bazar ertəsi 24 mart 2025 - 23:00
Səadət və xoşbəxtliyə çatmağın yolu, həyatımızda Həzrət Məhdi (ə.f) ilə sevgini və əlaqəni gücləndirməkdir.

Hövzə/ Dir şəhərinin imam cüməsi dedi: Dünyada və axirətdə səadət və xoşbəxtliyə çatmaq üçün Həzrət Məhdi (ə.f)ni sevimli liderimiz etməliyik.

Hövzə xəbər agentliyinin Buşəhr müxbiri tərəfindən verilən məlumata görə, Höccətul-İslam vəl-Muslimin Səyyid Əli Hüseyni, Dir şəhərinin cümə imamı, bazar ertəsi axşamı buşəhrin Cəmiə məscidində keçirilən Qədr gecəsi mərasimində bildirib: Bu gecə bir tərəfdən Quranı başımıza qoymalı, digər tərəfdən isə Həzrət Məhdi (ə.f) ilə əlaqə qurmalıyıq.

Höccətul-İslam vəl-Muslimin Hüseyni, bu gecə bütün kainatın rəhbərinin Həzrət Məhdi (ə.f) olduğunu bildirərək əlavə edib: Qədr gecəsində göylə yer arasında əlaqə qurulur və bu fürsətdən maksimum fayda əldə etməliyik.

Höccətul-İslam vəl-Muslimin Hüseyni, Qiyamət günü insanın sevdiyi və aşiq olduğu şəxslə bir araya gələcəyinə toxunaraq, həyatımızda hər kəslə yoldaşlıq etməməyin və yalnız saleh insanlarla dostluq qurmağın vacibliyini vurğulayıb.

Höccətul-İslam vəl-Muslimin Hüseyni, düşmənin gənclərin inanc və etiqadlarına qarşı mədəni təcavüzünə diqqət çəkərək bildirib: Ailələr öz övladlarına qarşı diqqətli olmalı və onları pis dostlardan qorumağa çalışmalıdır.

Dir şəhərinin cümə imamı, əlavə edərək vurğulayıb ki, biz yalnız bizi cənnətə aparacaq insanlarla dost olmalıyıq. O, bu gün pis dostun, uşaqlarımızın cibində olan telefonlar olduğunu qeyd edib.

Höccətul-İslam vəl-Muslimin Hüseyni, Qədr gecəsində öz mövqeyimizi aydınlaşdırmağımızın vacibliyini və "biz Həydəri və Ələviyik, yoxsa Əməvi olacağıq?" sualına cavab tapmağımızı söyləyərək, bizim əsl sevgimizın Həzrət Məhdi (ə.f), Əmirəl-möminin Həzrət Əli (ə) və Əhli-Beyt (ə) olmasını qeyd edib.

Mətnin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha