çərşənbə 9 aprel 2025 - 13:35
Ayətullah Sədrin dini elmlərin yayılmasındakı rolu araşdırıldı

Hövzə/ Elmi-tədqiqat iclası Ayətullah Sədrin dini elmlərin yayılmasındakı roluna dair Həzrət Rüqəyyə (s.ə) elmi məktəbində keçirildi.

Buşehr xəbər agentliyinin müxbirinin məlumatına görə, "Ayətullah Sədrin dini elmlərin yayılmasındakı rolu" mövzusunda elmi-tədqiqat iclası Höccətül-İslam Seyid Həsən Məhdinin iştirakı ilə Bərazcan şəhərində  yerləşən Həzrət Rüqəyyə (s.ə) elmi məktəbində  keçirilib.

Bu iclas, Ayətullah Sədrin şəxsiyyəti və düşüncələrinin müxtəlif aspektlərini və onların İslam cəmiyyətində dini elmlərin yayılmasındakı təsirini araşdırmağa həsr olunmuşdu.

Höccətül-İslam Seyid Həsən Məhdinin bu iclasda dinin gündəlik həyatda əhəmiyyətini vurğulayıb dedi: Din cəmiyyətin mərkəzində olmalıdır və İslam həyatın hər sahəsində, xalqın gündəlik həyatında təzahür etməlidir.

Əlavə olaraq: Ayətullah Sədr, tanınmış dini şəxsiyyət olaraq, həmişə vurğulayırdı ki, din öz dövrünün tələbləri və cəmiyyətin ehtiyaclarına uyğun şəkildə təbliğ edilməlidir.

Elm məktəbinin müəllimi, həmçinin şəhid Ayətullah Sədrin seçilən xüsusiyyətlərinə toxunaraq dedi: Onun ən bariz xüsusiyyəti məntiqi düşüncə və yaxşı ilə pisin fərqini ayırma bacarığı idi. O, dini anlayışları elə təqdim etməyə çalışırdı ki, onlar həm ağılla, həm də məntiqlə uyğun olsun.

Höccətül-İslam Seyid Həsən Məhdinin dini elmlərin cəmiyyətdə yayılmasının vacibliyini vurğulayıb qeyd etdi: Din o cür təqdim edilməlidir ki, insanlar gündəlik həyatlarında ondan faydalana bilsinlər. Bu isə dini alimlərin və tədqiqatçıların daha çox səy və əzmkarlıq göstərməsini tələb edir.

 xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha