Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, İnqilab Rəhbərinin mesajının mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Yunan-Roma güləşinin qəhrəman gənclərini təbrik edirəm.
Siz və sərbəst güləş üzrə idmançılarımız möhkəm iradəsi və ağır zəhməti xalqı sevindirib, ölkəmizin adını ucaltdı.
Allahdan sizə uğurlar diləyirəm. Hər bir idmançı, məşqçi və müəllimə öz təşəkkürümü bildirirəm.
Seyid Əli Xamenei
21 sentiyabr 2025
İran İslam Respublikasının yunan-Roma güləşi üzrə milli komandası 11 ildən sonra ikinci dəfə güclü şəkildə 2025 Zaqreb şəhərində baş tutan yarışlarda dünya çempionluq zirvəsinə qalxdı.
Bu ölkəmizin idman tarixində ilk dəfədir ki, sərbəst güləş və yunan-Roma güləşi üzrə milli komandalar eyni zamanda bir yarış dövründə dünya çempionu adını qazanırlar.
Xəbərin sonu
Rəyiniz