cümə 17 oktyabr 2025 - 19:36
Məhdəviyyət məsələləri (16) | Zühur üçün vaxtın təyin edilməsi

Hövzə / Tarix boyu hər zaman elə insanlar olmuşdur ki, şeytani niyyətlərlə zühur üçün müəyyən vaxt təyin etmişlər və gələcəkdə də belə şəxslər olacaqdır. Bu səbəbdən məsum imamlar (ə) istəmişlər ki, vaxt təyin edənlərə qarşı laqeyd qalmayaq, əksinə onları təkzib edək.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, “İdeal Cəmiyyətə Doğru” adlı Məhdəviyyət mövzuları toplusu, İmam Zamanın (ə.f) bağlı təlim və maarifin yayılması məqsədilə siz hörmətli oxuculara təqdim olunur.

İnsanların zehnini daim məşğul edən suallardan biri budur: İmam Zaman (ə.f) nə vaxt zühur edəcəkdir və bu barədə müəyyən bir vaxt təyin olunmuşdur?

Cavab budur ki, din alimlərinin kəlamlarına əsasən, zühurun vaxtı insanlardan gizli saxlanılmışdır.

İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur:
کَذَبَ اَلْمُوَقِّتُونَ مَا وَقَّتْنَا فِیمَا مَضَی وَ لاَ نُوَقِّتُ فِیمَا یَسْتَقْبِلُ. (الغیبه، شیخ طوسی، ج ۱، ص ۴۲۶)

 Vaxt təyin edənlər yalan danışırlar. Biz və bizdən öncəki imamlar (imamın zühuru üçün) vaxt təyin etməmişik və həmçinin bizdən sonrakı imamlar da (imamın zühuru üçün) vaxt təyin etməyəcəklər.

(Əl-ğeybə, Şeyx Tusi, c. 1, s. 426)

Deməli, zühur üçün konkret vaxt göstərənlər aldadıcı və yalançıdırlar. Bu həqiqət rəvayətlərdə dəfələrlə vurğulanmışdır.

İmam Baqir (ə) də səhabələrindən birinin “zühur nə vaxt olacaq?” sualına belə cavab vermişdir:

کَذَبَ الوَقّاتونَ، کَذَبَ الوَقّاتونَ، کَذَبَ الوَقّاتونَ. (الغیبه، شیخ طوسی، ج ۱، ص ۴۲۵)

Vaxt təyin edənlər yalan danışırlar, vaxt təyin edənlər yalan danışırlar, vaxt təyin edənlər yalan danışırlar.

(Əl-ğeybə, Şeyx Tusi, c. 1, s. 425)

Bu kimi rəvayətlərdən aydın olur ki, tarix boyu həmişə zühur üçün vaxt təyin edənlər olmuşdur və gələcəkdə də olacaqdır. Buna görə də məsum imamlar (əleyhimus-salam) şiələrindən istəmişlər ki, belə şəxslərə qarşı biganə qalmasınlar, əksinə onları təkzib etsinlər.

İmam Sadiq (əleyhis-salam) bu barədə səhabələrindən birinə belə buyurmuşdur:
مَنْ وَقَّتَ لَکَ مِنَ اَلنَّاسِ شَیْئاً فَلاَ تَهَابَنَّ أَنْ تُکَذِّبَهُ فَلَسْنَا نُوَقِّتُ لِأَحَدٍ وَقْتاً. (الغیبه، شیخ طوسی، ج ۱، ص ۴۲۶)

Kim sənin üçün zühur vaxtını təyin edərsə, onu təkzib etməkdən əsla çəkinmə. Çünki biz heç kəs üçün zühur vaxtını müəyyənləşdirməmişik.
(Əl-ğeybə, Şeyx Tusi, c. 1, s. 426)

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha