Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına əsasən, Rəbiül-əvvəl ayı, Rəsuli-Əkrəm Məhəmməd Mustafanın (s) mübarək doğumu münasibətiylə Rəbiül-mövlud adı ilə tanınır və çox müqəddəs və xeyirli bir aydır. Əhli sünnilər Peyğəmbərin (s) doğum gününü Rəbiül-əvvəl ayının 12-sindən, şiə alimləri isə Rəbiül-əvvəlin 17-də qeyd edirlər.
Fil ili (Amul fil) Yəmən padişahı Əbrəhənin Kəbəni dağıtmaq üçün “Fil sahibləri” adlı məhşur ordusu ilə Məkkəyə hərəkət etdiyi il idi. Onun ordusu fillərlə birlikdə olduğundan bu il “Fil ili” adı ilə tanındı. Qurani-Kərim bu hadisəyə Fil surəsində işarə etmişdir. Tarixçilər bu ili təxminən miladi təqviminin 570-ci ili olaraq göstərirlər. Ən məşhur rəvayətə əsasən, Rəsuli-Əkrəm (s) məhz bu ildə Məkkədə dünyaya gəlmişdir.
Şiə alimləri Peyğəmbəri-Əkrəmin (s) doğum günündə görüləcək əməlləri qeyd etmiş və həmişə bu günü yüksək tutublar. Hicri beşinci əsrin sonlarında, İsmayıl şiə məzhəbindən olan Fatimi xəlifələri Peyğəmbəri-Əkrəm, İmam Əli ibn Əbu Talib və Həzrət Fatimeyi-Zəhra (ə) doğum günlərini rəsmi şəkildə qeyd edirdilər. Bu bayramlar hədiyyələr vermək və xütbələr oxumaq şəklində keçirilirdi.
Sünnilər də tarix boyunca Peyğəmbəri-Əkrəmin (s) doğum gününü müqəddəs saymışlar. Bir çox sünni alimi (məsələn, İbn Əsir, İbn Cəvzi, Şəmsəddin Səxavi və İbn Kəsir) Peyğəmbərin (s) doğumu ilə bağlı xüsusi kitablar yazmış və hətta bəzi alimlər inanır ki, bazar ertəsi günlərinin orucu, Peyğəmbəri-Əkrəmin (s) doğum gününü yad etmək üçün müstəhəbdir.
Allah-Təala, Şuara surəsinin bəzi ayələrində buyurur:
《وَ تَوَکَّلْ عَلَی الْعَزیزِ الرَّحیمِ•
•Əziz və Rəhimli Allaha təvəkkül et•
الَّذی یَراکَ حینَ تَقُومُ•
O, səni ona ibadət üçün ayağa qalxdığın zaman görəndir.
وَ تَقَلُّبَکَ فِی السَّاجِدینَ•
Səcdə edənlərin arasında əyilib-qalxdığını da (görür).
اِنَّهُ هُوَ السَّمیعُ الْعَلیم•
O, eşidən və bilən Allahdır.
Bəzi rəvayətlərə və təfsirlərə görə, «وَ تَقَلُّبَکَ فِی السَّاجِدینَ »
《Səcdə edənlərin arasında əyilib-qalxdığını da (görür) 》
ifadəsi, Peyğəmbəri-Əkrəmin (s) öncüllərinin ardıcıl və davamlı olaraq səcdə edən, ibadət edən və birliyə sahib olan insanlar olduqlarını göstərir. Əllamə Məclisi bu ayənin şərhində Şeyx Təbrisidən nəql edərək yazır ki, ayədə “sacidin” ifadəsi doğru yola yönəlmiş və tək olanları yəni Allahla bir olanları nəzərdə tutur.
Həzrət Əmirəl-möminin Peyğəmbəri-Əkrəm (s) haqqında buyurur:
«O, peyğəmbərlərin nəsil ağacından, nur saçan işıq lampasından, ucaların zirvəsindən, Bəthə torpağının mərkəzindən, zülmətin işıqlarından və hikmətin bulaqlarından seçilmişdir.»
Başqa sözlə, Allah Məhəmməd Peyğəmbəri (s) peyğəmbərlərin nəsilindən, işıq saçan və hikmət mənbəyi olan xüsusi bir nəsildən seçmişdir.
Vəhdət həftəsi və onun önəmi
İmam Xomeyni (r) tərəfindən 1360-cı ildə (şəmsi təqvimlə) bu günlər Vəhdət həftəsi adı ilə qeyd edilməyə başladı.
İmam Xomeyni (r) 8 Dey 1360-cı il tarixində etdiyi nitqində, Ayətullah Muntəziri tərəfindən verilən təklifi nəzərə alaraq bu ifadəni işlətmiş və demişdir:
«Biz çağırırıq ki, hamımız bir olmalıyıq, Vəhdət həftəsini qeyd etməliyik. Dinimiz birdir, Quranımız birdir, Peyğəmbərimiz (s) birdir.»
Əslində bu günlərin Vəhdət həftəsi adı ilə adlandırılması incə hikmətlər və məqamlar daşıyır. Onlara diqqət yetirmək və əməl etmək, yaradılışın bərəkətinə layiq olan, Nəbiul-Rəhmət, bütün aləmlərə rəhmət olan Həzrət Məhəmmədin (s) doğumundan faydalanmağı daha da artıracaq.Müsəlmanlar və İslam aləmi üçün çoxsaylı bərəkətlər gətirəcək.
Qurani-Kərim bu barədə buyurur:
《اعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِیعًا وَلاَ تَفَرَّقُواْ وَاذْکُرُواْ نِعْمَةَ اللّهِ عَلَیْکُمْ إِذْ کُنتُمْ أَعْدَاءً فَأَلَّفَ بَیْنَ قُلُوبِکُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَکُنتُمْ عَلَیَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَکُم مِّنْهَا》
Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən o sizi oradan xilas etdi.
Məhz su damcılarının birləşərək axar sular yaratması kimi, kiçik axar suların birləşməsi ilə böyük çay meydana gəlməsi kimi, insanların birlikdə olması da böyük ordular və güclü cərgələr meydana gətirir, düşmənin ürəyini titrədər və onu qorxuya salar.
İslam Peyğəmbərinin (s) Mədinədə İslam hökumətini qurduqdan sonra atdığı ilk addımlardan biri, müsəlmanlar arasında vahidlik və birliyi gücləndirmək olmuşdur. Bu dövrdə Peyğəmbər (s) müsəlmanlar arasında qardaşlıq və birlik müqavilələri həyata keçirmiş, hər bir müsəlman digər müsəlmanla qardaşlıq əhdinə girmişdir. Bu şəkildə İslam ümməti arasında möhkəm bir vəhdət və birliyin əsası qoyulmuşdur.
Vəhdət belə bir misalla izah edilə bilər: Məsələn, bir ətəkdəki təsbeh ipinə bənzəyir. Təsbehdə olan dənələri bir arada saxlayır, aralarında nizamlı bir əlaqə yaradır və onları dağılmaqdan, ayrılmaqdan və itməkdən qoruyur. Əgər bu ip kəsilsə, dənələr bir-birindən ayrılacaq və hər biri öz istədiyi tərəfə gedəcək.
Mənbələr:
Ayətullah Məkarim Şirazi, Nəhcül-Bəlağənin şərhi
Hövzə informasiya portalı
Wikifeqh
Məşriq News
Rəyiniz