cümə axşamı 27 mart 2025 - 13:23
Qüds Günü yürüşü, İslam ümmətinin vəhdətinin və məzlumların müdafiəsinin rəmzidir.

Höccətül-İslam vəl-Müslimin Rüstəmiyani istibdada qarşı mübarizənin Qurani-kərimdəki köklərinə işarə edərək, Qüds Günü yürüşünü İmam Xomeyninin (r) idealları ilə yenidən əhd bağlamaq və Fələstin xalqı başda olmaqla, dünyanın bütün məzlumları ilə həmrəylik nümayiş etdirmək üçün bir fürsət kimi dəyərləndirdi.

Cənubi Xorasan Elmiyyə Hövzəsinin rəhbəri Höccətül-İslam vəl-Müslimin Əli Rüstəmiyani,  Hövzə xəbər agentliyinin Bircənddəki müxbiri ilə söhbətində Ümumdünya Qüds Günü münasibətilə bu hadisəni "müqavimət və İslami oyanışın rəmzi" adlandıraraq bildirdi:

"Bu gün, İslamın uca idealları ilə yenidən əhd bağlamaq və dünyanın məzlumları, xüsusilə Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün bir fürsətdir."

O, Nisa surəsinin 75-ci ayəsinə istinad edərək:
وَما لَکُمْ لا تُقاتِلُونَ فی‏ سَبیلِ اللَّهِ وَالمُستَضعَفینَ مِنَ الرِّجالِ وَالنِّساءِ وَالوِلدانِ»

"Siz nə üçün Allah yolunda və zəif hesab edilən kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?"

insanların məzlumları müdafiə etməsinin və Allah yolunda mübarizəsinin zəruriliyini vurğuladı və əlavə etdi:

"Bu möhtəşəm yürüş, dünya istibdadına açıq bir mesajdır ki, İslam ümməti zülm və işğala qarşı susqun qalmayacaq."

"Ruhani və tələbələr üçün tarixi bir vəzifə"

Cənubi Xorasan Elmiyyə Hövzəsinin rəhbəri, əyalət ruhaniləri və ilahiyyat tələbələrinə müraciətlə bildirdi:

Bu tarixi hadisədə sizin fəal iştirakınız, həm inqilab dəyərlərinə bağlılığın göstəricisidir, həm də gənc nəsil üçün İslam ideallarını müdafiə etmək yolunda bir nümunədir.

O, sözlərinə belə davam etdi:

Bu yolda atılan hər addım, İslami dəyərləri və insan ləyaqətini müdafiə etmək əzmimizi göstərir. Hər birimizin iştirakı, dini və milli məqsədlərimizə sadiqliyimizin ifadəsi olmaqla yanaşı, həm də gələcək nəsilləri formalaşdıracaq bir nümayəndə olaraq dünyaya birlik və müqavimət mesajını çatdırır.

"Qüds Günü – Fələstin idealına sədaqət meydanı"

Sonda Höccətül-İslam vəl-Müslimin Əli Rüstəmiyani, Qüds Günü yürüşünü "Fələstin idealına sədaqət meydanı" adlandıraraq bütün xalqı bu mərasimdə iştirak etməyə və sionizmə qarşı mübarizə bayrağını yüksəltməyə çağırdı.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha