Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Dəmavənd şəhərində Məhkəmə Hakimiyyətinin sədri Höccətül-İslam vəl-müslimin Qulamhüseyn Möhsüni Ejei ilə görüşdə Ərbəin günlərinin yaxınlaşmasına toxunaraq bu əzəmətli hərəkatı «Ya Hüseyn» mədəniyyətinin və həzrət Zeynəbin (ə) əbədi mesajının bəhrəsi adlandıraraq bildirib: Ərbəin hərəkatı həzrət Zeynəbin (s.ə) «Biz susdurulacaq insanlar deyilik» məzmunlu əbədi mesajının məhsuludur. Həzrət Zeynəbin (s.ə) Kufədə söylədiyi sözlər yalnız matəm və mmüsibətdən bəhs etmirdi; bu çıxış məcburiyyət (cəbr) düşüncəsinə qarşı dərin və əsaslı bir cavab idi. İbn Ziyad həzrət Zeynəbdən (s.ə) «Gördünmü Allah qardaşınla nə etdi?» – deyə soruşanda və yaxud «Əli ibn Hüseyni Kərbəlada Allah öldürdü» – dedikdə söhbət nə Bəni-Üməyyədən, nə də şəxsi məsələlərdən gedirdi. Burada Allahın adına sığınaraq cəbr düşüncəsi təbliğ olunurdu. Həzrət Zeynəb (s.ə) isə «Mən gözəllikdən başqa bir şey görmədim» cavabını verərək bildirdi ki, Allahın işi gözəldir, lakin qatillər sizsiniz. Əli ibn Hüseyni siz şəhid etdiniz. Beləliklə, o həzrət Zeynəb (s.ə) Əməvilərin cəbr düşüncəsini darmadağın etdi, insanın ixtiyar və məsuliyyət həqiqətini bəyan etdi.
Ayətullah Cavadi Amuli Qurani-Kərimin təfsiri sahəsində qırx illik elmi fəaliyyətə də toxunaraq deyib: Bu böyük və köklü elm hövzəsində dörd nəsil tələbə və müəllimin hər biri on il fasiləsiz və misilsiz zəhmət göstərərək Qurani-Kərimin təfsiri ilə məşğul olub. «Təsnim» təfsirinin uzun müddət ərsəyə gəlməsi isə illər boyu ortaya çıxan yeni elmi məsələlər, suallar və problemlərlə bağlı olmuşdur.
O əlavə edib: Hər bir yeni problem və elmi məsələ qarşısında bu nəsillər böyük səylə çalışaraq həmin suallara cavab vermişlər. Buna görə də bu təfsir yolu yalnız bir şəxsin işi deyil. Bu sözlər nə təvazökarlıq naminə deyilən ifadələrdir, nə də formal xarakter daşıyır; bu, aydın bir həqiqətdir. Bu əsər elm hövzəsinin kollektiv zəhmətinin məhsuludur. Elm hövzələri həmişə yeni şübhələrə, tənqidlərə və suallara cavab verməyə hazır olmalıdır. Bunun üçün də öz elmi hərəkətliliyini və əhatəliliyini qorumalı, «Əsalətül-hürriyyə» və bununla bağlı digər əsas prinsiplər də elmi şəkildə tədris və izah edilməlidir.
Ayətullah Cavadi Amuli İslam fiqhində qeybi elmin (İlahi elm) mövqeyinə toxunaraq bildirdi: Qeybi elm fiqhi mühakimə üçün dəlil sayılmır. Buna görə də Məsumlar (ə), ilahi elmə malik olmalarına baxmayaraq, mühakimə zamanı şahid və and əsasında hökm verirdilər. Necə ki, buyurublar: «إِنَّمَا أَقْضِی بَیْنَکُمْ بِالْبَیِّنَاتِ وَالْأَیْمَانِ» – «Mən sizin aranızda yalnız dəlillər və andlar əsasında hökm verirəm.» Əgər bir şəxs yalan şahidlik vasitəsilə başqasının haqqını ələ keçirsə, əslində özü üçün od hazırlamış olur. Lakin məhkəmə hökmü zahiri dəlillər və şəri meyarlar əsasında çıxarılır.
O, çıxışının digər hissəsində İslam İnqilabının və ölkənin müdafiəsində xalqın geniş və fədakar iştirakını ilahi yardımın təzahürü adlandıraraq ﴿هُوَ الَّذِی أَیَّدَکَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِینَ
"Səni öz yardımı və möminlər vasitəsilə qüvvətləndirən odur" (Ənfal surəsi 62 -ci ayə)
ayəsinə istinad edib deyib: Uca Allah öz dininə yardım etmək üçün möminləri meydana gətirir. Kişilərin, qadınların, gənclərin və cəmiyyətin müxtəlif təbəqələrinin bu uzaqgörən iştirakı ilahi yardımın bariz nümunəsidir. İslamın ilk dövründə böyük qələbələri nəsib edən Allah bu gün də mömin xalqa yardım etməyə qadirdir. Necə ki, Bədr döyüşündə nə müsəlmanlar qələbə gözləyirdi, nə də düşmən məğlubiyyət ehtimal edirdi. Lakin Allahın iradəsi öz vədəsinin gerçəkləşməsinə yönəlmişdi.
Ayətullah Cavadi Amuli sonda İslamın və İnqilabın bütün şəhidlərinin, xüsusilə də şəhid Ayətullah Xameneinin əziz xatirəsini yad edərək uca Allahdan onların Kərbəla şəhidləri ilə birlikdə məhşur olunmasını diləyib. O, həmçinin İslam dövlətinin xidmətçilərinə bu ilahi əmanətin qorunmasında müvəffəqiyyət arzulayaraq, bu bayrağı onun həqiqi sahibi olan həzrət İmam Zamana (ə.f) təhvil vermələrini diləyib.



Rəyiniz