çərşənbə axşamı 9 sentyabr 2025 - 16:43
Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti, İslam İnqilabının qlobal miqyasda izah və təbliği üçün geniş potensiala malikdir / Elmi Hövzə ilə milli media arasında əməkdaşlığın dərinləşdirilməsi lazımdır

Hövzə / Ayətullah Ərafi İslam İnqilabının qlobal diskurs imkanlarına işarə edərək bildirdi: Milli media, Afrika kimi əlverişli regionlara diqqət yönəltməklə, İslam İnqilabının hərtərəfli nəzəriyyəsinin izahı istiqamətində daha təsirli addımlar atmalıdır.

Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumata görə, Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, milli medianın Mədəniyyət Şurasının iclasında hansı ki, Qum şəhərinin Seda və Sima Televiziya və Radio Yayımları Şirkətində videokonfrans şəklində keçirilib. Çıxış edərək Həzrət Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlud günlərini Vəhdət Həftəsi və müqəddəs müdafiə günlərini təbrik etdi. Həmçinin milli medianın İslam maarifinin təbliğində, İslam İnqilabının böyük nəzəriyyəsinin şərhində və İmam Xomeyninin (r) böyük diskursunun qorunmasında mərkəzi mövqeyə malik olduğunu vurğuladı.

Baxın:

Ayətullah Ərafinin iştirakı ilə Milli Medianın Mədəniyyət Şurasının videokonfrans iclasının görüntüləri

Milli Media – İran xalqının ümumi universiteti

Elmi Hövzələrin rektoru qarşıdan gələn tədris mövsümünə  məktəblərin, universitetlərin və elmi hövzələrin açılışına  işarə edərək, İslam düşüncəsinin yayılmasında və xalqla, həmçinin İslam İnqilabı ilə xidmət yolunda milli medianın geniş fəaliyyətlərini yüksək qiymətləndirdi.

12 günlük müharibədə Seda və Sima Televiziya və Radio Yayımları Şirkətininin fəaliyyətinə görə təqdir

O, 12 günlük müdafiə dövründə milli medianın ruhlandırıcı rolunu yada salaraq, Seda və Sima Televiziya və Radio Yayımları Şirkətinin rəhbərlərinin, proqram istehsalçılarının və mədəniyyət sahəsində çalışan əməkdaşlarının cəsarətli və yaradıcı fəaliyyətlərini alqışladı və əlavə etdi: Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti ümumxalq universitetidir və ümidvarıq ki, onun daha da inkişafı və təsir gücünün artmasının şahidi olarıq.

Hövzələrlə milli media arasında daha dərin əməkdaşlıq zərurəti

Hövzələrin rektoru elmi hövzələrlə milli media arasında daha sıx əməkdaşlığın vacibliyini vurğulayaraq bildirdi: Milli medianın İslam maarifini təqdim etməkdəki yanaşması nə qədər təsirli olsa, dini hövzələr də bu imkanlardan bir o qədər faydalana biləcək. Bu əlaqə həm hövzə, həm də cəmiyyət üçün faydalı olacaq yeni bir mərhələyə qədəm qoymalıdır.

Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti, İslam İnqilabının qlobal miqyasda izah və təbliği üçün geniş potensiala malikdir / Elmi Hövzə ilə milli media arasında əməkdaşlığın dərinləşdirilməsi lazımdır

Həzrət Peyğəmbər (s)  bəşər tarixində yeni bir sivilizasiyanın banisi

Ayətullah Ərafi çıxışının davamında Həzrət Peyğəmbərin (s) mövqeyinə toxunaraq bildirdi: Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmməd Peyğəmbərin (s) zühuru bəşər tarixində dönüş nöqtəsi olmuşdur. O həzrət, tövhid maarifi və intellektual sistemləri ilə yeni bir sivilizasiyanın əsasını qoymuşdur. Bu da ən böyük ilahi möcüzələrdən biridir.

Xubriqan Məclisinin üzvü əlavə etdi: Peyğəmbər (s) elə bir cəmiyyətdə peyğəmbərliyə seçildi ki, orada heç bir real elmi, mədəni və sivilizasion potensial mövcud deyildi. Lakin cəmi 23 il ərzində sosial və insanlığın böyük bir sivilizasiyanı yaratdı, dövlət təsis etdi və yeni bir ictimai-mədəni nizam formalaşdırdı. Bu nailiyyət, İslam düşüncəsində və Peyğəmbərin siyasətində güclü bir media və kommunikasiya sisteminin mövcudluğunu göstərir.

Ölkə üzrə Elmi Hövzələrin rektoru vurğuladı: İslamın sürətlə yayılması özü də media imkanlarının son dərəcə məhdud olduğu bir dövrdə  Peyğəmbərin (s) risalətinin bənzərsiz gücünə dəlalət edir. İslam İnqilabı da məhz bu yolun davamıdır ki, iki əsas şərti vardır: birincisi, möhkəm və zəngin bir mesaj, ikincisi isə əsaslı media müşayiəti.

Dünyanın müxtəlif bölgələrində İslam İnqilabının böyük nəzəriyyəsini təbliğ etmək üçün mühüm potensiallar mövcuddur. Seda və Sima Televiziya və Radio Yayımları Şirkətinin beynəlxalq bürosu isə Afrika kimi əlverişli regionlara daha çox diqqət ayırmaqla bu diskursun izahında mühüm addımlar atmalıdır.

İslam İnqilabının nəzəriyyəsi: Bir sivilizasiya sistemində ziddiyyətlərin vəhdəti

Elmi Hövzələrin Ali Şurasının üzvü İslam İnqilabının böyük nəzəriyyəsinə işarə edərək bildirdi: Bu nəzəriyyə, dinin və İslam sivilizasiyasının geniş təfsiridir. O, din və dünya, cümhuriyyət və İslam, inkişaf və ədalət kimi zahirdə zidd görünən çağırışları özündə birləşdirə bilmişdir. İmam Xomeyni (r) İslamı yaradıcı və geniş bir təfsirlə təqdim etməklə bu nəzəriyyənin təməlini qoydu və İran xalqı da onu qəbul edərək dərk etdi.

Ayətullah Ərafi qeyd etdi ki, ictimai hərəkat və inqilablarda adətən ziddiyyətli çağırışların doğurduğu çətinliklər sürüşmə və ya azğınlıqlara səbəb olmuşdur. Lakin İslam İnqilabında bu dualar yalnız həll edilməmiş, eyni zamanda hərtərəfli bir sistemə çevrilmişdir. Məhz buna görədir ki, İslam İnqilabı İslamın sivilizasiya və ümumbəşəri izahına malikdir.

O əlavə etdi: Dindən dünyaya, cümhuriyyətdən islamiyyətə, millilikdən İslama, inkişafdan ədalətə, hətta xaricə açılımdan daxili yönəliyə qədər bütün bu çağırışlar İmam Xomeyninin (r) düşüncəsində və İslam İnqilabında balanslı və geniş şəkildə yanaşı yerləşdirilmişdir. Bu xüsusiyyət İslam İnqilabına dünyəvi səviyyədə təqdim olunmaq üçün misilsiz bir potensial bəxş edir.

İslam İnqilabının qlobal izahında milli medianın rolunun zəruriliyi

Elmi Hövzələrin rektoru çıxışının digər bir hissəsində vurğuladı: Dünyanın müxtəlif bölgələrində İslam İnqilabının böyük nəzəriyyəsini yaymaq üçün geniş imkanlar mövcuddur və Seda və Sima Televiziya və Radio Yayımları Şirkətinin beynəlxalq bürosu Afrika kimi əlverişli regionlara daha çox diqqət yönəltməklə bu diskursun izahı istiqamətində mühüm addımlar atmalıdır.

Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti, İslam İnqilabının qlobal miqyasda izah və təbliği üçün geniş potensiala malikdir / Elmi Hövzə ilə milli media arasında əməkdaşlığın dərinləşdirilməsi lazımdır

Hövzənin xalqla birbaşa əsas bağlılığı

Ayətullah Ərafi bu sahədə elmi hövzələrin imkanlarına işarə edərək bildirdi: Hövzə xalqın ictimai əsasına bağlıdır və bilik istehsalından təqdimat mərhələsinədək Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti ilə əməkdaşlıq etməlidir ki, hövzənin fiqhi, fəlsəfi və sosial potensialları milli mediada düzgün şəkildə əks olunsun. Əvəzində isə Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti öz keyfiyyətini və təsir gücünü artırmaq üçün hövzələrin elmi və mədəni imkanlarından faydalanmalıdır.

100 islahat layihəsi

Ayətullah Ərafi çıxışının sonunda 100 islahat layihəsinin hazırlandığını və müxtəlif qurumlarla 50 ortaq layihənin icrasına başlanıldığını xəbər verdi. O vurğuladı: Hövzə ilə Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti arasında imzalanmış müqavilədən sonra növbəti addım beşillik strateji sənədin tərtibi olmalıdır ki, bu da dini hövzələrlə milli media arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə xidmət etsin.


Milli medianın direktoru, Ayətullah Ərafiyə minnətdarlığı

Milli Radio və Televiziya Yayımları Şirkətinin direktoru Dr. Peyman Cəbəli də Milli Medianın Mədəniyyət Şurasının videokonfrans iclasında çıxış edərək Ayətullah Ərafi və dini hövzələrin milli medianın dini məzmununun yüksəldilməsində göstərdiyi əməkdaşlığa görə təşəkkürünü bildirdi və dedi: İslam Respublikasının təsis edilməsinin əsası dini hökmlərin həyata keçirilməsidir. Bu həqiqəti inkar edən, İslam İnqilabını dərk etməmişdir.

