cümə axşamı 9 iyul 2026 - 22:43
Ayətullah Ərafidən şəhid Ayətullah Seyid Əli Xameneinin pak nəşinin İraqdakı möhtəşəm vida mərasiminə yüksək qiymət

İraqın Nəcəf, Kərbəla şəhərlərində şəhid Ayətullah Seyid Əli Xameneinin (r) pak nəşinin dəfn mərasimində baş verən möhtəşəm hadisələr İraqın qeyrətli xalqının dərin imanını, ixlasını, fədakarlığını və həmçinin canfəşanlığını göstərdi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Ərafi tərəfindən İraqda şəhid Ayətullah Seyid Əli Xameneinin əzəmətli və taleyüklü cənazə mərasiminin yüksək qiymətləndirilməsi ilə bağlı məktub göndərib. Göndərilən məktubun tam mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə 

«Möminlər içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan bəziləri əhdini yerinə yetirib (şəhid olub), bəziləri isə (şəhadəti) gözləyirlər. Onlar öz əhdlərini heç vaxt dəyişməyiblər».

(Əhzab surəsi, 23-cü ayə)

Salam olsun Hüseynə, Əli ibn Hüseynə, Hüseyn övladlarına və Hüseynin səhabələrinə.

İraqın və Nəcəf, Kərbəla şəhərlərinin şəhid Ayətullah Seyid Əli Xameneinin (r) pak nəşinin dəfn mərasimində göstərdiyi əzəmətli iştirak, İraqın qeyrətli xalqının dərin imanını, ixlasını, fədakarlığını və əzmkarlığını nümayiş etdirdi.

Əziz İraq xalqının, şərəfli qəbilələrin, qadın və kişilərdən, mücahid gənclərdən, alimlərdən, universitet ziyalılarından, eləcədə İraq, Livan və digər ölkələrdən olan müqavimət cəbhəsinin müxtəlif qruplarının, eləcə də müxtəlif ictimai və siyasi cərəyanların bu möhtəşəm mərasimdə geniş iştirakı, İraq dövlətinin və xalqının, Nəcəf və Kərbəla müqəddəs ziyarətgahlarının, xüsusilə də “Həşdi Şəbi” təşkilatının nin dəstəkləyici və asanlaşdırıcı rolu İran və İraq xalqları və iki ölkə arasında mövcud olan dərin tarixi əlaqələri əks etdirdi.

Bu böyük və misilsiz həsrət mərasimi ilahi amallar, istismarçı güclərdən azadlıq, Amerikanın hökmranlığının zəncirlərindən qurtuluş, İslam torpaqlarının və əziz Fələstinin Amerika və işğalçı sionistlərin çirkabından azad edilməsi uğrunda mübarizə ətrafında İslam ümmətinin birliyinin rəmzi idi.

Bu nur saçan mərasim həzrət Əmirəl-möminin İmam Əli ibn Əbu Talibin (ə), həzrət İmam Hüseyn ibn Əlinin (ə), həzrət Əbülfəzl Abbasın (ə) nurlu hərəmlərinin və digər Məsum İmamların (ə) müqəddəs ziyarətgahlarının, eləcə də İraqın böyük alimlərinin və şəhidlərinin məzarlarının mənəvi nuru sayəsində İslam ümmətinin, İran və İraq xalqlarının və müqavimət cəbhəsinin düşmənlərinin bir çox hesablamalarını dəyişdirən, İslam oyanışı, ümmətin qlobal hərəkatı, bölgədə yeni müstəqil və İslam nizamının yaradılması, müstəmləkəçilik və istismarçılıqdan qurtuluş istiqamətində xalqların həmrəyliyinə yeni ölçülər qazandıran bir hadisə kimi qiymətləndirilir.

Allahın yardımı və həzrət İmam Zamanın(ə.f) inayəti ilə bu mərasimin dalğaları güclü və əbədi olacaqdır.

Bu böyük nemət və İraq xalqının, müqavimət cəbhəsinin və bölgə xalqlarının bu böyük dirçəlişi qarşısında müqəddəs ilahi dərgaha şükür etməliyik. Bu münasibətlə İraq xalqına, dövlətinə və məsul şəxslərinə, müqavimət cəbhəsinə, bölgə xalqlarına, eləcə də şəhidlər ağası İmam Hüseyn (ə) və İmam Səccadın (ə) matəm günlərində bu möhtəşəm mərasimdə iştirak edən bütün qruplara və təbəqələrə, həmçinin bu böyük həsrətə dəstək verən hər kəsə təşəkkür və minnətdarlığımı bildirirəm.

Xüsusi olaraq müqəddəs ziyarətgahların məsul şəxslərinin və fəallarının, böyük alimlərin, hörmətli hövzə əhlinin, qədim və tarixi müqəddəs Nəcəf hövzəsinin, əziz iranlı və iraqlı tələbələrin və alimlərin, eləcə də digər millətlərdən olan elm əhli nümayəndələrinin, Qum hövzəsinin böyük alimlərinin, Elmi hövzə məclisinin, İran İslam hövzələrinin Ali Şurasının və həmçinin Qum şəhərindəki ali hövzə qurumlarının, xüsusilə də müqəddəs Nəcəf şəhərindəki ali mərcəiyyətin bu mərasimdə göstərdiyi diqqətəlayiq iştirakına görə səmimi təşəkkürümü ifadə etməyi özümə borc bilirəm.

Ümid edirəm ki, müqəddəs Nəcəf və Qum şəhərindəki böyük müctəhidlərin rəhbərliyi ilə İslam ümmətinə yol göstərən iki tarixi hövzə – Nəcəf və Qum arasındakı əlaqələr, eləcə də müsəlman xalqlar, müqavimət cəbhəsi və eləcədə İran və İraq xalqları arasındakı bağlar daha da möhkəmlənəcək, İslam sivilizasiyasının yenidən qurulması və həzrət İmam Zamanın (ə.f) böyük vilayət günəşinin doğuşuna doğru hərəkət daha da sürətlənəcəkdir.

İnanırıq ki, həzrət İmam Hüseynin (ə) Ərbəin mərasimində və düşmənin hücumları qarşısında İran və İraq xalqlarının möhkəm həmrəyliyi və qarşılıqlı dəstəyi tarixi əhəmiyyətli yeni bir dönüş nöqtəsi yaradacaqdır.

Əminik ki, İslam İnqilabının rəhbəri və vəliyyi-fəqihin (Allah onu qorusun) rəhbərliyi, müsəlman xalqlarının, İran və İraq xalqlarının, eləcə də müqavimət cəbhəsinin fədakarlığı ilə şeytani güclərin zəifləməsinin, İslam qüdrətinin yüksəlişinin və İran, İraq və bütün dünyada İslam ümmətinin qələbəsinin şahidi olacağıq.

Bütün İslam hövzələri və müsəlman xalqları ilahi övliyalara, uca məqamlı şəhidlərə, din alimlərinə, böyük mərcəiyyətə, İmam Xomeyniyə (r), şəhid Ayətullah Seyid Əli Xameneiyə (r) və İslam İnqilabının rəhbərinə (Allah onun ömrünü uzun etsin) olan əhdlərinə sadiq qalacaqlar.

Ölkə üzrə Elmi hövzələrin rektoru 

Əlirza Ərafi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha