cümə axşamı 25 sentyabr 2025 - 17:58
Qeybət anlayışı və onun tarixi kökləri

Qeybət və gizli həyat tərzi yalnız sonuncu İlahi Höccətə (Allahın dəlilinə) məxsus bir hadisə deyildir. Müxtəlif rəvayətlərdən məlum olur ki, böyük peyğəmbərlərdən bir neçəsi də həyatlarının müəyyən mərhələlərini penhanlıq (gizlin) və qeybət şəraitində keçirmişlər. Bu isə nə şəxsi bir istək, nə də ailəvi bir məsləhət səbəbi ilə deyil, ilahi hikmət və ilahi məsləhət naminə baş vermişdir.

Hövzə Xəbər Agentliyi/ “Qeybət” anlayışına dair ilk qeyd olunmalı məqam odur ki, qeybət “mövcud olmamaq” deyil, “baxışlardan gizli qalmaq” deməkdir. Deməli, bu mövzuda söhbət o dövrdən gedir ki, İmam Mehdi (ə) insanların gözlərindən penhandır və onlar onu görə bilmirlər. Halbuki, həmin böyük şəxsiyyət insanların arasında mövcuddur və onların içində yaşayır. Bu həqiqət məsum imamların (ə) rəvayətlərində müxtəlif ifadələrlə bəyan edilmişdir.

İmam Əli (ə) buyurmuşdur:

«فَوَ رَبِّ عَلِیٍّ إِنَّ حُجَّتَهَا عَلَیْهَا قَائِمَةٌ مَاشِیَةٌ فِی طُرُقِهَا دَاخِلَةٌ فِی دُورِهَا وَ قُصُورِهَا جَوَّالَةٌ فِی شَرْقِ هَذِهِ اَلْأَرْضِ وَ غَرْبِهَا تَسْمَعُ اَلْکَلاَمَ وَ تُسَلِّمَ عَلَی اَلْجَمَاعَةِ تَرَی وَ لاَ تُرَی إِلَی اَلْوَقْتِ وَ اَلْوَعْدِ.» (الغیبة نعمانی، ص 144)

“And olsun Əlinin Rəbbinə ki, həmin zaman ümmətin Höccəti ayaqda və mövcuddur. O, xalqın arasinda gəzir, evlərinə və saraylarına daxil olur, bu dünyanın şərq və qərbində dolaşır. İnsanların sözlərini eşidir, onların topluluqlarına salam verir. Görür, lakin görünmür  təyin olunmuş vaxt və vədəsi gələnədək.”
(Əl-Ğeybə, Nemani, s. 144)

Bununla yanaşı, həmin Həzrət (ə) üçün qeybətin başqa bir növü də bəyan olunmuşdur.

İmam Sadiq (ə) buyurmuşdur:
«إِنَّ فِی صَاحِبِ هَذَا اَلْأَمْرِ سنن [سُنَناً] مِنَ اَلْأَنْبِیَاءِ عَلَیْهِمُ السَّلاَمُ ... وَ أَمَّا سُنَّتُهُ مِنْ یُوسُفَ فَالسِّتْرُ یَجْعَلُ اَللَّهُ بَیْنَهُ وَ بَیْنَ اَلْخَلْقِ حِجَاباً یَرَوْنَهُ وَ لاَ یَعْرِفُونَهُ.» (کمال‌الدین، ج 2، ص 350)

“Bu əmr sahibində (ə) peyğəmbərlərin (ə) sünnələri vardır… Onun Yusifdən (ə) miras aldığı sünnəsi isə gizlənməkdir. Allah onunla insanlar arasında bir pərdə qərar verər; onlar onu görər, lakin tanımazlar.”
(Kəmalud-din, c. 2, s. 350)

Nəticə etibarilə, İmam Mehdi (ə) barəsində qeybət iki formada təzahür edir: Bəzən o, insanların baxışlarından gizlidir. Bəzən isə insanlar onu görürlər, amma tanımırlar. Lakin hər iki halda o, daim insanların arasında mövcuddur.”

