bazar 30 mart 2025 - 14:12
Həyat Qurucu Ayələr | İslam cəmiyyətinin çətin günləri üçün ilahi resept

Hövzə/ Qurani Kərim Həşr surəsinin 9-cu ayəsində Mədinə ənsarlarının hekayəsində fədakarlıq iqtisadiyyatını təsvir edir. Onlar özlərinin şiddətli ehtiyacına baxmayaraq, mühacirləri özlərindən üstün tutmuşdular. Bu Quran nümunəsi bu gün də Fələstin, Livan və Suriya xalqları arasında davam edən mübarizədə özünü göstərir. Allah-Təala vurğulayır ki, mallarını özlərinə məxsus deyil, ehtiyac sahiblərinə aid olan ilahi bir əmanət kimi görənlər həqiqi nicata qovuşurlar.

Hövzə xəbər agentliyinin məlumatına görə, Mübarək Ramazan ayında hər gün "Həyat Qurucu Ayələr" ilə birgə olun; bu, Qurani Kərimin bir sıra ayələrindən ibarət olan, qısa və praktik təfsirlə müşayiət edilən bir toplusudur. Bu ayələr həyat və səadət üçün bələdçidir. Gəlin, Ramazan ayının günlərini Allahın kəlamı ilə daha nurlu edək.

Höccətül-İslam vəl-Müslimin Hadi Hüseynxani

Bismillahir-Rəhmanir-Rəhim

Həşr surəsinin 9-cu ayəsində Uca Allah buyurur:
«وَالَّذِینَ تَبَوَّءُوا الدَّارَ وَالْإِیمَانَ مِن قَبْلِهِمْ یُحِبُّونَ مَنْ هَاجَرَ إِلَیْهِمْ وَلَا یَجِدُونَ فِی صُدُورِهِمْ حَاجَةً مِّمَّا أُوتُوا وَیُؤْثِرُونَ عَلَیٰ أَنفُسِهِمْ وَلَوْ کَانَ بِهِمْ خَصَاصَةٌ وَمَن یُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِکَ هُمُ الْمُفْلِحُونَ».

“Onlardan əvvəl  (Mədinədə) məskən salmış və iman qəlblərinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərdən ötəri qəlblərində bir həsəd (qısqanclıq) hiss etməzlər. Özləri ehtiyac içində olsalar belə, (mühacirləri) özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunanlar isə həqiqətən nicat tapanlardır.”

Bu mübarək ayə, hicrətdən əvvəl Mədinədə məskunlaşan və iman gətirən ənsara işarə edir. Onlar, mühacirləri sevmiş, onlara qəlblərində heç bir qısqanclıq duymadan kömək etmiş və fədakarlıqla onları özlərindən üstün tutmuşdular. Hətta özləri son dərəcə yoxsul və ehtiyac içində olsalar belə, həmin imkanlara şiddətlə möhtac qalsalar da.

Uca Allah ayənin sonunda vurğulayır ki, “nəfsinin xəsisliyindən qorunanlar, həqiqətən nicat tapanlardır”. Bu, insanın mənəvi təkamülündə səxavət və fədakarlığın əsas rolunu göstərir.  Ayənin sonunda Allah Təala təkidlə, mal və nemətlərə bağlılıqdan qurtulub, onları ehtiyac sahibləri ilə paylaşanların həqiqi səadətə qovuşacağını bildirir.

Bu mübarək ayənin mənasından da göründüyü kimi, ayə birbaşa Mədinə ənsarına işarə edir. Onlar, Məkkədən hicrət edən mühacirləri gülərüzlə və qəlb açıqlığı ilə qarşılamışdılar.

Ənsar bütün səxavətləri ilə öz imkanlarını və sərvətlərini mühacirlərin ixtiyarına vermişdilər. Halbuki, onların özləri də bir çox hallarda həmin imkanlara şiddətlə ehtiyac duyurdular.

Buna baxmayaraq, tam fədakarlıqla mühacirləri özlərindən üstün tutmuş, onların mənafeyini öz mənfəətlərindən öndə saxlamışdılar.

Bu fədakarlıq və özünü fəda etmə ruhiyyəsi, müasir dövrdə də İslami müqavimət hərəkatlarında özünü göstərmişdir. Xüsusilə son illərdə Fələstin, Livan, Suriya və digər bölgələrdə zülmə məruz qalan xalqların ağır şəraitində bu fədakarlığın bariz nümunələri müşahidə olunmuşdur.

Bu çətin vəziyyətlərdə bir çox insanlar özlərinin şiddətlə ehtiyac duyduğu imkan və resursları, fədakarlıq ruhu ilə ehtiyac sahibləri və zərərçəkənlərlə bölüşmüşlər.

Uca Allah bu ayədə bizə öyrədir ki, fədakarlıq və özünü fəda etmək yalnız maddi sahədə deyil, həm də mənəvi cəhətdən dəyərlidir və Allah dərgahında yüksək məqama layiq görülür.

Maddi mənada, yuxarıda qeyd edildiyi kimi, ənsar öz mal və sərvətlərini mühacirlərə səxavətlə vermişdilər.

Mənəvi baxımdan isə, Həzrət Fətimə (s.ə.)-in həyatına nəzər salmaq olar. O, daim başqalarını özündən üstün tutaraq dua edərdi və deyərdi: "İlk növbədə qonşunu, sonra evini düşün" Bu, onun həm maddi, həm də mənəvi sahədə fədakarlıq və özünü fəda etmə anlayışını necə tətbiq etdiyini göstərir.

Uca Allah bu ayədə vurğulayır ki, başqalarını özümüzdən üstün tutmaq və onların ehtiyaclarını öz ehtiyaclarımızdan əvvəl yerinə yetirmək həqiqi nicat və səadətə aparan yoldur.

Başqa sözlə desək, insan mal-dövlətini yalnız özünün hesab etmədikdə və bunu sadəcə öz şəxsi zəhmətinin nəticəsi kimi görmədikdə, amma bunun Allah tərəfindən ona verilən bir əmanət olduğunu dərk etdikdə, onun bir hissəsini öz xeyrinə və bir hissəsini başqalarına verəcəyini qəbul etdikdə, malın sərf edilməsi ona çətin və ağır gəlməz.

Bu yanaşma, insanı həsəd və tamahın əsarətindən azad edir və nəticədə o, həqiqi səadətə və nicat əldə edir. Şübhəsiz ki, həqiqi nicat o insana aiddir ki, özü və mal-dövləti Allahın mülkü kimi qəbul edir və bu ilahi yol üzrə irəliləyir.

Mətnin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha