şənbə 18 aprel 2026 - 17:08
İran İslam Respublikası uğrunda canını fəda etməyə hazır olan qızların möhtəşəm yürüşü

Hövzə/ Qocadan cavana, uşaqdan yeniyetməyə qədər hər kəs gənclik həvəs və təravəti ilə gəlmişdi, amma keçmişdən fərqli idi. Bu dəfə onlar güclü bir İranın qurbanı olmaq üçün gəlmişdilər. Dünən Tehranın Vəliəsr adlı dördyol meydanında İran İslam Rsepublikası uğrunda fədakarlıq nümayiş etdirən qızların möhtəşəm və heyrətamiz iştirakı müşahidə olunub.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, hər kəs, yəni yaşlıdan gəncə, uşaqdan yeniyetməyə qədər eyni coşqu, ruh yüksəkliyi və qızlara xas təravətlə bir araya toplaşmışdı, lakin bu dəfə əvvəlkilərdən fərqli idi. Bu dəfə onlar güclü İran İslam Respublikası uğrunda canından keçməyə hazır olduqlarını göstərmək üçün gəlmişdilər. Dünən Tehranın Vəliəsr adlı dördyol meydanında İran İslam Respublikası uğrunda fədakarlıq nümayiş etdirən qızların möhtəşəm və heyrətamiz iştirakı müşahidə olunub.

Tədbirdə körpəsi ilə iştirak edən analardan, əlində bayraq tutan uşaqlardan, kəfən geyinmiş qızlardan, Minab şəhərinin şəhid olmuş şagirdlərinin simvolik dəfn mərasimindən, hərbi və müdafiə hazırlığı keçmiş qızlardan, qadınların avtomobil yürüşündən, eləcə də ağ geyimli qadın həkim və tibb bacılarından ibarət müxtəlif iştirakçılar yer alıb.

https://media.hawzahnews.com/d/2026/04/18/2/3179958.jpg?ts=1776499400000

İran İslam Respublikası uğrunda canını fəda etməyə hazır olan qızların möhtəşəm yürüşü

Hamısının bir səslə dediyi şüar var idi: "Vətənim, məktəbim və inancım üçün canımı fəda edəcəyəm".

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha