Hövzə Xəbər Agentliyi müxbirinin Məşhəd şəhərindən verdiyi məlumata görə, Şeyx Qazi Həninə Livan Müsəlman Alimlər Cəmiyyətinin idarə heyəti sədri, bu gün, bazar ertəsi günü, "İslam müqavimətinin tarix boyu dünüşdürən teoloji aspektləri" mövzusunda keçirilən "Beynəlxalq müqavimət teologiyası konfransının əvvəlki görüşü" adlı virtual toplantıda İslam müqavimətinin tarixi və dini yerini izah etdi.
İslam heç vaxt heç bir müharibənin başladıcısı olmamışdır və olmayacaqdır
O, tarix boyu müsəlmanların, doğru İslam adı altında iştirak etdikləri bütün döyüşlərin müdafiə xarakteri daşıdığını qeyd edərək vurğuladı: İslam heç vaxt zülm və təcavüzün başladıcısı olmamış və olmayacaqdır. Onun sözlərinə görə, müsəlmanlar tərəfindən aparılan bütün müharibələr yalnız zalımlara və zəiflərə qarşı müdafiə və zülmə qarşı mübarizə məqsədi güdür.
Livan Müsəlman Alimlər Cəmiyyətinin idarə heyəti sədri, Hədisi-Qüdsiyə istinad edərək: "Ey bəndələrim! Mən zülmü özümə haram etdim və onu sizlər arasında da haram etdik; bir-birinizə zülm etməyin," dedi və əlavə etdi: İslam müharibələri ədalət və qanuni müdafiə prinsipləri əsasında aparılmışdır və buna görə də hər zaman qələbə ilə nəticələnmişdir.
O, Müsəlmanların işğala və təcavüzə qarşı müqavimət tarixini nəzərdən keçirərək, səlibçilərə qarşı müqavimətdən, bu dövrdə müsəlmanların qazandığı zəfərdən, monqolların hücumuna qarşı müqavimətdən və Şeyx İzzəddin ibn Əbdüssalamın rəhbərliyi altında Misirdəki qələbədən tutmuş, Əlcəzair, Misir, Suriya, Lübnan və Fələstinin Fransa və İngiltərə işğalçılarına qarşı müqavimətinə qədər İslam müqavimətinin tarixi görüntülərini izah etdi.
Müasir tarixdə müqavimət İlahiyyatının simaları
O, Şeyx İzzəddin Qəssamın İngiltərənin işğalçılarına qarşı göstərdiyi müqavimət və Fələstində ilk müqavimət nüvələrinin qurulmasını müqavimət İlahiyyatının aydın nümunəsi kimi qeyd edərək vurğuladı: Onun yolu, fələstinli mücahidləri tərəfindən davam etdirildi. Həmçinin, İmam Musa Sədr və şəhid Seyid Abbas Musəvinin Livanda müqavimətin yaranmasında oynadığı rola toxunaraq, İslam müqavimətini dinin, torpağın, canın və müsəlmanların şərəfinin müdafiəsi kimi qiymətləndirdi.
İranın müqavimət cəbhəsinin gücləndirilməsindəki rolu
Şeyx Həninə davam edərək, İran İslam Respublikasının müqavimət hərəkatınının dəstəyinə toxunaraq və qeyd etdi: Bu dəstək, İmam Xomeyni (r) dövründən başlayıb, İmam Xameneyinin hikmətli Rəhbərliyi ilə davam etdi.
"Əl-Əqsanın Tufanı" siyonist rejimi zəiflədən uzunmüddətli döyüşü
O, müasir qələbələrdən bir nümunə olaraq "Əl-Əqsanın Tufanı" döyüşünə toxundu və əlavə etdi: Bu əməliyyat on səkkiz aydan çox davam etdi və siyonist rejimi içində qorxu və daxili parçalanmasına səbəb oldu.
Şeyx Həninə, şəhid müqavimət komandirlərinin adlarını çəkərək, Seyyid Həsən Nəsrullah, Seyyid Haşim Safiəddin, Şeyx İsmail Həniyə, Yəhya Əl-Sinvar və Hizbullah və Qəssam Briqadalarının digər mücahidləri haqqında danışdı və bildirdi: Şəhidlərin yolu hələ də davam edir və onların təmiz qanı, Qüdsün və bütün Fələstinin azadlığı yolunda işıq olacaq.
O, Müqavimət ruhunda Şiə və Sünni arasındakı İslam birliyinə vurğu edərək, dedi: Bu birlik, siyonist düşmənə və onların qərb dəstəkçilərinə və bəzi ərəb rejimlərinə qarşı, İslam ümmətinin şərəf və ləyaqətinin simvoludur.
O əlavə etdi: Bu dəstəyin sayəsində, bu gün Müqavimət ən inkişaf etmiş silahlara sahibdir və işğal olunmuş torpaqların dərinliklərini hədəf almağa qadirdir.
Qəzza və Lobnan; Mühasirəyə və dağıntıya qarşı dayanıqlılığın simvolu
O, siyonist rejimin cinayətlərinə qarşı Beynəlxalq Cəmiyyətin susqunluğunu pisləyərək, Qəzza xalqının şimal, cənub və mərkəzi Qəzza zolağında və Lübnan xalqının müxtəlif bölgələrində, o cümlədən Beyrutun Zahiyə, Hermel, Sudan, Sur və Nəbtiyə bölgələrindəki müqavimətinə toxundu və dedi: Bütün mühasirələrə və dağıntılara baxmayaraq, müqavimət hələ də canlı və dinamikdir.
Şeyx Həninə, müqavimətin mövqeyindən geri çəkilməyəcəyini vurğulayaraq dedi: Cihad yolu açıqdır və Allahın qələbə ilə bağlı açıq vədəsi yaxındır; Qurani-Kərimdə qeyd edildiyi kimi: 'Əgər siz Allahı dəstəkləsəniz, O da sizi dəstəkləyəcək və addımlarınızı möhkəmləndirəcək.'
O, bütün İlahi dinlərin və Peyğəmbərlərin ortaq hədəfinə diqqət çəkərək qeyd etdi: Bütün Peyğəmbərlər və Dinlər, insanın Allah tərəfindən şərəf, ləyaqət və ucalması üçün göndərilmişdir.
İslam Fiqhində beş zərurət; Müdafiə və Cihadın əsas hökmləri
O, İslam fiqhində yer alan beş zərurət nəzəriyyəsinə – ağıl, din, can, mal və namus məsələsinə– diqqət edərək bildirdi: İslam Şəriəti, bu prinsiplərin qorunması üçün əhatəli hökmlər müəyyən edib. Bu hökmlərdən ən önəmlisi, Allah yolunda cihaddır, məqsədi isə bu prinsipləri və insanın şərəfini, xüsusilə zülm və təcavüzə qarşı müdafiə etməkdir.
Livan Müsəlman Alimlər Cəmiyyətinin idarə heyətinin Sədri, bir neçə Quran ayəsinə istinad edərək, İslam Peyğəmbəri Məhəmmədin (s) Məkkədən Mədinəyə hicrətindən sonra cihadın qanuniliyini xatırlatdı və əlavə etdi: Allah, möminlərə müdafiə etməyə icazə verdi, çünki onlar zülmə məruz qalmışdılar.
O əlavə etdi: Qurani Kərimdə dəfələrlə cihad haqqında qeyd olunub. Məsələn, Həcc Surəsinin 39-cu Ayəsində: 'Onlara savaşmaq icazəsi verilmişdir,' və Nisa Surəsinin 75-ci Ayəsində: 'Niyə Allah yolunda və zəiflərin xilas olması üçün döyüşməyəsiniz?' Bu ayələr göstərir ki, İslamda cihad müdafiə xarakterlidir və zülmə qarşı mübarizə aparmaq üçündür.
O, cihadda sıraların birliyini mühüm prinsiplərdən biri kimi qiymətləndirərək, vurğuladı: Allah, öz yolunda vahid sıralar içində, bərk bir bina kimi döyüşən möminləri tərifləmişdir. Buna görə də, Allahın kömək vədinin həyata keçməsi yalnız birlik, səmimiyyət və Allahın dininə yardım ilə mümkündür. Qurani Kərimdə deyilir: 'Əgər Allahı dəstəkləsəniz, O da sizi dəstəkləyəcək.'
Şeyx Həninə, İslam Peyğəmbərinin (s) Bədr, Uhud və Məkkənin fəthi kimi döyüşlərini xatırladaraq bildirdi: Bütün bu döyüşlər, Müsəlmanların hüquqlarını qorumaq və zülm və şirkə son vermək üçün aparıldı. Məkkənin fəthi, İslam tarixində bir dönüş nöqtəsi idi, çünki o dövrdə bütpərəstlik yox oldu və İbrahimin tək Allaha inancı yenidən dirçəlmiş oldu.
Livan Müsəlman Alimlər Cəmiyyətinin İdarə Heyətinin Sədri, həmçinin İslam mədəniyyətindəki müdafiə cihadının şanlı tarixinə diqqət çəkərək dedi: Müsəlmanlar hər zaman düşmənlərin hücumlarına qarşı, istər səlibçilərlə, istərsə də monqollarla və ya müasir dövrdə Əlcəzayir, Misir, Suriya, Livan və Fələstində olduğu kimi, öz torpaqlarını və şərəflərini müdafiə ediblər.
Müqavimət Mücahidləri; Saf Məhəmmədi (s) İslam yolunun davamçıları
O, İslamda cihadın heç vaxt təcavüzkar və işğalçı olmadığını vurğulayaraq, müasir müqavimətə diqqət çəkdi və dedi: Şəhid İzzəddin Qəssam, İmam Musa Sədr, Seyid Abbas Musəvi, Şeyx Əhməd Yasin və Seyid Həsən Nəsrullah kimi şəxsiyyətlər, İslam müqavimət cəbhəsinin bayraqdarlarıdır.
Livan Müsəlman Alimlər Cəmiyyətinin idarə heyətinin sədri, bu mücahidlərin saf Məhəmməd İslamından ilham alaraq, haqq və şərəf uğrunda döyüşdüklərini xatırladaraq bildirdi: Möminlər, Allahın vədlərinə inanırlar və əmindirlər ki, bu yol, çətinliklərə, əzablara və şəhid olmaqlarına baxmayaraq, nəhayət zəfərlə nəticələnəcək. O, əlavə etdi ki, İslam Müqaviməti, Fələstinin tam azadlığı və qaçqınların vətənlərinə qayıtması təmin olunana qədər öz yoluna davam edəcək.
Mətnin sonu.
Rəyiniz