çərşənbə 26 mart 2025 - 13:30
Dünya Qüds Günü müsəlmanların sionizmlə mübarizədə birliyini nümayiş etdirir.

"Hövzə" xəbər agentliyinin məlumatına görə, Xorasan Hövzəsinin alimi Dünya Qüds Gününü imam Xomeyninin (r) əvəzsiz mirası olaraq qiymətləndirərək vurğuladı: İnsanların geniş iştirak etdiyi yürüşlər, işğalçı sionist rejiminin cinayətlərinə qarşı dünya müsəlmanlarının müqavimət və ədalət istəyini bütün dünyaya çatdırır.

Höccətül-islam vəl-müslimin Rəbbani Bircəndi, Xorasan Hövzəsinin xarici dərsləri müəllimi, Dünya Qüds Günü ərəfəsində "Hövzə" xəbər agentliyinin müxbiri ilə müsahibəsində bu günü vurğulayaraq dedi: Dünya Qüds Günü, imam Xomeyninin (r) əvəzsiz miraslarından biridir və bu gün İslam dünyasının birliyini sionist rejiminin aşkar zülmünə qarşı konkret şəkildə əks etdirir.

O, əlavə etdi ki: Bu gün, Ramazan ayının sonuncu cüməsi, təkcə bir siyasi hadisə deyil, həm də müsəlmanların və dünya azadlıqsevərlərinin Fələstin xalqının ideallarını və ədalət tələblərini dəstəkləmək üçün sosial, dini və insani məsuliyyətlərini göstərən bir təzahürdür.

Xorasan Hövzəsinin xarici dərsləri müəllimi, bu günün əhəmiyyətini izah edərək qeyd etdi: Qüds Günü yalnız bir təqvim və ya milli hadisə deyil, eyni zamanda Fələstin xalqı və dünyanın bütün məzlumları ilə həmrəyliyi bildirən qlobal bir fürsətdir. İşğalçı sionist rejimi, Fələstin xalqına qarşı zalım siyasətlərini gücləndirərək onların hüquqlarını göz ardı edir, lakin Qüds Günü yürüşü, bu cinayətləri dünya miqyasında pisləyən və İslam ümmətinin Fələstin ideallarını müdafiə etməyə sadiq olduğunu bəyan edən bir səsdir.

Höccətül-islam vəl-müslimin Rəbbani Bircəndi, İran xalqını bu qlobal hərəkətdə geniş şəkildə iştirak etməyə çağıraraq bildirdi: Cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə tələbələr, din xadimləri, gənclər və elita bu günün mesajını gücləndirməkdə mühüm rol oynayır. Bu qrupların Qüds Günü yürüşündə şüurlu iştirakı yalnız gənclərin həyəcanını və cəmiyyətə dərin sosial anlayışlarını əks etdirmir, eyni zamanda Fələstin məsələsinin müxtəlif nəsillər arasında canlı olduğunu göstərir. Bu yürüşdə güclü iştirak, müsəlman xalqlarının heç vaxt işğalçılığa və sionist rejiminin cinayətlərinə dözməyəcəklərinin bir ifadəsidir.

O, tələbələr və din xadimlərinin bu qlobal hərəkətdəki rolunu vurğulayaraq əlavə etdi: Tələbələr və din xadimləri, dinin və Qurani-Kərimin mesajını daşıyanlar olaraq, İslam cəmiyyətini maarifləndirməkdə həyati rol oynayır. Bu təbəqənin Qüds Günü böyük tədbirindəki görünən iştirakı, onların vəzifəsini İslam ümmətini məzlumları müdafiə etmək və açıq-aşkar zülmlə mübarizə aparmaq üçün birləşdirməkdə təkrar xatırladır.

Ramazan ayı və ədalət isdəyi arasındakı əlaqə

Xorasan Hövzəsinin alimi Höccətül-islam vəl-müslimin Rəbbani Bircəndi, Qüds Günü ilə Ramazan ayı arasındakı mənəvi əlaqəyə toxunaraq dedi: Ramazan ayı, ibadət, mənəviyyat və zülm altında olan insanlara diqqət yetirmək üçün bir fürsətdir. Qüds Günü belə bir dövrdə, Ramazan ayının dəyərlərini yalnız fərdi və ibadət yönündən deyil, həm də sosial və siyasi sahələrə genişləndirmək üçün bir imkandır. Fələstinin mübariz xalqını dəstəkləmək, yalnız bir insanlıq məsələsi deyil, eyni zamanda Qurani-Kərimdə məzlumları müdafiə etmək və zalımlarla mübarizə aparmaq kimi dini bir vəzifədir.

O, əlavə etdi: Bu mübarək ayda, bu qlobal yürüşə qatılaraq, Fələstinin məzlum xalqını müdafiə etmək üçün həmrəyliyimizi praktiki şəkildə göstərəcəyik. Bu gün, müsəlmanların digər məzlum qardaş və bacılarının taleyinə qarşı laqeyd qala bilməyəcəklərini xatırlatmaq üçün bir fürsətdir.

Höccətül-islam vəl-müslimin Rəbani Bircəndi, sionist rejiminin hazırkı vəziyyətinə və bölgəyə də toxunaraq dedi: Bu il Qüds Günü yürüşü xüsusi əhəmiyyət kəsb edir. İşğalçı rejim, bəzi beynəlxalq təşkilatların susqunluğu altında, Fələstin xalqına qarşı bənzərsiz cinayətlər törədib və bu vəziyyət göstərir ki, Fələstin məsələsi hələ də İslam dünyasının mərkəzi məsələsidir. Qüds Günü yürüşündə iştirak etmək, İslam ümmətinin belə zülmlərlə mübarizə aparmağa sadiqliyinin açıq bir işarəsidir.

O, davam edərək bildirdi: İran xalqı dəfələrlə sübut edib ki, sanksiyalar, təzyiqlər və düşmənlərin media kampaniyalarına baxmayaraq, hələ də məzlumları dəstəkləməyə və zalımlara qarşı mübarizə aparmağa sadiqdir. Şübhəsiz ki, bu il də İran xalqı öz coşğun iştirakı ilə dünyaya aydın bir mesaj verəcək: Fələstin məsələsi heç vaxt unudulmayacaq və işğalçılığa və zülmə qarşı müqavimət davam edəcək.

Höccətül-islam vəl-müslimin Rəbbani Bircəndi, bu hadisənin tarixi roluna diqqət çəkərək bütün cəmiyyətin üzvlərini Qüds Günü yürüşünə qatılmağa dəvət edərək dedi: Dünya Qüds Günü, müqavimət və birliyin mesajıdır. İran xalqının bu mühüm hadisədə geniş iştirakı, onların həqiqət və ədaləti müdafiə etmə iradəsini və sionist işğalçı rejiminin siyasətlərini rədd etmələrini əks etdirir. Bu yürüşdə atılan hər bir addım, məzlumların səsini gücləndirir və onların fəryadını dünyaya çatdırır. Ümid edirik ki, əvvəlki illərdə olduğu kimi, bu il də İran xalqı və digər dünya müsəlmanları, azadlıq uğrunda ən böyük bir qəhrəmanlıq səyini göstərəcək və bir daha öz birliyi ilə işğalçılığın və zülmün təməllərini sarsıdacaqlar.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha