Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Sübhani Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin üzvüləri o cümlədən, İmam Seyid Haşim Hüseyni Buşəhri, Abbas Kəbbi, Seyid Əhməd Xatəmi, Möhsün Əraki, Məhmud Əbdullahi və Höccətül-İslam vəl-müslimin Məhmud Rza Cəmşidi ilə görüşərək geniş müzakirələr aparıb.
Həzrət Ayətullah Sübhani görüşdə cəmiyyətdə birlik və parçalanmadan uzaq durmağın, problemlərin həllində ən mühüm yol olduğunu vurğulayıb. O, «وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِیعًا وَلا تَفَرَّقُوا» ayəsinə istinad edərək qeyd edib ki, bu ayə açıq şəkildə parçalanmaya qarşı xəbərdarlıq edir və birliyin sosial həmrəylik və qurtuluşun əsas amili olduğunu göstərir.
O, əlavə edib ki, «أَوْ یَلْبِسَکُمْ شِیَعًا» “Əgər Allah istəsə, sizi müxtəlif dəstələrə ayırar” ayəsi ilə ilahi əzabın bəzən cəmiyyətin öz daxilindən gəldiyini bildirir və bu parçalanmanın cəmiyyətin problemlərinin həll etmək qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədə biləcəyini vurğulayıb.
Həzrət Ayətullah Sübhani ölkənin, xüsusilə xalqın gündəlik problemlərinin həlli yolunda bütün məsul şəxslərin birgə düşüncə və həmrəylik nümayiş etdirməsinin vacibliyini qeyd edib. O, çoxsaylı fərqli yanaşmaların və layihələrin düşünülmüş palan əsasında olmadan tətbiqinin vahid və effektiv proqramın icrasına mane olduğunu vurğulayıb və həll yolunun ümumi ağıl və əməkdaşlıqdan keçdiyini bildirib.
O, həmçinin «إِنْ یُرِیدَا إِصْلَاحًا یُوَفِّقِ اللَّهُ بَیْنَهُمَا» “Əgər onlar islah etmək istəsələr, Allah onları bir-birinə qovuşdurar” ayəsinə istinad edərək deyib: Niyyət islah və birliyin mövcudluğu olduqda, ilahi yardım həm məsul şəxslərə, həm də cəmiyyətə şamil olacaq.
Həzrət Ayətullah Sübhani əlavə edib ki, düzgün və məqsədyönlü etiraz qəbul edilə bilər, lakin iğtişaşlara qarşı ciddi tədbirlər görülməli və ictimai nizam qorunmalıdır.
Görüşün sonunda həzrət Ayətullah Sübhani həmçinin müxtəlif təsadüfi tətil günlərinin artması və bunun təhsil və cəmiyyətin məhsuldarlığına mənfi təsiri məsələsinə diqqət çəkərək bu sahədə yenidən baxışın vacibliyini vurğulayıb.
Xəbər sonu
Rəyiniz