bazar 19 oktyabr 2025 - 18:29
Ailə savadı | Tələbə övladım dindən və ailədən uzaqlaşıb; nə etməliyəm?

Hövzə / Tələbə övladın dini və ictimai öhdəliklərinin azalması adətən yeni mühitin təsiri və ailədən uzaq qalması ilə bağlıdır. Valideynlər gözləntilərini açıq şəkildə bildirməklə, daimi əlaqəni qorumaqla, keçmişdəki müsbət xüsusiyyətləri xatırlatmaqla və övladın yerli mühitə daha yaxın olmasını (məsələn, doğma şəhərdə təhsil və ya yaşayış) təmin etməklə mühitin mənfi təsirlərini azalda və onun davranışını tədricən düzəldə bilərlər.

Hövzə Xəbər Agentliyinin verdiyi  məlumata əsasən, ailə məsələləri üzrə ekspert və məsləhətçi Höccətül-İslam vəl-müslimin Seyyid Əlirza Təraşiyun “tələbələrin ailə mühitində dini və ailəvi öhdəliklərinin qorunması” mövzusunda verilən suallara cavab verib. Bu mövzu siz, dəyərli oxuculara təqdim olunur.

Oğlum tələbədir və universitetə daxil olmamışdan əvvəl çox intizamlı və dindar idi. Amma son iki-üç il ərzində cəmiyyətlə az təmas qurur, ailəyə diqqət etmir və dini vacibatlarını yerinə yetirmir. Bunun səbəbi nə ola bilər və bu vəziyyəti idarə etmək üçün hansı yollar mövcuddur?

Bəzən mühitin dəyişməsi insanın davranış və baxışlarına birbaşa təsir göstərə bilər. Təcrübə göstərir ki, məktəbin, şəhərin dəyişməsi, universitetə daxil olmaq, hətta evlənmək belə insanın həyatında mühüm dəyişikliklər yarada bilər.

Mühit elə bir gücə malikdir ki, hətta irsi meyllər üzərində də təsir göstərə bilər. Başqa sözlə, əgər bir şəxs dini və əxlaqi baxımdan sağlam bir ailədən gəlirsə belə, lakin sağlam olmayan, mənfi bir mühitdə yaşasa, zamanla həmin mühitin təsiri altına düşə bilər.

Təəssüf ki, təhsil mühitlərimizin çoxu istər məktəblər, istərsə də universitetlər  bu cür çətinliklərlə üzləşməyə kifayət qədər hazır deyillər. Bir məktəb və ya universitetdə müxtəlif xüsusiyyətlərə, mədəniyyətlərə və tərbiyə tərzinə malik insanlar bir araya gəlirlər.

Bəziləri sağlam və bir-birinə bağlı ailələrdən gəlirlər, bəziləri isə asılılıq, boşanma və ya ciddi tərbiyə problemləri kimi çətinliklərlə üzləşmiş ailələrdə böyüyüblər. Bu müxtəliflik mühiti elə bir yerə çevirir ki, zərərli təsirlər təbii şəkildə insanlar arasında ötürülür. Əgər düzgün planlaşdırma və nəzarət olmasa, şagird və tələbələrin mənfi təsirlərdən zərər görmə ehtimalı artır.

Belə şəraitdə ilk və ən vacib vəzifə ailələrin maariflənmə səviyyəsini artırmaqdır. Övladı yeni və çətin bir mühitə daxil olan valideynlər üçün bir neçə əsas məqam “zərbə qəbul edən” rolunu oynaya bilər və onların mənəvi gərginliyini azalda bilər:

1. Gözləntiləri açıq şəkildə bildirmək:

Valideynlər övladlarına öz gözləntilərini aydın və birbaşa şəkildə çatdırmalıdırlar. Məsələn, belə deyə bilərlər:
“Oğlum, biz sənin namaz qılan, oruc tutan bir gənc olmağınla fəxr edirdik. Bu xüsusiyyətlər sənin üçün çox dəyərli idi və istəmirik ki, universitetə getməyin bu gözəl vərdişlərdən uzaqlaşmana səbəb olsun.”

Övladdakı dəyişikliklərə susmaq yalnız valideynlərin içində narazılığın yığılmasına səbəb olur. Buna görə də gözləntiləri hörmətli və açıq şəkildə ifadə etmək böyük önəm daşıyır.

2. Daimi əlaqəni qorumaq və gücləndirmək:

Əgər övlad ailəni daha az ziyarət edirsə, valideynlər özləri təşəbbüs göstərməlidirlər. Bu sahədə böyük qardaşlardan kömək almaq da faydalı ola bilər ki, daha çox üzü-üzə ünsiyyət təmin edilsin.

Belə olmamalıdır ki, övlad başqa şəhərə getməklə tamamilə azad olduğunu və istədiyi kimi hərəkət edə biləcəyini düşünsün. Daimi əlaqə ona xatırladır ki, hələ də ailənin sevgi və nəzarət dairəsindədir.

3. Yerli mühit prinsipi:

Təhsil sistemindəki əsas problemlərdən biri tələbələrin təhsil üçün şəhərdən və ailədən uzaqlaşmağa məcbur olmasıdır.

Əslində universitetlərin yerli olması əsasdır ki, tələbələr ailələrinin yanında qala bilsinlər. Bu bir çox mədəni və tərbiyəvi zərərləri azalda bilər. Mümkün olduqda ailənin övladın təhsil aldığı şəhərə yaxınlaşması şəraitini yaratmaq da əlaqənin kəsilməməsinə kömək edə bilər.

4. Keçmişdəki müsbət xüsusiyyətləri xatırlatmaq:

Valideynlər övladlarına keçmişdəki müsbət xüsusiyyətlərini davamlı olaraq xatırlatmalıdırlar.Məsələn:
“namazını vaxtında qıldığını görməkdən çox məmnun olurduq” və ya “məscidə gedib ibadətlərinizi yerinə yetirməyə diqqət etdiyini görmək bizi sevindirirdi.”

Bu xatırlatmalar, birbaşa tənqid etmədən, övladın zehninə təsir göstərə və onu keçmişdəki müsbət davranışlarına təsir edə bilər.

Universitet mühiti və ondan doğan dəyişikliklər həqiqətən övladın inanclarına və davranışlarına təsir göstərə bilər. Lakin valideynlər gözləntiləri açıq şəkildə ifadə etməklə, daimi əlaqəni qorumaqla, yerli mühit prinsipinə diqqət yetirməklə və müsbət xüsusiyyətləri davamlı xatırlatmaqla zərərlərin azalmasında əhəmiyyətli rol oynaya və övlad üçün tədricən daha yaxşı şərait yarada bilərlər.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha