çərşənbə 1 oktyabr 2025 - 21:59
İmamət səmasının on birinci parlaq ulduzunun viladəti: İmam Həsən Əskəri (ə) haqqında nə bilirik?

Höccətül-İslam vəl-müslimin İsmaili Çaqi dedi: Məsum İmamların (ə) xüsusilə İmam Həsən Əskəri (ə) tərəfindən vəkillər təşkilatının yaradılmasının məqsədi bu idi ki, Əhli-Beyt (ə) dostlarının heç vaxt məsum imamlarla əlaqəsi kəsilməsin və onlar hər zaman bu vasitə ilə suallarını, ərizələrini və ehtiyaclarını Məsum İmamlara (ə) çatdıra bilsinlər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Həzrət Həsən ibn Əli ibn Məhəmməd (ə), İmam Həsən Əskəri (ə) adı ilə tanınan şiələrin on birinci imamı olmuşdur və altı il müddətində imamət vəzifəsini icra etmişdir. O, İmam Hadinin (əleyhis-salam) oğlu və İmam Mehdinin (ə.f) atasdır.

İmam Həsən Əskərinin (əleyhis-salam) mübarək mövludu münasibətilə biz dini elmlər üzrə mütəxəssis və tədqiqatçı Höccətül-İslam Məhəmməd İsmaili Çaqi ilə ilə həmsöhbət olduq.

İmamət səmasının on birinci parlaq ulduzunun viladəti: İmam Həsən Əskəri (ə) haqqında nə bilirik?

İmam Həsən Əskərinin (əleyhis-salam) dünyaya gəlməsi və həyat yolu barədə bildiklərinizi bizimlə bölüşməyinizi xahiş edirik.

Şiələrin on birinci imamı, künyəsi Əbu Məhəmməd, adı Həsən ibn Əli, ləqəbləri isə Samit, Hadi, Rəfiq, Zəki və Nəqi olmuşdur. Həzrət, hicri-qəməri 232-ci ilin Rəbius-sani ayının onuncu günü müqəddəs Mədinə şəhərində dünyaya gəlmişdir.

Səkkizinci imam Həzrət Əli ibn Musa ər-Rza (ə) vilayət-əhdliyi qəbul etdiyi üçün böyük şöhrət qazanmış, mübarək adı İslam aləminin hər tərəfinə yayılmışdır. Bu səbəbdən, ondan sonrakı imamları o cümlədən İmam Cavadı (ə), İmam Hadini (ə) və İmam Həsən Əskərini (ə) «ibn ər-Rza» adlandırmışlar.

Həzrətin atası İmam Hadi (əleyhis-salam), anası isə rəvayətlərdə qeyd olunduğu kimi, «Səlil» adında olmuşdur. O, öz dövrünün saleh və arif qadınlarından hesab edilirdi (Səfinətul-bəhar və Mədinatul-hikəm vəl-əsar, cild 2, səh. 200).

Mərhum Şeyx Tusi «Əl-ğeybət» kitabında yazır ki, İmam Həsən Əskəri (əleyhis-salam) hər həftənin bazar ertəsi və cümə axşamı günləri xilafət sarayına gedərdi. Onun yola çıxması ilə birlikdə elə böyük izdiham və möhtəşəm toplantı yaranardı ki, yollar bağlanar, camaat küçələrə çıxaraq həzrətin mübarək camalına tamaşa etmək üçün toplaşardı. İnsanların sıxlığı səbəbindən artıq heç kəs o məclisə daxil ola bilmirdi. («Əl-Ğeybət», səh. 216)


İmam Həsən Əskəri (əleyhis-salam) Həzrət Mehdini (ə.f) özündən sonrakı imam və canişin kimi necə və hansı üsullarla təqdim etmişdir?

Həzrət bəzən oğlunu öz yaxın səhabələrinə şəxsən göstərərdi. Məsələn, Əhməd ibn İshaq Qumiyə baş verən hadisədə olduğu kimi. İbn İshaq nəql edir: Mən İmam Əskəriyə (əleyhis-salam) ərz etdim: «Yəbnə Rəsulillah, sizdən sonra imam və xəlifə kim olacaq?» Həzrət dərhal qalxdı öz otağa keçdi və qayıtdığında çiynində təqribən üç yaşında bir uşaq vardı. O uşağın çöhrəsi on dörd günlük ay kimi parlaq idi. Sonra üzünü mənə tutaraq buyurdu: «Ey İshaqın oğlu! Əgər Allah yanında və onun höccətləri yanında sənin dəyərin və məqamın böyük olmasaydı, bu övladımı sənə göstərməzdim» («Kəmalud-din və təmamun-nimət», cild 2, səh. 384).

Bəzən isə övladını bir qrup səhabələrinə təqdim edərək göstərərdi ki, şübhələr aradan qalxsın («Biharul-ənvar», cild 51, səh. 6). Eləcə də, bəzən oğlu üçün aqiqə mərasimi keçirərdi. Maraqlıdır ki, İmam Həsən Əskəri (əleyhis-salam) bir neçə dəfə övladı üçün aqiqə kəsdirmişdir ki, daha çox insana xəbər çatdırılsın və camaat bilsin ki, Allah-Taala ona övlad bəxş edib və həmin övlad atasının canişinidir («Kəmalud-din və təmamun-nimət», cild 2, səh. 431).

İmamət səmasının on birinci parlaq ulduzunun viladəti: İmam Həsən Əskəri (ə) haqqında nə bilirik?

