Hövzə Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Əlirza Ərafi 2025-ci il sentyabrın 15-də Qum şəhərində yerləşən Camiətüz-Zəhra (s.ə) Universitetində yeni tədris ilinin birgə açılış tədbirində çıxış etmişdir. Tədbir Camiətüz-Zəhra (s.ə) İslam Oyanışı zalında keçirilmişdir. Elmi Hövzələrin rektoru, Həzrət Məsumənin (s.ə.) Quma gəlməsinin ildönümünü qeyd edərək bildirib: Peyğəmbəri-Əkrəmin (s) nuru bütün varlıq aləmlərində ilk nur və hidayətin ilk məşəlidir. Dünya Peyğəmbərin (s) nuru ilə işıqlanmış, şəriət onun varlığı ilə yeni bir sivilizasiyaya və yeni bir dünyaya qədəm qoymuşdur. Dünyanın sonu da onun parlaq nuru ilə nurlanacaqdır.
Bəlağul-Mubin qlobal dəyişikliklər miqyasında yenidən tərif olunmalıdır / Bəlağul-Mubinin (aydın təbliğ) gerçəkləşməsi üçün 12 əsas zərurət
Qadınlara məxsus Elmi Hövzələrin İslam siyasət şurasının sədri davam edərək dedi: Peyğəmbərin (s) Nəhcül-Bəlağə aynasında təcəllisi ən gözəl təcəllilərdən biridir. Əmirəl-möminin İmam Əlinin (ə) Peyğəmbər (s) barəsində Nəhcül-Bəlağədə qırxdan artıq yerdə söylədiyi fəsahətli, gözəl və dəyərli kəlamlar Peyğəmbəri tanıma və onun şəxsiyyəti ilə tanışlıq sahəsində bütöv bir elmi sistem və cəlbedici bir külliyat təşkil edir.
Ölkə üzrə Elmi Hövzələrin rektoru əlavə etdi: Qadınlara məxsus Elmi Hövzələr, Peyğəmbər (s) haqqında biliklərin dərinləşdirilməsi istiqamətində xüsusi bir mərhələ yaratmalıdırlar və xüsusilə bu iş Nəhcül-Bəlağəyə əsaslanmalıdır. Çünki Nəhcül-Bəlağəyə diqqət yetirilməsi Ali Rəhbər tərəfindən xüsusi olaraq vurğulanmışdır.
İslam qanunlarının dirçəldilməsi üçün "Azad Məktəb" adlı islahat layihəsi əlverişli fürsətdir
O, həmçinin qeyd etdi: Nəhcül-Bəlağədə İmam Əli (ə) Peyğəmbər (s) barədə müxtəlif mövzulara toxunmuşdur. O cümlədən Ərəbistan yarımadasının və vəhy dövrünün sosial vəziyyəti, Peyğəmbərin (s) ailəvi və nəslindən qaynaqlanan xüsusiyyətləri, eləcə də onun şəxsi xüsusiyyətləri mövzularına toxunmuşdur. İmam Əli (ə) Nəhcül-Bəlağədə belə buyurur:
وَ داعِمَ الْمَسْمُوکاتِ، وَ جابِلَ الْقُلُوبِ عَلی فِطْرَتِها، شَقِیِّها وَ سَعیدِها؛ اِجْعَلْ شَرائِفَ صَلَواتِکَ، وَ نَوامِیَ بَرَکاتِکَ عَلی مُحَمَّد عَبْدِکَ وَ رَسُولِکَ
Ey (Allahım) suda batanları himayə edən, qəlbləri onların fitrətinə, istər bədbəxt olsun, istərsə də xoşbəxt uyğunlaşdıran! Öz bəndən və elçin olan Məhəmmədə ən uca salam və rəhmətini nazil et.
Ali Rəhbərin hövzələrə ünvanladığı strateji müraciətində 15 əsas məqam
Ayətullah Ərafi vurğuladı: İmam Əli (ə) bu xütbədə Peyğəmbərin (s) xüsusiyyətlərini bəyan edərkən onun ibadətə bağlılığını və peyğəmbərliyini xatırladır və sonra buyurur: الْخاتِمِ لِما سَبَقَ Əl-xatimi limə səbəq – yəni, peyğəmbərlərin sonuncusu. İslam Peyğəmbəri (s) sonuncu peyğəmbəridir və bu silsilənin sonuncusudur. Bu sonluq zaman baxımından olsa da məqam baxımından O, əvvəldədir. Çünki insan Quranı və ilahi peyğəmbərin mesajını dinləmək üçün mərhələli şəkildə hazırlanmalı idi. Tövhidi və ilahi maarifin möhtəşəm xəzinəsi ki, Quranda, Rəsulullahın (s) sünnəsində və hidayət imamlarının irsində əks olunmuşdur. Bu isə bəşərə yaradılışın əvvəlində verilə bilməzdi. Çünki o zaman insanın bu ağır yükü daşımağa gücü çatmazdı.
O bildirib: Qurandakı tövhidin dərinliyi hər yerdə mövcud deyil və nə yunan fəlsəfəsində, nə də əvvəlki məktəblərdə bu həqiqət yer almışdır. Onlarda mövcud olanlar isə nə etibarlı, nə də qəti olmuşdur. Tövhid yalnız Quranda öz parlaq təcəllisini tapmışdır. Bu həqiqət nə fəlsəfi, nə də irfani düşüncələrdə mövcuddur.
Ölkə üzrə Elmi Hövzələrin rektoru əlavə etdi: İmam Əli (ə) Nəhcül-Bəlağədə buyurur: «وَ الْفاتِحِ لِمَا انْغَلَقَ "Ey bağlı yolları açan". Əqidəvi, kəlami, intellektual sistemlər, ictimai nizamlar, fiqhi və əxlaqi məsələlərdə Peyğəmbərin (s) sünnəsi və Quran vasitəsilə yeni üfüqlər açılmışdır ki, bunlar ondan əvvəl qapalı idi. Peyğəmbərin (s) mövcudluğu və Qurani-Kərim səmaya açılan yeni pəncərələrin açarı olmuşdur.
O, «وَ الْمُعْلِنِ الْحَقَّ بِالْحَقِّ – "haqqı olduğu kimi aşkara çıxaran" ifadəsinə işarə edərək vurğuladı: Peyğəmbər (s) mütləq haqqdır. O, gətirdiyi risalətlə bütün sahələrdə haqq və səadət bəxş edən bir mesaj təqdim etmiş, metodları da haqq və düzgün olmuşdur. O, haqqı bəyan etmək və bu yolda ən kamil üsullardan istifadə etmək üçün bayraq qaldırmışdır. İslam Peyğəmbəri (s), iqtisadi, mədəni və siyasi baxımdan öz dövrünün bütün sivilizasiyaları içində ən aşağı mövqedə olan Ərəbistan yarımadasında İslam sivilizasiyasını qurmuşdur.
Ayətullah Ərafi xatırlatdı: Bu gün bu missiya hövzənin üzərinə düşür və xüsusilə qadınlara həvalə olunmuşdur. Qadınlar tarix boyu bütün sahələrdə təsirli olmuşlar, lakin müasir dövrdə bu, yeni bir forma almış və Qərb sivilizasiyasında qismən azğınlıq yönünə çəkilmişdir. Bu gün ilahi lütflə hövzələrə daxil olan qadınlar risalət ruhu ilə bu böyük elm ocağına qədəm qoymalı, müasir dünyaya yeni qapılar açmalıdırlar. Bu həm bizim həm də İslam İnqilabının mesajıdır.
O, «وَ الدّافِعِ جَیْشاتِ الْأَباطیلِ، وَ الدّامِغِ صَوْلاتِ الْأَضالیلِ – Batil hücumlarını dəf edən, azğınlıqların həmlələrini darmadağın edən» ifadəsinə toxunaraq dedi: Peyğəmbər (s) haqq idi və batilin ordusu ilə qarşılaşanda onları kənara çəkir, haqqı irəli aparır və batilin zahiri şan-şöhrətini aradan qaldırırdı.
Ölkə üzrə Elmi Hövzələrin rektoru əlavə etdi: Bu gün Qərb sivilizasiyası batil və yanlış düşüncələrlə qarışmış və batil və yanlış şöhrətlər yaratmışdır. Bu batil şöhrətləri aradan qaldırmaq üçün ağıl, hikmət, elm, şücaət, bacarıq, zövq və sağlam düşüncə lazımdır.
O bildirdi: Bu xütbədə belə də buyurulur: «کَما حُمِّلَ، فَاضْطَلَعَ، قائِماً بِاَمْرِکَ؛ مُسْتَوْفِزاً فی مَرْضاتِکَ، غَیْرَ ناکِلٍ عَنْ قُدُمٍ، وَ لَا واه فی عَزْم – Batil ordularını dəf edən və azğın hücumları məhv edən.
Əgər elm və mədəniyyət sahibi olmaq istəyirsinizsə, bu kəlamlardan dərs almalısınız. Gənclik və çiçəklənmə dövründə vaxt həm fərdin özü həm də məsullar tərəfindən düzgün proqramlaşdırılmalıdır.
Ayətullah Ərafi davam edərək dedi: “«وَاعیاً لِوَحْیکَ، حافِظاً لِعَهْدِکَ، ماضِیاً عَلی نَفاذِ اَمْرِکَ – «Vəhyi anlayan, əhdinə sadiq və əmrin yerinə yetirilməsinə sadiq olaraq irəliləyən». Bu Peyğəmbərin (s) mədəni cihadının zirvəsini və onun rəhbərlik missiyasını göstərir. O, həm öz aləmini, həm də başqa aləmləri dəyişdirdi. Bizim vəzifəmiz bu günün nəsli üçün xilas çırağını yandırmaq və İslam İnqilabının şərəfli mesajını çatdırmaqdır.
🟥🟥🟥
🟥🟥
Xubriqan Məclisinin Riyasət Heyətinin üzvü Nəhcül-Bəlağənin bir sıra tərbiyəvi təsirlərə malik olduğunu qeyd edərək bildirdi:
Xanımlar hər gün Nəhcül-Bəlağəni mütaliə etməlidirlər. Nəhcül-Bəlağə həm mədəniyyəti düzəldir, həm də insanda eşq, şövq, qəhrəmanlıq və mənəvi zövq yaradır. O, bir tərəfdən insanın bilik xəzinəsini yüksəldir, dil zövqünü və ərəb dilini gücləndirir, digər tərəfdən isə daxili mənəvi amilləri inkişaf etdirir. Nəhcül-Bəlağə islahat və inqilab kitabıdır.
Ölkə üzrə Elmi Hövzələrin rektoru əlavə etdi: Öndər və nümunəvi hövzə şüarı istiqamətində yaxşı addımlar atılmışdır və bu proses davam etdirilməlidir. Bu şüarın mühüm məntiqi və diskursu hövzə institutlarının elmi, tərbiyəvi və təbliğat sistemlərinin əsasında əks olunmalıdır. Bu isə dərkə, təhlilə, diskurs yaratmağa və planlaşdırmaya ehtiyac duyur.
Ayətullah Ərafi əlavə etdi: İnqilabdan sonra iki mühüm hadisə baş vermişdir: Birincisi, hövzənin strukturlaşmış şəkildə formalaşmasıdır ki, bu əvvəlki bütün dövrlərdən fərqlənir; ikincisi isə İranda inkişaf etmiş bu hadisənin dünyaya təsir salmasıdır. Buna görə də bu fenomen yalnız İranla məhdudlaşmır. Bu gün artıq qlobal bir hadisəyə çevrilmişdir. Bu səbəbdən öndər və nümunəvi hövzə şüarına xüsusi diqqət yetirilməlidir.
O, texnologiyalardan istifadənin zəruriliyinə toxunaraq dedi: Gələcək tamamilə süni intellekt və idrak elmləri kimi sürətlə inkişaf edən texnologiyalarla bağlıdır. Biz həm onlara yiyələnməli həm də onların zərərlərindən qorunmalı, eyni zamanda onlardan maksimum faydalanmalıyıq. Müasir texnologiyalar artıq sadəcə bir alət deyil, proqramların ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Ölkə üzrə Elmi Hövzələrin rektoru əlavə etdi: Qadınlara məxsus Elmi Hövzələr müasir dünyanın idarəçiliyində, qadın və ailə məsələlərində böyük və mədəni bir rola malikdir və bu bayraq sizin əlinizdədir. Bu proqramlaşdırma tələb edir. Cəmiyyətin qadın hövzəsinə baxışı həm ümumi xalqın ehtiyaclarını qarşılamağa, həm də elmi elitanın tələblərinə cavab verməyə yönəlmişdir. Bu ehtiyacların qarşılanması üçün elmi işlər genişləndirilməli, xanımlar arasında filosoflar, fəqihlər, hədis üzrə mütəxəssis və müfəssirlər yetişdirilməlidir.
Xəbərin sonu
Rəyiniz