Hövzə Xəbər Agentliyinin məlumatına görə, müasir dünyanın mürəkkəb reallığında intihar fenomeni psixi sağlamlıq sahəsində ən ciddi narahatlıq doğuran problemlərdən birinə çevrilmişdir.
Bu mövzunu daha dərindən anlamaq, habelə onun qarşısının alınması və mübarizə yollarını müəyyənləşdirmək məqsədilə psixoloq və fərdi pozuntular üzrə psixoterapevt xanım Maide Purqoli ilə xüsusi elmi müsahibə təşkil olunmuşdur.
Aşağıda təqdim olunan mətn bu səmimi və ixtisaslaşmış söhbətin nəticəsidir və ümid edirik ki, hamımız üçün faydalı və istiqamətverici olacaqdır.
Hövzə Xəbər Agentliyinə vaxt ayırdığınız üçün təşəkkür edirik. Zəhmət olmasa bildirin: İntihar həmişə psixi pozuntunun əlamətidirmi, yoxsa bəzən həyat şəraitinə verilən bir reaksiya ola bilərmi?
Əksər hallarda (təxminən doxsan faizdən çoxunda) tam əminliklə demək olar ki, bir şəxs intihar barədə düşünürsə və ya bu addımı atırsa, bu, dərin psixoloji narazılıq və mürəkkəb daxili gərginliklə əlaqədardır. Burada söhbət mütləq konkret bir psixi xəstəlikdən getmir, lakin hadisələrin çoxunda depressiya və ya şəxsiyyət pozuntusu kimi hallar müşahidə olunur.
Yəni, əgər desək ki, intihar bəzən həyatın ağır şərtlərinə verilən bir reaksiyadır, bu zaman belə bir incəliyi nəzərə almaq lazımdır: İki insan eyni dərəcədə çətin və dözülməz şəraitdə ola bilər. Lakin onlardan biri depressiya və ya narahatlıq meylləri olan şəxs çıxılmaz vəziyyətlə üzləşdikdə belə düşünə bilər: Artıq dözə bilmirəm, bəsdir, hər şey bitsin. Nəyə və kimə görə yaşayıram? Bu problem həll olunmayacaq, mən yorulmuşam və heç bir ümid qalmayıb. Nəticədə bu şəxs intihar fikrinə meyllənə bilər.
Amma onun yanında eyni çətinlikləri yaşayan digər bir insan, əgər bu cür psixoloji zəminə malik deyilsə, nə qədər ağır stress və ümidsizlik içində olsa da, heç vaxt intihar barədə düşünməyə və ya bu addımı atmağa qədər irəliləməyə bilər.

Belə nəticəyə gəlmək olar ki, hərçənd mühit amilləri intihar meyilliyinin formalaşmasında mühüm rol oynayır, lakin psixoloji zəminli bir pozuntu və ya ruhi gərginlik mövcud olduqda, intihar fikri və ya intihar cəhdinin başvermə ehtimalı əhəmiyyətli dərəcədə artır.
İntihar riski altında olan bir şəxsi göstərən əsas xəbərdaredici əlamətlər hansılardır?
İntihara meyilliliyi göstərən əlamətlərdən danışarkən qeyd etmək lazımdır ki, güclü psixoloji təzyiq və emosional ağrı bəzən şəxsi belə bir düşüncəyə gətirib çıxarır: Artıq bəsdir, hər şey bitsin, yaşamağımın bir mənası yoxdur.
Çünki ağrı, gərginlik və psixoloji yük o qədər çoxalır ki, insan üçün dözümsüz görünməyə başlayır.
Ətrafımızdakı insanların gündəlik davranışlarında, əgər əvvəlki aylara nisbətən birdən-birə dəyişikliklər müşahidə olunursa, bu hallar ciddi xəbərdarlıq siqnalları ola bilər: Əvvəllər sosial münasibətləri normal olan, işində və ya təhsilində aktiv şəxs qəfil tənha və təcrid olunmuş vəziyyətə düşür.
İnsanlarla ünsiyyətdən qaçır, toplu mühitlərdə iştirak etmək istəmir.
Soyuq, laqeyd və həvəsiz davranmağa başlayır.
Motivasiyasız və ümidsiz görünür bu ümidsizlik bəzən gündəlik fəaliyyətlərdə, məsələn, duş almaq, geyim dəyişmək və ya dərs oxumaq kimi sadə işlərə qarşı tam laqeydlik və həvəsizlik şəklində özünü göstərə bilər.
Təəssüf ki, bəzi yeniyetmələr arasında özünə zərər vermə hallarına da rast gəlinir (məsələn, damarlarını kəsmək və ya biləyinə cızıq atmaq kimi). Hətta bu davranış bir qələm ucu ilə, sadəcə “sınaq” məqsədilə edilsə belə, bu, çox ciddi psixoloji xəbərdarlıq siqnalı hesab edilməlidir.
Çünki bir şəxs bu davranışı “sınaqdan keçirməyi” düşünürsə, bu, gələcəkdə daha ağır psixoloji təzyiq altında daha ciddi və təhlükəli addımlar atmaq riskinin yüksək olduğunu göstərə bilər.
Hətta aşağıdakı kimi ifadələr də diqqətə alınmalıdır:
“Kaş ki, həyat davam etməsəydi.”
“Artıq bezmişəm, daha dözə bilmirəm...”
Bu cür ifadələr intihar riski daşıyan daxili ümidsizlik və tükənmişlik vəziyyətinin açıq göstəriciləri ola bilər.

2. Bilin ki, bu cür davranışların arxasında ümidsizlik və dərin kədər hissi dayanır.
Yəni, əgər bir şəxs belə davranışlara meyl edirsə, deməli, onun daxilində artıq ümidsizlik və emosional boşluq formalaşıb.
Əgər bu ruhi zəmin olmasa, insan heç vaxt belə davranışlara yönəlməz.
3. Mütəxəssis müdaxiləsini mütləq təmin edin.
Şəxs mütləq psixoloq və ya psixoterapevtə yönləndirilməlidir.
Daimi və planlı konsultasiya seansları təşkil edilməlidir.
4. Düzgün və sakit şəkildə məlumatlandırma aparın.
Əgər bu şəxs dostunuzdursa, vəziyyəti onun ailəsinə xəbər verin.
Əgər şagirddirsə, məktəb psixoloquna və ya rəhbərliyə məlumat verin.
Bütün bunlar sakit, təmkinli və şou effekti yaratmadan həyata keçirilməlidir.
5. Yumşaq və idarəli davranış sərgiləyin.
Qışqırıq, təlaş və ya təzyiq olmadan.
Həmişə sakitlik və hörmət çərçivəsində.
Şəxsə qarşı daha çox mənfi təsir və travma yaratmamaq şərtilə.
Unutmayın:
İntihar düşüncəsi istənilən halda ciddi bir təhlükə əlamətidir və dərhal, peşəkar səviyyədə müdaxilə və nəzarət tələb edir.
Rəyiniz