cümə axşamı 18 sentyabr 2025 - 16:20
İmamın xüsusiyyətləri: İnsanlar arasında ən alim və elmli şəxs

Hövzə / İmam, ümmətin rəhbərliyini və rəhbərlik vəzifəsini öz üzərinə götürdüyündən, dinin bütün sahələrini hərtərəfli şəkildə bilməli, onun qanunlarını tam düzgün şəkildə bilməli, insanların müxtəlif mövzularda verdikləri bütün suallara cavab verə bilməli və onları tam düzgün yola yönəltməlidir.

Hövzə Xəbər Agentliyi | Həzrət Peyğəmbərin (s) canişini, dinin davamlılığının təminatçısı və insanların suallarına cavab verə bilən, böyük rəhbərlik məqamına uyğun olaraq bir sıra xüsusiyyətlərə malik olan seçilmiş bir şəxsiyyətdir. İmamın ən mühüm xüsusiyyətləri bunlardır:

Təqva – (bəşər cəmiyyətini dini təlimlər əsasında düzgün şəkildə idarə etmək və yönləndirmək bacarığı)

İs­mət məqamı – (Belə ki, ondan ən kiçik bir xəta və səhv belə baş verməz)

Elm və bilik – Peyğəmbərin (s) elminə bağlı olub ilahi elmə əsaslanan


Buna görə də imam, həm maddi, həm də mənəvi sahələrdə hər kəsin bütün suallarına cavab verə bilən bir şəxsdir.

Qeyd olunan xüsusiyyətlərə nəzər saldıqda aydın olur ki, belə bir şəxsin seçilməsi insanların gücü və biliyinin fövqündədir. Yalnız sonsuz elm sahibi olan Allah, peyğəmbərdən sonra onun canişinlərini müəyyən edə bilər. Buna görə də imamın ən mühüm xüsusiyyətlərindən biri, onun Allah tərəfindən təyin olunmasıdır.

Bu xüsusiyyətlərin əhəmiyyətinə görə hər biri haqqında qısa izah təqdim edirik:

İmamın elmi

İmam, rəhbərlik və ümmətin başçısı vəzifəsini daşıdığı üçün dini bütün yönləri ilə tanımalı, onun qanunlarını tam şəkildə bilməli, Qurani-Kərimin ayələrinin təfsirinə bələd olmalı, Peyğəmbərin (s) sünnəsini dərindən qavramalı və bu əsasda dini maarifləri bəyan etməli, insanların müxtəlif mövzularda verdikləri bütün suallara cavab verməli və onları ən gözəl şəkildə istiqamətləndirməlidir.

Şübhəsiz ki, belə bir elmi mənbə xalq üçün etimad və dayağa çevrilə bilər. Lakin bu elm yalnız ilahi elmə bağlılıq vasitəsilə mümkündür. Elə buna görə də şiə inancına görə imamların və peyğəmbərin həqiqi canişinlərinin elmi, tükənməz ilahi elmdən qaynaqlanır.

Bu mövzuda İmam Əli (ə) buyurur:
«أنْ یَکونَ أعْلَمَ النّاسِ بِحَلالِ اللّهِ و حَرامِهِ و ضُرُوبِ أحْکامِهِ و أمْرِهِ و نَهْیِهِ و جَمیعِ ما یَحتاجُ إلیهِ النّاسُ، فَیَحْتاج النّاسُ إلَیْهِ و یَسْتَغنی عَنْهُمْ.» (میزان الحکمة، ج ۱، ص ۲۵۰، ح ۹۱۶)

İmam, Allahın halal və haramını, müxtəlif hökmlərini, əmr və qadağalarını və insanların ehtiyac duyduğu bütün məsələləri ən yaxşı bilən şəxs olmalıdır. İnsanların ona ehtiyacı var, o isə onlardan ehtiyacsızdır.
(Mizanul-Hikmə, c. 1, s. 250, h. 916)

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha