönümlü ölçü kimi dəyərləndirərək dedi: Ayətullah Milani Nəcəfdə yetişmiş, Kərbəlada kamilləşmiş və müqəddəs Məşhəddə ictimai və mənəviyyatın əsl zirvəsinə çatmış bir alim idi.
O əlavə etdi: Xalq kütlələri ilə yaxın və səmimi əlaqə, cəmiyyətin müxtəlif təbəqələri arasında fəal iştirak və cəmiyyətin mətni ilə ayrılmazlıq bu böyük mərcənin seçilən xüsusiyyətlərindən idi. Bununla yanaşı, o, universitet mühitləri və ziyalılar ilə də geniş elmi və intellektual əlaqələrə malik idi.
Dördüncü xüsusiyyət: İdarəçilik, rəhbərlik və hövzə yönlü transformasiya
Ölkə üzrə elmi hövzələrin rektoru dördüncü xüsusiyyəti izah edərək bildirdi: Ayətullah Milani elmi və mənəvi mərcəliklə yanaşı, elmi və ictimai axınların idarə olunması və yönləndirilməsi sahəsində də yüksək bacarığa malik idi və Məşhəd elmi hövzəsində baş verən dəyişikliklərdə təməlqoyucu və dönüş nöqtəsi rolunu oynamışdır.
O vurğuladı: Onun idarəetmə üslubu dəqiq və mənəviyyata bağlı idi. Nə əsassız yenilikçiliklərə qapılırdı, nə də donuq təəssübkeşlik və durğunluğa əsir olurdu. Əksinə, əsasları qorumaqla yanaşı yeni elmi və tədris üfüqlərinin açılmasına söykənirdi.
Beşinci xüsusiyyət: Beynəlxalq şəxsiyyət və İslam vəhdəti qayğısı
Ayətullah Ərafi Ayətullah Milaninin şəxsiyyətinin beynəlxalq ölçüsünə işarə edərək dedi: Onun Nəcəf və Kərbəlada fəaliyyəti, eləcə də geniş elmi əlaqələri göstərir ki, bu böyük mərcə coğrafi sərhədləri aşan bir şəxsiyyətə malik idi.
O əlavə etdi: Onun əl yazıları, elmi qarşılıqlı əlaqələri və mövqeləri İslam dünyasında, hətta Avropa ilə münasibətlərdə belə, İslam vəhdətinə, dini dialoqa və rasional qarşılıqlı münasibətə əsaslanırdı. Bütün bunlar fiqhin meyarı və şəriətə dəqiq bağlılıqla müşayiət olunurdu. Həmçinin onun sionist rejimə qarşı açıq və qəti mövqeyi aydın və şübhəsiz idi.
Altıncı xüsusiyyət: Siyasi və inqilabi ölçü
Ölkə üzrə elmi övzələrin rektoru Ayətullah Milaninin şəxsiyyətinin altıncı xüsusiyyətini siyasi və inqilabi ölçü kimi dəyərləndirərək bildirdi: Şiə mərcələr arasında Ayətullah Milani siyasi düşüncə sahəsində və İmam Xomeyni (r) inqilabını dəstəkləmək baxımından seçilən bir mövqeyə malikdir.
O əlavə etdi: İslam İnqilabı İslam dünyasını passivlik və zəiflikdən çıxararaq fəal müqavimət və düşüncə istehsalına yönəltdi və Ayətullah Milani həmin böyük İslam inqilabının əsasını düzgün qəbul edən və onu dəstəkləyən mərcələrdən biri olmuşdur.
Ayətullah Ərafi çıxışının sonunda ümidvar olduğunu bildirərək deyib: Məşhəd elmi hövzəsi və digər elmi hövzələr Ayətullah üzma Milaninin elmi və əməli təcrübəsindən ilham alaraq İslam İnqilabının işıqlı yolunu davam etdirəcək və gənc tələbə və dəyərli şəxsiyyətlərin İnqilabın və uca şəhidlərin yolunun həyata keçirilməsində fəal rol oynayacaqlar.
Xəbərin sonu
Məşhəd şəhərində Ayətullah Milaniyə həsr olunmuş konqresdə Elmi Hövzələrin rektoru Ayətullah Ərafinin çıxışı
Məşhəd şəhərində Ayətullah Milaniyə həsr olunmuş konqresdə Elmi Hövzələrin rektoru Ayətullah Ərafinin çıxışı
Məşhəd şəhərində Ayətullah Milaniyə həsr olunmuş konqresdə Elmi Hövzələrin rektoru Ayətullah Ərafinin çıxışı
Məşhəd şəhərində Ayətullah Milaniyə həsr olunmuş konqresdə Elmi Hövzələrin rektoru Ayətullah Ərafinin çıxışı
Rəyiniz