Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) milyonların iştirakı ilə keçiriləcək dəfn mərasimi ərəfəsində İraq şiələri həzrət Ayətullah Seyid Əli Xameneinin (r) mübarək nəşini möhtəşəm şəkildə qarşılamağa hazırlaşırlar.
İraq cəmiyyətinin müxtəlif təbəqələri, o cümlədən şiələr, qəbilələr, din xadimləri, mərsiyəxanlar, tanınmış ictimai xadimlər və İraq müqavimət qrupları bu möhtəşəm dəfn mərasimində iştirak etməyə hazır olduqlarını bildiriblər.
Bu möhtəşəm mərasim İraq xalqının dostları və düşmənləri üçün mühüm mesajlar daşıyır. Bu çərçivədə iraqlı yazıçı Məhəmməd Sadiq əl-Haşimi məsələ ilə bağlı məqalə qələmə alıb.
Məqalədə deyilir:
İraqın azadlıqsevər insanları bütün imkanları, insan potensialı və güclü imanları ilə Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) dəfn mərasimində iştirak edəcək, həmçinin o həzrətin ailəsinə başsağlığı verəcəklər. İraqda keçiriləcək bu dəfn mərasiminin əsas mənaları bunlardır:
1. İraq şiələri tarix boyu haqqın müdafiəsində, cihadda və şərəfli mövqelərin nümayişində həmişə ön sıralarda olublar. Bu taleyüklü mərhələdə də onlar tam şüurlu şəkildə öncül rol oynayacaqlar. Bu, dinə sədaqətimizin və ABŞ-ın dini mərcələrə qarşı törətdiyi böyük cinayətə etirazımızın ən kiçik təzahürüdür. Bu açıq cinayət dini hövzələrə və mərcəiyyətə qarşı yönəlib və şiələrin uca etiraz səsi ilə cavablandırılmalıdır. İraq xalqının da bu səmimi etiraz qarşısında öz məsuliyyəti var.
2. İraq şiələrinin geniş iştirakı İslam İnqilabına, Əhli-beyt (ə) məktəbinə, böyük mərcələrə və həmçinin dini hövzələrə sədaqətin göstəricisidir. Bu iştirak həm də şiələrin öz məzhəblərini, mərceyi-təqlidlərini, eləcədə siyasi proseslərini və həmçinin konstitusiya hüquqlarını müdafiə etmək üçün kifayət qədər agahlığa, bəsirətə və hazırlığa malik olduqlarını nümayiş etdirir. Bundan əlavə, bu mərasimdə iştirak İslam İnqilabına dəstək deməkdir. Çünki bu inqilab ümumilikdə müsəlmanları müdafiə edir, dini və mənəvi dəyərləri qorumaq üçün kafirlərin təcavüzünə qarşı mübarizə aparır.
3. Geniş şəkildə təşkil olunan dəfn mərasimi şiə ümmətinin ABŞ-a açıq mesajıdır. Bu mesaj onların əməllərinin pislənməsi, təkəbbürçü siyasətlərinin rədd edilməsi və törətdikləri cinayətlərin qəti şəkildə məhkum edilməsidir. Ən başlıcası isə İraq xalqı bu iştirakla işğalçılığa qarşı olduğunu bəyan edir, milli suverenlik və müstəqillik tələb edir.
İraq xalqı bu dəfn mərasimində XX əsr boyu və sonrakı dövrdə Böyük Britaniya və ABŞ-ın İraq şiələrinə qarşı törətdiyi cinayətləri, eləcə də sionist rejimin “Həşdi Şəbi” qəhrəmanlarına və bu torpağın digər azadlıqsevər övladlarına qarşı həyata keçirdiyi cinayətləri qətiyyətlə pisləmək üçün böyük fürsət əldə edəcək.
4. Geniş şəkildə qeyd olunan dəfn mərasimi onu göstərir ki, İraq şiələri tam agah şəkildə, geniş və səmimi iştirak etməklə taleyüklü mübarizədə öz mövqelərini nümayiş etdirirlər. Onlar beynəlxalq və regional qüvvələrdən qaynaqlanan hər cür təcavüz qarşısında öz varlıqlarını, ayıqlığını və güclərini sübuta yetirirlər.
5. Geniş şəkildə təşkil olunan dəfn mərasimi coğrafi sərhədləri aradan qaldıraraq şiə ümmətini vahid ümmət və vahid bayraq altında birləşdirir. Xüsusilə də düşmən bizi parçalamağa və bir-birimizdən ayırmağa çalışır ki, şiə toplumunu və gücümüzü daha asan məhv etsin. Halbuki hamımız izzət, İslamı müdafiə və müqavimət adlı bir gəmidə məskunlaşmışıq.
Xəbərin sonu
Rəyiniz