Hövzə Xəbər Agentliyi | Donald Trampın ABŞ-ın ‘Müdafiə Nazirliyini ‘Müharibə Nazirliyi’ adlandırmaq qərarı, nə sadəcə söz oyunu, nə də keçici bir tamaşadır. Əksinə rəsmi olaraq XIX əsrin qara məntiqinə qayıdışdır؛ o dövr ki, güc nizə ucu ilə ölçülür və müharibə siyasətin ən legitim vasitəsi sayılırdı. Bu addım dünyaya açıq bir mesaj verir: Ağ Evdə diplomatiya dili zəncirlənib və müharibə təbili siyasətin çiyninə yerləşdirilib.
Tramp eyni zamanda ki, özünü ‘Nobel Sülh’ medalı ilə bəzəməyə çalışır, əslində dünyanın dörd tərəfində qan və zülm bayrağını qaldırmışdır. Bu ziddiyyət onun eqoist və fürsətçi populizminin əsl üzünü açır: İmperiya qüruru, zorakı ağılsızlıq və siyasi cəsarətsizliyin birləşməsi ki, üstünlük qazanmaq üçün qorxutmaqdan və qan tökməkdən çəkinmir.
ABŞ və Sionist rejiminin cinayətləri;Qəzzanın mühasirəsindən və müqavimət liderlərinin qətlindən tutmuş Yəməni bombalamağa və İrana sanksiyalar tətbiq etməyə qədər təsadüfi hadisələr deyil, hazırlanmış və planlaşdırılmış bir ssenaridir. Bu iki pis tərəfdaş, koordinasiyalı çərçivədə, İslam dünyasının bədənini hədəfə almışlar; Tramp ‘Müharibə Nazirliyi’ möhürü ilə bu qaranlıq alyansı rəsmiləşdirmişdir.
İslam ölkələrinin rəhbərləri!
Səssizlik, artıq ‘hikmətli təmkin’ əlaməti deyil, açıq şəkildə passivlik və düşmənə meydan vermək deməkdir. Zamanı gəlib çatıb ki, daxili münaqişələri və yorucu rəqabətləri kənara qoyasınız və bu əsas təcavüzkar qarşısında kollektiv, açıq və praktik bir qərar qəbul edəsiniz. Tarix, ehtiyac anında millətinə baxan liderləri ‘zülmün səssiz tərəfdaşları kimi qiymətləndirəcək. Bu gün birgə tədbirə gətirməyən hər bir danışıqlar masası, sabah torpaq və müstəqilliyinizin bölüşdürülməsi masasına çevriləcək.
Real təhlil onu göstərir ki, mövcud gedişatın davamı yalnız bir nəticəyə gətirib çıxaracaq: Hərbi güc axtarışının normallaşdırılması və ABŞ və İsrailin bölgədə birbaşa müdaxilələrinin legitimləşdirilməsi.
Bu gedişata qarşı mübarizə aparmaq üçün eyni vaxtda üç əsas istiqamətə ehtiyac vardır:
Müharibə Nazirliyinin və onun siyasətlərinin beynəlxalq məclislərdə legitimliyini rədd etmək üçün vahid regional siyasət
ABŞ və İsraildən əsas asılılığı azaltmaq üçün İslam dünyasının iqtisadi və ticarət birliyi
Ədalətpərvərlik və aktiv müqavimət dialoqunu gücləndirmək üçün media və mədəniyyət səslərinin birliyi.
Bu gün İslam ümməti iki yol arasında qalıb: Ya ortaq addımların sədası ilə gələcəyi quracaq, ya da düşmənin top səslərinin əks-sədası ilə taleyini müəyyən edəcək.
Həsən Əbdipur – Beynəlxalq fəaliyyət sahəsində fəal
Rəyiniz