Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livanın tanınmış şiə din xadimi və Cəfəri məzhəbinin ali müftisi Şeyx Əhməd Qəbəlan Livan Prezidenti general Cozef Ouna ünvanladığı müraciətdə bildirib ki, sionist ordusunun eyni vaxtda geri çəkilməsini tələb etmədən müqavimət qüvvələrinin çayın cənubundan çıxmasını istəyən şəxs Livanı və onun suverenlik cəbhələrini təmsil etmir.
Müraciətdə deyilir:
“Siz birləşdirici mövqedə dayanmalısınız, ayrılıq yaradan mövqe yox. Əks halda milli legitimliyinizi itirəcəksiniz. Biz istəmirik ki, siz Livanın ümumi maraqlarının əsası olmaq imkanını əldən verəsiniz. Buna görə də sizə tövsiyə edirik ki, prezidentlik məqamına yaraşmayan belə mövqelərdən uzaq durasınız. Çünki prezidentlik Livan dövlətinin ortaq məxrəcini təmsil etmək üçün yaradılıb, onu parçalamaq üçün yox.”
O əlavə edib: Sionist rejimlə təhlükəsizlik razılaşmalarını müdafiə etmək prezidentlik məqamına uyğun deyil. Cənab Nəbih Berri bu məsələdə tarixi bir nümunə və simvoldur və bir çoxları ondan dərs ala bilər. Cənab Prezident, gəlin ‘təmsilçilik’ anlayışı ilə manipulyasiyadan uzaq olaq. Çünki milli və xalq təmsilçiliyindən danışarkən söz Nəbih Berri və Şeyx Nəim Qasimdən başlayır. Günəşin yol göstəriciyə ehtiyacı yoxdur. Təmsilçiliyi olmayanların vəziyyəti isə hamıya məlumdur və biz bu mövzuya toxunmaq istəmirik.
Şeyx Qəbəlan bildirib: Cənubun, Dəhiyənin və Bəqaanın nümayəndəsi olmayan hər hansı milli institut Livanın nümayəndəsi sayıla bilməz. Öz xalqını, müqavimət cəbhələrini, suverenliyini və milli mübarizəsini təmsil etməyən qurumların xalq və milli təmsilçilik haqqı yoxdur.
İsrail terrorizmi ilə çətin bir mübarizə aparıldığı bir vaxtda heç kəs Livanın suverenliyini qurban verərək düşmənin xeyrinə təhlükəsizlik layihələri təqdim etməməlidir. Həmçinin bu ölkəni, dövləti və onun bütün qurumlarını, o cümlədən Bəabda Sarayını azad etmiş müqavimət strukturunun dağıdılmasına öhdəlik götürməməlidir.”
Livanlı şiə din xadimi vurğulayıb: Əgər bu müharibədə cənub sərhədləri boyunca İsrailin hərbi arsenalını darmadağın edən əfsanəvi müqavimət olmasaydı, İsrail düşməni Bəabda Sarayına qədər irəliləyərdi.
Buna görə də, cənab Prezident, xalqını təmsil edən şəxs cənub əhalisinin öz torpaqlarından köçürülməsinə razı olmaz. Livan ordusunun milli müdafiə roluna mane olan və sonra da sionist ordusunun eyni vaxtda geri çəkilməsini tələb etmədən müqavimətin çayın cənubundan çıxmasını istəyən kəs Livanı və onun suverenlik cəbhələrini təmsil etmir.
İran dostlarından ABŞ kimi istifadə etmir
Şeyx Qəbəlan ittiham və təbliğat kampaniyalarına cavab olaraq bildirib ki, İran İslam Respublikası dostlarından onların ölkələrinin maraqlarına qarşı istifadə etmir. ABŞ isə bunun əksini edir.
Sizdən tələb olunan vəzifə vətəndaş sülhünü və milli birliyi qorumaqdır, onu təhlükəyə atmaq olmaz.
Xatırlatmaq istəyirəm ki, İsrail Beyruta hücum edəcəyi təqdirdə müharibəyə qoşulacağını bəyan edən İran idi. Beyruta hücum üçün İsrailə yaşıl işıq yandıran isə İran yox, ABŞ-ın dövlət katibi olmuşdu.
Məhz İran 2000-ci ildə Livanın azadlığı uğrunda aparılan mübarizəyə ən böyük tarixi dəstəyi göstərdi və bu gün də öz mövqeyində qalır ki, ABŞ-ın planları və İsrailin böyük müharibələri Livanı udub məhv etməsin.

Rəyiniz