Cəbəli milli medianın əsas missiyasını İslam hökmlərinin reallaşmasına zəmin yaratmaq kimi dəyərləndirərək əlavə etdi: Bütün imkanlar, yaradıcı potensiallar və müasir media üsulları İslam şəriətinin genişlənməsinə xidmət etməli, bizim vəzifəmiz isə dini maarifin təbliğində vasitəçilik etməkdir.


O, dini hövzələrin rektoru ilə mütəmadi görüşlər və əməkdaşlıqlara toxunaraq bildirdi: Hövzə ilə Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti arasında birgə sinerji sənədi hazırlanır. Bu sənəd hər iki qurumun ortaq mahiyyətinə və uyğun missiyalarına əsaslanaraq işlənib, konkret icra proqramları, vaxt bölgüsü və qiymətləndirmə imkanlarını əhatə edəcək.

Cəbəli əlavə etdi ki, yeni əməkdaşlıq dövrünün ilk addımı kimi İslam maarifi üzrə ixtisaslaşmış Şuranın yaradılmasına başlanılıb. Onun sözlərinə görə: Bu şura hövzə alimlərinin və media mütəxəssislərinin iştirakı ilə proqramların istiqamətləndirilməsi, dini məzmunun saflaşdırılması və İslam maarifinin düzgün sərhədlərinin müəyyənləşdirilməsi missiyasını daşıyacaq ki, hazırlanan verilişlər dini və idrakı baxımdan doğru istiqamətdə olsun.

Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti, İslam İnqilabının qlobal miqyasda izah və təbliği üçün geniş potensiala malikdir / Elmi Hövzə ilə milli media arasında əməkdaşlığın dərinləşdirilməsi lazımdır

Dini seminariyalar və Teleradio Şirkəti arasında strateji əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması

Bu iclasda elmi hövzələrlə Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti arasında strateji əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sənəd, Qum şəhərinin Seda və Sima Televiziya və Radio Yayımları Şirkətində Ayətullah Ərafinin iştirakı və təşkilatın direktoru Dr. Peyman Cəbəlinin videokonfrans vasitəsilə qatılması ilə rəsmiləşdirilmişdir.

Sazişin müddəalarına əsasən, elmi, mədəni, tədris, media istehsalı, məzmun siyasətinin formalaşdırılması, elmi məclislərin təşkili və qərarverici qurumlarda birgə iştirak sahələrində əməkdaşlıq gücləndiriləcəkdir. Bu razılaşmanın əsas məqsədi, dini hövzələrin və Seda və Sima Televiziya və Radio Yayımları Şirkətinin elmi və intellektual potensialından istifadə etməklə milli medianın keyfiyyət və məzmun səviyyəsini yüksəltmək üçün sinerji yaratmaqdır.

Görüşün sonunda tərəflər bu sazişin dini hövzələrlə Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti arasında artan və təsirli əməkdaşlıqda dönüş nöqtəsi olacağına ümidvar olduqlarını ifadə edərək, ölkənin mədəniyyət və media sahəsində müsbət dəyişikliklərə zəmin yaradacağını vurğuladılar.

Ayətullah Ərafinin çıxışının tam mətni yaxın günlərdə dərc olunacaqdır.

Xəbərin sonu

Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti, İslam İnqilabının qlobal miqyasda izah və təbliği üçün geniş potensiala malikdir / Elmi Hövzə ilə milli media arasında əməkdaşlığın dərinləşdirilməsi lazımdır

Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti, İslam İnqilabının qlobal miqyasda izah və təbliği üçün geniş potensiala malikdir / Elmi Hövzə ilə milli media arasında əməkdaşlığın dərinləşdirilməsi lazımdır

Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti, İslam İnqilabının qlobal miqyasda izah və təbliği üçün geniş potensiala malikdir / Elmi Hövzə ilə milli media arasında əməkdaşlığın dərinləşdirilməsi lazımdır

Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti, İslam İnqilabının qlobal miqyasda izah və təbliği üçün geniş potensiala malikdir / Elmi Hövzə ilə milli media arasında əməkdaşlığın dərinləşdirilməsi lazımdır

Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti, İslam İnqilabının qlobal miqyasda izah və təbliği üçün geniş potensiala malikdir / Elmi Hövzə ilə milli media arasında əməkdaşlığın dərinləşdirilməsi lazımdır

Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti, İslam İnqilabının qlobal miqyasda izah və təbliği üçün geniş potensiala malikdir / Elmi Hövzə ilə milli media arasında əməkdaşlığın dərinləşdirilməsi lazımdır

Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti, İslam İnqilabının qlobal miqyasda izah və təbliği üçün geniş potensiala malikdir / Elmi Hövzə ilə milli media arasında əməkdaşlığın dərinləşdirilməsi lazımdır

Seda və Sima Televiziya və Radio Yayımları Şirkəti, İslam İnqilabının qlobal miqyasda izah və təbliği üçün geniş potensiala malikdir / Elmi Hövzə ilə milli media arasında əməkdaşlığın dərinləşdirilməsi lazımdır

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha