Hövzə Xəbər Agentliyinin Şirazdan verdiyi məlumata görə, dünyanın müxtəlif ölkələrindən gəlib Şiraz Tibb Elmləri Universitetində təhsil alan bir qrup beynəlxalq tələbə, koordinasiyalı şəkildə sinif otaqlarında “Biz sizə sakit və bombalardan uzaq bir həyat arzulayırıq” sözləri yazılmış lövhələrlə çıxış edərək, müharibə bölgələrində yaşayan insanların, xüsusilə Qəzza zolağında günahsız qurbanların yaşadığı iztirab və əzablara dünya ictimaiyyətinin diqqət yetirməsini istəyiblər.
Bu simvolik aksiya, tələbələrin sülh istəyini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi daşıyır və universitetin digər tələbə və müəllim heyəti tərəfindən geniş rəğbətlə qarşılanıb. Aksiya, tədricən universitet daxilində genişmiqyaslı bir kampaniyaya çevrilməkdədir.
Universitet müəllimləri arasında yer alan və eyni fikirlilik ofisinin rəhbəri olan Mahmudpur Kiyani tədbirin kənarında çıxış edərək, dünyanın müxtəlif bölgələrində davam edən zorakılıq və qarşıdurmalardan dərin narahatlığını ifadə edib. O bildirib: Biz universitet icmasının bir üzvü olaraq, müharibə və qan tökülməsindən uzaq bir dünyanın tərəfdarıyıq. Bu yaradıcı təşəbbüslə biz zorakılıq və ədalətsizliyin qurbanı olan hər kəslə həmrəylik nümayiş etdirmək istəyirik.
O, bu dəyərli təşəbbüsə görə tələbələri təqdir edib və qanunlar çərçivəsində həyata keçirilən bütün sülhpərvər və humanist hərəkətləri dəstəklədiyini vurğulayıb.
Rəyiniz