Qeybətin tarixi

Qeybət və penhan həyat, yalnız sonuncu İlahi Höccət barəsində ilk dəfə baş verən bir hadisə deyildir. Çoxsaylı rəvayətlərdən aydın olur ki, bir sıra böyük peyğəmbərlər də həyatlarının müəyyən dövrlərini gizlilik və qeybət şəraitində keçirmişlər. Bu isə nə şəxsi istəkdən, nə də ailəvi məsləhətlərdən qaynaqlanmışdır, tamamilə ilahi hikmət və məsləhət naminə baş vermişdir.

Deməli, qeybət  ilahi sünnələrdən biridir. Bu sünnə İdris, Nuh, Saleh, İbrahim, Yusif, Musa, Şüeyb, İlyas, Süleyman, Daniyal və İsa peyğəmbərlərin (ə) həyatında da təzahür etmişdir. Hər bir elçi öz dövrünün şəraitinə uyğun olaraq illərlə qeybətdə yaşamışdır.

Elə bu səbəbdəndir ki, rəvayətlərdə İmam Mehdinin (ə) qeybəti də peyğəmbərlərin sünnələrindən biri kimi xatırlanır. Həmin qeybətin hikmətlərindən biri də məhz ilahi peyğəmbərlərin yolunun Onun həyatında da təcəlli etməsidir.

İmam Sadiq (ə) buyurmuşdur:
«إِنَّ لِلْقَائِمِ مِنَّا غَیْبَةً یَطُولُ أَمَدُهَا؛

«Bizim Qaimimiz üçün elə bir qeybət olacaq ki, onun müddəti uzun çəkəcək.»

فَقُلْتُ لَهُ وَ لِمَ ذَاکَ یَا اِبْنَ رَسُولِ اَللَّهِ؛

Ravi soruşdu: «Ey Allah Rəsulunun oğlu, bu qeybətin səbəbi nədir?»

قَالَ إِنَّ اَللَّهَ عَزَّ وَ جَلَّ أَبَی إِلاَّ أَنْ یُجْرِیَ فِیهِ سُنَنَ اَلْأَنْبِیَاءِ عَلَیْهِمُ السَّلاَمُ فِی غَیْبَاتِهِمْ.

Həzrət cavab verdi: «Uca Allah istəmişdir ki, Onun qeybətində peyğəmbərlərin (ə) qeybətlərində gerçəkləşən sünnələr həyata keçsin.»
(İlləlüş-Şərayi, c. 1, s. 245)

Bu sözlərdən aydın olur ki, İmam Mehdinin (ə) qeybəti barədə danışmaq hələ Onun doğumundan çox-çox əvvəl gündəmə gəlmişdir. İslam rəhbərləri  Peyğəmbəri-Əkrəm (s) başda olmaqla İmam Həsən Əsgəriyə (ə) qədər bütün imamlar qeybətdən, onun bəzi xüsusiyyətlərindən və həmin dövrdə baş verəcək hadisələrdən xəbər vermiş, möminlərin o zaman üçün daşımalı olduqları məsuliyyətləri bəyan etmişlər.

Həzrət Məhəmməd (s) İmam Mehdinin (ə) qeybəti haqqında belə buyurmuşdur:
«اَلْمَهْدِیُّ مِنْ وُلْدِی اِسْمُهُ اِسْمِی وَ کُنْیَتُهُ کُنْیَتِی أَشْبَهُ اَلنَّاسِ بِی خَلْقاً وَ خُلْقاً تَکُونُ بِهِ غَیْبَةٌ وَ حَیْرَةٌ تَضِلُّ فِیهَا اَلْأُمَمُ ثُمَّ یُقْبِلُ کَالشِّهَابِ اَلثَّاقِبِ یَمْلَؤُهَا عَدْلاً وَ قِسْطاً کَمَا مُلِئَتْ جَوْراً وَ ظُلْماً.» (کمال الدین، ج 1، ص 286)
 
Mehdi mənim övladlarımdandır. Adı adım, künyəsi künyəmdir. O, yaradılış və əxlaq baxımından camaat arasında mənə daha çox bənzəyəndir. Onun elə bir qeyb və çaşqınlıq dövrü olacaq ki, insanlar dinləri barədə azğınlığa düşəcək. Həmin vaxt dəlib keçən bir ulduz (meteorit) kimi gələcək və yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq-ədalətlə dolduracaq.
(Kəmalud-din, c. 1, s. 286)

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha