cümə axşamı 9 oktyabr 2025 - 20:48
Namazın öyrədilməsi və təbliği sahəsində müasir vasitə və təşviqedici üsullardan istifadə olunsun / Ustad Qəraətinin səyləri yüksək qiymətləndirilsin.

Hövzə /İslam İnqilabının Ali Rəhbəri otuz ikinci ümummilli namaz qurultayına göndərdiyi müraciətdə vurğulayıb: Dini təbliğat qurumları və din xadimləri, eləcə də bütün möminlər bunu özləri üçün qəti bir vəzifə hesab etməli, namazın öyrədilməsi, onun təbliği, namazdakı dərin və mənalı incəliklərin izahı, həmçinin hər bir müsəlmanın bu ibadətə olan dünyəvi və axirət ehtiyacının bəyanı üçün müasir vasitə və təşviqedici üsullardan istifadə etməlidirlər.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, İslam İnqilabının Ali Rəhbəri Ayətullah üzma Seyid Əli Xamenei otuz ikinci ümummilli namaz qurultayına göndərdiyi müraciətdə, namaz kimi mənaca dərin və həyat verici bir vacibatın insanın dünya və axirət taleyində oynadığı mühüm rola işarə edərək vurğulayıb:

Namazın təbliği və tədrisi, onun mənəvi incəliklərinin izahı və bu ibadətə sarsılmaz bağlılıq dini təbliğat qurumlarının, din xadimlərinin və bütün möminlərin əsas vəzifəsidir.
Bu məqsədlə namazın öyrədilməsi və yayılması üçün müasir vasitə və təşviqedici üsullardan istifadə olunmalıdır.

İslam İnqilabının Ali Rəhbərinin müraciətinin tam mətni:

Bismillahir-rəhmanir-rəhim
Allahın salamı, rəhməti və bərəkəti Həzrət Məhəmməd (s) və onun pak Əhli-beytinə olsun.

Namaz qurultayı ölkəmizin ən faydalı toplantılarından biridir. Bu qurultayın keçirildiyi gün isə ilin ən bərəkətli günlərindən sayılır. Bu isə, namaz adlı dərin mənalı və həyat verici ibadətin İslam vacibatları içərisindəki xüsusi məqamına və ucalığına görədir.

Namaz, əgər təvazökarlıq, ixlas və səmimi qəlb bağlılığı ilə yerinə yetirilərsə, qəlbə rahatlıq, iradəyə möhkəmlik, imana dərinlik, insanın həyatına isə ümid və dirilik bəxş edir.
İnsanın həm bu dünyadakı, həm də axirətdəki taleyi belə bir qəlb, iradə, iman və ümidlə sıx bağlıdır. Buna görədir ki, namaza dair tövsiyələr Qurani-Kərimdə və digər dini mənbələrdə bütün digər tövsiyələrdən daha çox vurğulanır, və azan zamanı “namaz bütün işlərdən üstündür” ifadəsi ilə bu həqiqət elan edilir.

Atalar və analar, daha sonra müəllimlər, dostlar və cəmiyyətdəki qayda-qanunlar və adətlər, hamısı namazın yayılması və ona bağlılığın möhkəmlənməsi prosesində mühüm rol oynayırlar.

Dini təbliğat orqanları, din xadimləri və bütün möminlər bu məsələni özləri üçün qəti bir vəzifə bilməli, namazın öyrədilməsi, onun təbliği, mənəvi və dərin incəliklərinin izahı, eləcə də hər bir müsəlmanın namaza olan dünyəvi və axirət ehtiyacının bəyanı üçün müasir vasitə və təşviqedici üsullardan istifadə etməlidirlər.

Mən səmimi qəlbdən hörmətli ustad Qəraətiyə təşəkkürümü bildirirəm. O, bu bərəkətli və səmərəli ağacı əkib böyütmüş və bu günkü mərhələyə çatdırmışdır.

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh
Seyid Əli Xamenei
1404/7/15 (2025-ci il, oktyabrın 7-si)

Namazın öyrədilməsi və təbliği sahəsində müasir vasitə və təşviqedici üsullardan istifadə olunsun / Ustad Qəraətinin səyləri yüksək qiymətləndirilsin.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha