Zahra Kəbiri Pur, Hövzə xəbər agentliyinin müxbiri ilə söhbətində bildirib ki, son illərdə qadınların gözəlliyə yanaşmalarında əhəmiyyətli dəyişikliklər baş verib; bu dəyişiklik yalnız xüsusi təbəqələrlə məhdudlaşmır, hətta dindar qadınlar arasında da nəzərə çarpır.
O, əlavə edib ki, estetik əməliyyatların və qalın makiyajın artması, yalnız «gözəllik istəyi» ilə izah edilə bilməz. Bu məsələ psixoloji, sosial və hətta fəlsəfi aspektlərə malikdir və ciddi təhlil tələb edir.
Gözəllik; Meyar ya sosial müqavilə?
Araşdırımacı bildirib ki, tarix boyu gözəllik həmişə arzulanan bir şey olub, lakin hər dövr özünə xas bir gözəllik tərifi təqdim edib. Bir zamanlar, çıxıq yanaqlar və yüksək alnlar gözəlliyin simvolu idi; bu gün isə kiçik burunlar və qabarıq dodaqlar daha çox bəyənilir. Bu dəyişikliklər göstərir ki, gözəllik sabit və universal bir meyar deyil, sosial müqavilədir və media, moda sənayesi və sosial şəbəkələrin təsiri altında formalaşır.
O, bildirib ki, keçmişdə gözəllik meyarları daha çox sağlamlıq, simmetriya və təbii olmağa əsaslanırdı; amma bu gün, ardıcıl cərrahiyyələr və qalın makiyaj qatları "idealdır" bir üzü yenidən yaratmağa çalışır, elə bir üz ki, çox hallarda reallıqla əlaqəsi yoxdur. Bu dəyişiklik yalnız gözəllik anlayışını dəyişdirməklə qalmır, həm də qadınları tək bir modelə riayət etməyə məcbur edən təzyiqlə standartlaşdırılmağa səbəb olub.
Özünə inam yoxsa sosial təzyiq?
Kəbiri Pur əlavə edib ki, estetik əməliyyatlar və qalın makiyajlara meyl etməyin ən çox yayılmış bəraəti özünə inamın artmasıdır. Bir çox qadınlar görünüşdəki dəyişikliklərin onlara daha yaxşı hiss etmələrini təmin etdiyini düşünürlər. Amma bu hiss həqiqətən daxildənmi gəlir, yoxsa cəmiyyət və media tərəfindən görünməyən bir təzyiqin nəticəsidir?
O, əlavə edib ki, psixoloji tədqiqatlar göstərir ki, həddindən çox estetik əməliyyat meyli çox zaman özünə hörmətin azaldığının və sosial qəbul edilməmək qorxusunun əlamətidir. Gözəllik üçün sərt standartların təyin edildiyi bir cəmiyyətdə insanlar bu meyarlara çatmaq üçün mübarizə aparırlar, hətta bu mübarizə fiziki və psixoloji zərərlərə səbəb olsa belə. Bir çox qadın estetik əməliyyatlar keçirəndən sonra görünüşlərindən daim narazı qalır və dəyişikliklər dövrünə düşürlər.
Dindar qadınlar arasında gözəllik meyarlarının dəyişməsi
Araşdırmacı bildiribki ki, bu fenomenin diqqətəlayiq tərəflərindən biri, onun dindar qadınlar arasında yayılmasıdır; həmişə sadəlik və diqqət çəkməməyə vurğu edən bir təbəqədir. Lakin bu gün, hətta bu qrupda da estetik əməliyyatlara meylin və çoxlu makiyajdan istifadə olunmasının artdığı müşahidə olunur.
O, əlavə edib ki, burada araşdırılmalı məsələ budur: Bu dəyişiklik, ənənəvi dəyərlərə yenidən baxılması anlamına gəlirmi, yoxsa sadəcə olaraq dominant gözəllik estetikası diskursuna təslim olmaqdır? Bu suala cavab vermək asan deyil, lakin aydın olan bir şey var ki, o da kütlə ilə eyniləşmə üçün güclü sosial təzyiqdir. Estetik əməliyyatlara meyl edən bir çox dindar qadın, şəxsi istəkdən çox, başqalarının hökmündən və gözardı edilmək qorxusundan bu yola yönəlirlər.
Medianın gözəllik standartlarının formalaşmasındakı rolu
Kəbiri Pur, medianın bu məsələyə təsirini qeyd edərək bildirib ki, sosial şəbəkələr, reklamlar və hətta filmlər və seriallar, əksər hallarda təbii olmayan "ideal qadın" təsvirlərini təqdim edir. Instagram filtrləri, şəkil redaktə proqramları və cərrahiyyə olunmuş məşhurların üzü, gözəlliyə dair qeyri-real bir təsəvvür yaradıb və bu, bir çox qadını özlərini bu şəkillərlə davamlı müqayisə etməyə məcbur edir.
O, əlavə edib ki, tədqiqatlar göstərir ki, Instagramdan istifadəni artırmaq, qadınlar arasında öz görünüşlərindən məmnuniyyətin azalması ilə birbaşa əlaqəlidir. Bu, deməkdir ki, insanlar nə qədər çox "naqis olmayan" şəkillərə məruz qalarsa, özlərində daha çox çatışmazlıq hiss edirlər və nəticədə estetik əməliyyatlara və çoxlu makiyajlara meyl edirlər.
Təbii gözəlliyə qayıdış; mümkündürmü, yoxsa arzu?
Araşdırmacı bildirib ki, təbii gözəlliyə qayıdış və özünü qəbul etmək mümkündür, amma bu, mədəni və sosial baxışların yenidən nəzərdən keçirilməsini tələb edir. Gözəllik süni bir şəkildə müəyyən olunduğu müddətcə, bu dövr davam edəcəkdir. Lakin, əgər gözəlliyi sağlamlıq, uyğunluq və fərdi şəxsiyyətin birləşməsi kimi qəbul etsək, daha dayanıqlı bir rahatlıq və məmnuniyyət əldə edə bilərik.
O, xatırladıb ki, "Biz özümüz üçün gözəl oluruq, yoxsa başqalarının təsdiqini almaq üçün?" sualına verilən cavab, təzyiqli gözəllik standartlarından azad olma və öz əsliyyətimizə qayıtmaq üçün bir yol ola bilər.
Mətnin sonu.
Rəyiniz