İmam Həsən Əskərinin (əleyhis-salam) ən mühüm fəaliyyətlərindən biri vəkillik təşkilatının inkişafı və möhkəmləndirilməsi olmuşdur. Bu qurum hansı rolu oynamış və şiələri imamla dolayı ünsiyyətə necə hazırlamışdır?

Vəkillik təşkilatının inkişaf və möhkəmləndirilməsinin məqsədi ilk növbədə şiələrin daim imamları ilə əlaqədə olmaları və vəkillərin birləşdirici halqa rolunu ifa etməsi idi. Başqa sözlə bu məqsədlə idi ki, Əhli-beyt (əleyhimus-salam) dostlarının əlləri heç vaxt imamların ətəyindən kəsilməsin və hər zaman bu vasitə ilə öz suallarını, müraciətlərini və ehtiyaclarını məsum imamlara (ə) çatdıra bilsinlər.

Vəkillərin işi əsasən camaatın imamdan istədiyi mühüm arzuları çatdırmaq idi. Məsələn, övladın dünyaya gəlməsi üçün dua, yaxud xəstənin şəfa tapması üçün dua. Məsələn, mərhum Əli ibn Babavəyh Qumi haqqında, bu vəkillər vasitəsilə Həzrət Höccətə (ə.f) ərz olundu və həzrət dua etdi. Nəticədə, “Səduq Sani” adlanan Məhəmməd ibn Əli ibn Babavəyh dünyaya gəldi. «Kəmalud-din və təmamun-nimət», cild 2, səh. 503).

Dörd naibin təyin olunmasının məqsədi isə camaatı yavaş-yavaş elə hazırlamaq idi ki, dini, dünyəvi və axirət ehtiyaclarını onlara müraciət etməklə həll etsinlər və tədricən “Qeybəti-Kübra” dövrünə və ümumi nümayəndələrə müraciətə hazır olsunlar.

İmam Həsən Əskəridən (ə) bir neçə rəvayət:

Birinci hədis: Xidmətçi Əbu Həmzə Nüsəyr belə nəql edir: Mən dəfələrlə eşitmişəm ki, İmam Həsən Əskəri (əleyhis-salam) öz qulluqçularının hər biri ilə onların dili ilə (yəni türk, rum və ərəb dillərində) danışardı. Mən təəccübləndim və dedim: Bu şəxs Mədinədə doğulub, necə olur ki, bütün dilləri başa düşür və hər kəslə onun dili ilə danışa bilir? Mən belə düşündüyüm zaman İmam Həsən Əskəri (əleyhis-salam) üzünü mənə tutaraq buyurdu: Allah-Təala öz höccətini və canişinini bəndələri üçün imam və örnək qərar verdi, onu bütün dilləri və qəbilə-ləhcələri bilməklə üstün etdi. O, bütün nəsilləri tanıyır, insanların və məxluqatın ömürlərinin sonunu və hadisələrin gedişatını bilir. Əgər bu fəzilət olmasaydı, Allahın höccəti ilə digərləri arasında heç bir fərq qalmazdı. (Əl-kafi kitabı, cild 1, səh.509)

İkinci hədis: İmam Həsən Əskəri (ə) belə buyurur:

«مَن أنِسَ باللّه ِ اسْتَوحَشَ مِن النّاسِ.»

Hər kəs Allah ilə ünsiyyət qurarsa, insanlardan uzaqlaşar.
(Nezhəti -ən nazir və tənbihil xatirə səh.146, həhis 11)


Üçüncü hədis: İmam buyurur:

«مَن رَكِبَ ظَهَرَ الباطِلِ نَزَلَ بِهِ دارَ النَّدامَةِ.»
Hər kəs batil miniyinə minsə, onu peşmanlıq evinə aparar.
(Nezhəti -ən nazir və tənbihil xatirə səh.146, həhis 19)

Dördüncü hədis: İmam Həsən Əskəri (ə) buyurur:

«لَا یُسْبَقُ بَطِی‏ءٌ بِحَظِّهِ وَ لَا یُدْرِكُ حَرِیصٌ مَا لَمْ یُقَدَّرْ لَهُ. مَنْ أُعْطِیَ خَیْراً فَاللَّهُ أَعْطَاهُ وَ مَنْ وُقِیَ شَرّاً فَاللَّهُ وَقَاهُ.»

Tələskən və səbirsiz insan ruzidə pay və nəsib baxımından önə keçə bilməz. Yəni hər kəs üçün müəyyən olunmuş ruzi ona mütləq çatacaqdır. Hədsiz hərislik və tamah göstərən kəs isə onun üçün təqdir olunmamış bir şeyi əldə edə bilməz. Kimə xeyir və yaxşılıq nəsib olmuşdursa bu Allah-Taalanın ona bəxş etdiyi nemətdir. Kim də şər və pislikdən amanda qalmışdırsa bu da Allah-Taalanın onu o şər və pislikdən qoruması sayəsindədir.
(Nezhəti -ən nazir və tənbihil xatirə səh.146, həhis 20)

Beşinci hədis: İmam (ə) buyurur:

«خَصْلَتانِ لَیْسَ فَوْقَهُما شَیءٌ: الإیمانُ بِاللهِ وَ نَفْعُ الإخْوانِ.»

İnsanda iki xüsusiyyət və hal vardır ki, onlardan daha üstün və daha uca bir şey yoxdur: Allaha iman və etiqad etmək, həmçinin dini qardaşlarına fayda vermək.
(Tuhaful-uqul, səh. 489)

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha