şənbə 11 oktyabr 2025 - 20:25
Sülh Nobel mükafatı: İdealdan uzaqlaşmaya qədər / “Şəhid Nəsrullah” adlı beynəlxalq mükafat təsis edilməlidir

Ayətullah Kəbi, Sülh Nobel mükafatının öz əsas idealından uzaqlaşdığını vurğulayaraq, “Şəhid Nəsrullah” adlı beynəlxalq mükafatın təsis edilməsini təklif edib.

Hövzə Xəbər Agentliyinin məlumatına görə Qum Elmi Hövzəsinin Müəllimlər Cəmiyyətinin sədr müavini Ayətullah Abbas Kəbi, Sülh Nobel mükafatının əsas idealından uzaqlaşmasına və müqavimət ümmətinin bu sapmaya verdiyi cavaba toxunaraq, ilahi vədənin “ƏqsaTufanı” əməliyyatı ilə gerçəkləşməsi istiqamətində “Şəhid Nəsrullah” beynəlxalq mükafatının təsis edilməsini təklif edib.

Bismillahir-Rahmənir-Rahim

Qəzza xalqının və Fələstin İslam Müqavimətinin sionist rejim üzərində qələbə çaldığı, iki illik müharibə, soyqırım və vəhşilikdən sonra təcavüzün dayandırılmasına nail olduğu bir zamanda böyük bir həqiqət üzə çıxdı: İslam İnqilabının Ali Rəhbərinin (Allah kölgəsini davamlı etsin) tarixi təhlili bir daha gerçəkləşdi.
Sionist rejim “ƏqsaTufanı” əməliyyatında aldığı ağır kəşfiyyat, siyasi, nüfuz, təhlükəsizlik və hərbi məğlubiyyəti bərpa edə bilmədi.
Bu gün “Həmas” hərbi və təhlükəsizlik baxımından hər zamankından daha güclü, canlı və təsirli vəziyyətdədir.

İşğalçı rejim, misilsiz cinayətlərə baxmayaraq, girovları azad etməyə müvəffəq ola bilmədi və nəticədə müqavimətlə danışıqlara məcbur qaldı. Qəzza xalqı isə iradə və cihad ruhu ilə bərpa mərhələsinə qədəm qoyub.
Sionist rejim hazırda strateji, ictimai və psixoloji böhranlarla üz-üzədir. Sanki ölüm qorxusu içində qıvrılan yaralı bir canavar kimi, öz varlığını qorumaq üçün cinayətlərə əl atır.

Sülh Nobel mükafatı idealdan ədalətsizliyə

Bir vaxtlar Alfred Nobelin sülhə xidmət edən təşəbbüsləri təltif etmək məqsədilə təsis etdiyi Sülh Nobel mükafatı, bu gün artıq öz ədalət yolundan çıxaraq, beynəlxalq sionizm və qlobal hegemon sistemin təbliğat alətinə çevrilib.

Təsisindən bu günə qədər verilmiş 105-dən çox mükafat, bu həqiqəti təsdiqləyir: Bu mükafat indi çox vaxt məzlumların deyil, zalimlərin yanında dayanır. Müharibələrdə, işğallarda, mühasirələrdə və repressiyalarda birbaşa rolu olan şəxslərə təqdim olunur.

Henri Kissincerdən Şimon Peresə, Barak Obamadan Avropa İttifaqına, Ang San Su Çiyə qədər  bu siyahıda adları çəkilən bir çox laureatlar ən azı bir müharibə və ya işğalda iştirak etmiş şəxslərdir.

Bu il Tramp, sionist rejimin cinayətlərində iştirakına baxmayaraq, mükafatdan məhrum qaldı. Lakin mükafat, millətlərin müstəqilliyinə qarşı yönəlmiş və işğalı legitimləşdirən şəxslərə təqdim edildi.
2024-cü ilin qalibi  Venesuelalı siyasətçi Mariya Korina Maçado, sionist rejimin tərəfdarı və öz ölkəsinin qanuni hökumətinə qarşı çıxan fiqur oldu. Bu seçim sülhün deyil, çevrilişin və xalqın alçaldılmasının təsdiqi kimi dəyərləndirildi.

“Şəhid Nəsrullah” Beynəlxalq mükafatı həqiqi azadlıqsevərlərin mükafatı

Bu açıq və aydın azğınlığa qarşı olaraq təklif edilir ki, “Şəhid Nəsrullah” adlı beynəlxalq mükafat təsis olunsun bu mükafat aşağıdakı qəhrəmanlara təqdim edilməlidir:

Döyüş meydanında işğalı yatızdıraraq önə çıxan mücahidlərə;

Mətbuat kanalları arasında həqiqəti çatdıran media fəalları olan jurnalistlərə;

Öz şəhid balalarını qürurla yola salan analara;

Universitetlərdə, küçələrdə və beynəlxalq arenalarda Seyidüş-şühəda bayrağını ucaldan gənclərə;

Qələmləri ilə müqavimət hekayəsini qlobal miqyasda yayan elm adamlarına 

Müxtəlif müstəvilərdə müqavimət və media sahəsində  mədəni cihadı irəli aparan  “sümud” (möhkəmlik) beynəlxalq cəbhəsinin fəallarına.

“Şəhid Nəsrullah” beynəlxalq mükafatının xüsusiyyətləri

1. İlahi məzmun daşıyan mükafat

“Şəhid Nəsrullah” mükafatı hər şeydən öncə ilahi xarakterə malikdir.
Onun legitimliyi siyasi və ya media institutlarından deyil, Allahın özündəndir.
Bu mükafat, haqq uğrunda canını, malını və abırını fəda edən, ilahi vədəni qəlbən təsdiqləyən mömin bəndələrə aiddir.
Onlar “Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər”
﴿إِن تَنصُرُوا اللَّهَ یَنصُرْكُمْ﴾
ayəsinin ruhuna uyğun olaraq bu mükafata layiq görülürlər.

2. Xalq mənşəli mükafat

Diplomatik salonlarda təqdim edilən təmtəraqlı mükafatlardan fərqli olaraq, “Nəsrullah” mükafatı məzlum xalqların qəlbindən doğur.
Şəhid övladını qürurla yola salan ana, dağıntılar arasından həqiqəti çatdıran jurnalist, universitetdə İmam Hüseynin (ə) bayrağını qaldıran gənc onların hər biri bu mükafatın həqiqi sahibidir.
Bu mükafat xalqın duası, göz yaşı və fəryadı ilə verilir, Qərb münsiflərinin səsverməsi ilə yox.

3. Mədəni-sivilizasion mükafat

“Şəhid Nəsrullah” mükafatı sadəcə bir təltif deyil; İslam ümmətinin tarixində yeni mərhələnin başlanğıcıdır.
Bu mərhələdə işğalın sonu, ədalətin doğuşu və mədəni cihadın hərbi, media, mədəni və ictimai sahələrdə bəhrə verməsi nəzərdə tutulur.
Bu mükafat, Qəzza müqavimətindən ümmətin qlobal oyanışına qədər uzanan sivilizasion dönüşün simvoludur.

4. Həqiqəti bəyan edən mükafat

“Şəhid Nəsrullah” mükafatı məzlumların səsini ucaldır və müqavimətin hekayəsini qlobal miqyasda yayır.
Sionist rejimin cinayətlərinə susqun qalan Sülh Nobel mükafatının əksinə, bu mükafat həqiqəti hayqıranlara, işğalı ifşa edənlərə və insan ləyaqətini qoruyanlara təqdim olunur.
Bu mükafat bəşəriyyətin oyanışı və qlobal vicdanın yenidən dirçəlişi üçün bir media və mənəvi platformadır.

5. Strategik xarakter daşıyan mükafat

“Şəhid Nəsrullah” beynəlxalq mükafatı, Sülh Nobel mükafatının əsas ideallarından uzaqlaşmasına və ədalət anlayışının təhrif olunmasına stratejik cavabdır. Dünyada Sülh Nobel mükafatı işğalçılara, müharibə tərəfdarlarına və millətləri devirməyə çalışanlara təqdim edilərkən, bu mükafat həqiqi azadlıqsevərlərə təqdim olunur. O cümlədən cihad, dözümlülük və şəhadətə hazır olmaqla həqiqi azadlıq və əbədi sülh yolunu açırlar.

Bu mükafat yalnız bir təltif deyil. O, qlobal tiraniya qüvvələrinə qarşı mədəni və strateji mövqeyin elanıdır.

Strategik mesaj

“Şəhid Nəsrullah” beynəlxalq mükafatı yalnız bir mükafat deyil həm də mədəni, media və iman cihadının istiqamətində hərəkətdir.
O, həqiqətin təhrifinə cavab o cümlədən müqavimətin təltifi və ilahi vədin təcəssümü olaraq təqdim olunur:

إِن تَنصُرُوا اللَّهَ یَنصُرْکُمْ

“Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər” (Ənfal surəsi 40-cı ayə)

Mükafat kimlərə verilir?

Bu mükafat, qlobal tağut qarşısında, bütün sahələrdə mədəni cihad apararaq, məzlum və ehtiyacı olanların müdafiəsini təmin edən şəxslərə təqdim olunur.

Ali Rəhbərin Sülh Nobel mükafatı haqqında fikirləri

 “(Myanma): Bu dövlətin başında da bir qadın (Aun San Su Çi) var ki, Sülh Nobel mükafatını alıb. Bu, Sülh Nobel mükafatının və Nobelin fatihasıdır. Belə qəddar bir insana, qadına bu mükafatın verilməsi… insan heyrətlənir ki, bəşəriyyət necə bir vəziyyətlə üzləşib.”
(21/06/1396)

İlahi mükafatın Qurani-Kərimdə təsdiqi
وَفَضَّلَ اللَّهُ الْمُجَاهِدِینَ عَلَی الْقَاعِدِینَ أَجْرًا عَظِیمًا (۹۵) دَرَجَاتٍ مِنْهُ وَمَغْفِرَةً وَرَحْمَةً وَکَانَ اللَّهُ غَفُورًا رَحِیمًا
“Allah mücahidləri, oturanlardan böyük mükafatla üstün tutur; onlara mərhəmət və bağışlanma verər. Allah Bağışlayan, Rəhmlidir.”
(Nisa sürəsi: 95–96 cı ayələr)

وَالْحَافِظُونَ لِحُدُودِ اللَّهِ وَبَشِّرِ الْمُؤْمِنِینَ
“Allahın hədlərinə riayət edənləri təqdir et və möminləri müjdələ.”
(Tövbə surəsi 112 -ci ayə)

Abbas Kəbi
18/07/1404

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha