bazar 15 iyun 2025 - 16:13
Sionist rejimin başlatdığı müharibə, onların məhv olmasının başlanğıcıdır.

Hövzə / Vəliyyi-Fəqihin Buşəhr əyaləti üzrə nümayəndəsi dedi: Sionistlərin başlatdığı müharibə, onların ölümünün başlanğıcıdır.

Hövzə Xəbər Agentliyinin Buşəhrdən verdiyi məlumata əsasən şənbə axşamı Buşəhr vilayətinin "Buşəhrin Quranı" məscidində çıxış edən Vəliyyi-Fəqihin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Qulaməli Səfayi Buşəhri bildirib:
Həmişə dünyaya hakim olmaq istəyən yəhudi tayfasının güc və iqtidar düşüncəsi bu olub ki, dünyadakı dini liderliyi ələ keçirsin.


O, İslamın əvvəllərindəki tarixə nəzər salaraq belə deyib: Yəhudi tayfası elə əvvəldən Əli ibn Əbu Talibə (ə) və onun şiələrinə qarşı düşmənçilik mövqesində olub və bu kin və düşmənçilik bu günə qədər davam edir.

Höccətül-İslam vəl-müslimin Səfayi Buşəhəri vurğulayıb ki:
Bu hakimiyyətpərəst tayfanın yəhudilərlə birlikdə Məhəmməd (s) İslamına qarşı qəribə bir kini qədim zamanlardan bəri olubdur. Onlar İslamın qələbəsi ilə dağılaraq yox oldular. Lakin mənfur İngiltərə, Amerika və Avropa ölkələrinin yardımı ilə sionist axınını bərpa etməyə və onu yaxın şərqdə, xüsusilə Fələstində yerləşdirməyə qərar verdilər ki, İslama və İslam ölkələrinə qarşı fəaliyyət göstərsinlər.

O, sionistlərin mahiyyətini iki ünsür, sərvət artırmaq və öz hədəflərini qan tökməklə irəli aparmaq üzərində qurulduğunu bildirərək davam etdi:
Sionistlər Fələstinə yerləşər-yerləşməz İslam ölkələrinə qarşı fəaliyyətə və müharibəyə başladılar.

Buşəhr əyalətində Vəliyyi-Fəqihin nümayəndəsi sionist rejimin danışıqları məntiqə əsaslanmadığını qeyd edərək deyib:
Heç bir formada onların düşüncə sistemində müzakirə, dəlil və sülh məntiqi yoxdur və onlar sadəcə döyüşmək və hərbi təxribat ilə məşğuldular.


O, sionist rejimin barış planını ərəb ölkələrinin liderlərini aldatmaq məqsədilə ortaya atdığını bildirərək dedi:
İslam İnqilabının qələbəsi ilə sionistlər anladılar ki, təkcə Nil çayından Fərata qədər olan planlarını həyata keçirə bilməyəcəklər. Həm də öz kimlikləri təhlükə altındadır.


Höccətül-İslam vəl-müslimin Səfayi Buşəhri Trampın qəribə və qeyri-adi bir sionist tərəfdar olduğunu bildirərək deyib:
Elə bir vəziyyət yaranıb ki, sionistlər artıq başa düşüblər ki, meydana çıxardıqları tərəfdarlarının köməyi ilə belə heç bir şəkildə İran qarşısında özlərini göstərə və üzərlərindəki təzyiqin miqdarını azalda bilməyəcəklər.

O, bildirib: Artıq sionistlər anlayıblar ki, əgər vəziyyət və şəraiti öz xeyirlərinə dəyişməsələr, dünyanın dörd bir yanından özlərinin ətrafına yığdığı insanlar onları öz içlərində məhv edəcək.
İranın Kəşfiyyat Nazirliyinin əldə etdiyi sənədlər göstərir ki, bu sionist rejim beynəlxalq səviyyədə nə qədər casusları var. Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Qrossi də onlardan biridir.

Vəliyyi-Fəqihin Buşəhr əyaləti üzrə nümayəndəsi bildiribki, İran tərəfindən sənədlərin ifşa olunması sionist rejimdə təhlükə hissi yaradıb və bu səbəbdən ölkəyə hücum etdilər.
O deyib: Sionistlər hər dəfə siyasi proqram təminatına (yumşaq gücə) əsaslanan fəaliyyət göstərdikdə bir neçə addım irəliləyiblər. Amma tarix göstərir ki, nə vaxt hərbi təxribat həyata keçiriblərsə məğlub olublar.


O, sionistlərin atdığı addımın onların məhvinin başlanğıcı olduğunu vurğulayaraq bildirib:
Bu addımla İran artıq nə danışıqlara nə də Atom Enerjisi Agentliyinə əhəmiyyət vermir.
Ali Rəhbərin mövqeyi İsrailin məhv edilməsi üçün sərt və cəzalandırıcı bir cavabdır.

Höccətül-İslam vəl-müslimin Səfayi Buşəhri əlavə etdi:
Müharibəni israillilər başladı amma son sözü biz deyəcəyik.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha