bazar ertəsi 12 may 2025 - 19:43
İranda birlik, cəmiyyətin köksündə bərqərar olmuş bir reallıqdır.

Hövzə / Banqladeşdən olan sünni alimlərdən ibarət bir heyət, İslam Məzhəblərini Yaxınlaşdırma Ümumdünya Assambleyasının dəvəti ilə İran İslam Respublikasına səfər çərçivəsində, Vilayət rəhbərinin Gülüstan vilayətindəki nümayəndəsi və Qorqan şəhərinin imam cüməsi Ayətullah Seyid Kazım Nurmofidiylə görüşərək fikir mübadiləsi aparıblar.

Hövzə Xəbər  Agentliyinin Qürqan şəhərindən verdiyi məlumata görə, Banqladeşdən olan sünni alimlərdən ibarət bir heyət, İslam Məzhəblərini Yaxınlaşdırma Ümumdünya Assambleyasının dəvəti ilə İran İslam Respublikasına səfərləri çərçivəsində, Gülüstan vilayətində Vəliyyi-Fəqihin nümayəndəsi və Qürqanın imam cüməsi  Ayətullah Seyid Kazım Nurmofidiylə görüşüb və fikir mübadiləsi aparıblar.

Görüşün əvvəlində, İslam Məzhəblərini Yaxınlaşdırma Ümumdünya Assambleyasının nümayəndələri qurumun baş katibi Höccətül-İslam vəl-müslimin Həmid Şəhriyariyə məxsus salamları Ayətullah Nurmofidiyə çatdırıblar. Ayətullah Nurmofidi isə qarşılıq olaraq onun üçün salam və dualarını ünvanlayıb.

Ayətullah Nurmofidi görüşdə İslam ümmətinin birliyinin zəruriliyini vurğulayaraq deyib: “Qurani-Kərimin ayələrinə əsasən, müsəlmanlar bir-birinə qardaşdır və bu qardaşlığın qorunması hər kəs üçün ilahi və insani bir vəzifədir”.

O, İslam ümməti daxilindəki ixtilafların aradan qaldırılmasının əhəmiyyətinə toxunaraq əlavə edib: Əgər fikir ayrılığı baş verərsə, onun həllini müsəlmanların özləri axtarmalıdır, başqa ölkələrdən və yad qüvvələrdən müdaxilə istəmək olmaz. Bu yolda müvəffəqiyyətin şərti isə Allahdan qorxmaq və şəxsi isdəklərdən, nifrətdən uzaq durmaqdır

Gülüstan vilayətində Vəliyyi-Fəqihin nümayəndəsi sözlərinə davam edərək İslam dünyasında, xüsusilə də Fələstin və Qəzza zolağında baş verən acınacaqlı vəziyyətə toxunub: Hazırda Fələstinin məzlum qadınlarına, uşaqlarına və günahsız insanlarına qarşı dəhşətli cinayətlər törədilir və təəssüf ki, İslam ümməti sadəcə seyrçi mövqedə qalıb. Əgər İslam ölkələri birləşsəydi və ortaq qərar versəydi, nə Amerika, nə də sionist rejim bu cür cinayətlər törətməyə cəsarət edə bilərdi.

Ayətullah Nurmofidi qeyd edib ki, qlobal istibdad, xüsusilə də Amerika və İngiltərə daim xalqlar, o cümlədən İslam ölkələri arasında ixtilaf yaratmağa çalışır: “Pakistanla Hindistan arasında baş verən qarşıdurmalar da bu siyasətin nəticəsidir. İran bu təzyiqlər qarşısında dayanan yeganə ölkədir və İslam dünyasının məzlumlarını müdafiə edir. Biz və digər müsəlmanlar vahid bir ümmətik və Qüdsü müsəlmanların ilk qibləsi və birliyin mərkəzi hesab etməliyik”.

Ayətullah Nurmofidi çıxışının başqa bir hissəsində, Peyğəmbər Əkrəmin (s) buyurduğu bir : «مَنْ أَصْبَحَ لاَ یَهْتَمُّ بِأُمُورِ الْمُسْلِمِینَ فَلَیْسَ مِنْهُمْ…»
 “Kim ki, müsəlmanların işlərinə maraq göstərməzsə, onlardan deyil.” hədisinə istinad edərək vurğulayıb ki, İslam dünyasının məsələlərinə laqeyd yanaşmaq, həqiqi İslam ruhuna ziddir.

O, həmçinin İranda sünnilərin vəziyyəti ilə bağlı irəli sürülən şübhələri rədd edərək bildirib: İslam Respublikasında bir çox yüksək vəzifəli rəsmilər, vilayət başçıları və idarəçilər sünni qardaşlarımızdır. Firqə ayrılığı yaratmaq və bu məsələləri gündəmə gətirmək yalnız İslam İranını zəiflətməyə yönəlmiş bir fəaliyyətdir. İranda birlik, cəmiyyətin əsasını təşkil edən bir reallıqdır və bunu yalnız ölkəmizdəki sünni qardaşlarımızın dilindən eşitmək lazımdır.

Ayətullah Nurmofidi yekunda qeyd edib: İran xalqı çətinliklərə baxmayaraq, hər zaman İslam Respublikası ilə birgə dayanıb və bunun bariz nümunəsi olaraq dünyanın hər yerində əks-səda verən Qüds günü yürüşündə iştirakları göstərilə bilər.

Toplantının davamında, Höccətül-İslam vəl-müslimin Abbasəli Gərzin, Gülüstan vilayətinin İslam İrşadı təşkilatının müdiri, vilayətdəki İslam məzhəblərini yaxınlaşdırmaq üzrə fəaliyyətlərə dair hesabat verib.

Bundan sonra, Banqladeşli alimlərdən biri görüşdə, İranın mövcud dostluq atmosferindən məmnunluğunu ifadə edərək bildirib: Bizə əvvəlcədən xəbərdarlıq edilmişdi ki, İran uyğun bir yer deyil, amma burada olduğumuzdan sonra yalnız birlik və yaxınlaşmadan başqa bir şey  görmədik. Buradakı birlik, bizim ölkəmiz Banqladeşdə gördüyümüz birlik və həmrəyliyə bənzəyir.

O, Ayətullah Nurmofidini Banqladeşə səfərə dəvət edərək, əlavə edib: Sizi ölkəmizdə qonaq qəbul etməkdən məmnun olarıq və təcrübələrinizdən məzhəbləri yaxınlaşdırmaq sahəsində faydalanmaq istərdik.
Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha