cümə axşamı 13 noyabr 2025 - 19:01
Fələstinlilərin mühasirəsi zamanı Höccətül-islam Təbatəbainin fədakarlıq hekayəsi

Hövzə/ Ayətullah Əxtəri, Höccətül-İslam vəl-müslimin Seyid İsa Təbatəbainin Livan və Fələstində göstərdiyi xidmətlərə işarə edərək deyib: Cənab Təbatəbai 70 gün ərzində Fələstinlilərin arasında mühasirədə qaldı ki, bununla göstərsin İslam Respublikası Fələstinin müdafiəsində möhkəm dayanır.

Hövzə Xəbər Agentliyinin  müxbiri Tehrandan verdiyi xəbərə görə, İslam İnqilabının Ali Rəhbərinin Livandakı nümayəndəsi Höccətül-İslam vəl-müslimin Seyid İsa Təbatəbainin həyat yolunu əks etdirən “Vəkil” adlı sənədli filmin təqdimat mərasimi “Hünər Hüseyniyyəsində” keçirilib.

Mərasimdə Beynəlxalq Aşura fondunun rəhbəri Höccətul-İslam vəl-müslimin Məhəmməd Həsən Əxtəri və İranın Livandakı sabiq mədəni işlər üzrə müvəqqəti işlər vəkili Məhəmməd Mehdi Şəriətmədar çıxış ediblər.

“Vəkil” sənədli filmi, İslam İnqilabının Ali Rəhbərinin Livandakı nümayəndəsi Höccətul-İslam vəl-müslimin Seyid İsa Təbatəbainin həyatını Livanın tanınmış simaları və Müqavimət Cəbhəsinin komandirləri ilə aparılmış müsahibələr əsasında təqdim edir.

Höccətul-İslam vəl-müslimin Məhəmməd Həsən Əxtəri Dünya Əhli-beyt (ə) cəmiyyətinin Ali Şurasının sədri sənədli filmin yaradıcı heyətinə təşəkkürünü bildirərək deyib: Bu, çox dəyərli bir işdir. Çünki sənətkarlar öz əsərlərində az tanınan, lakin böyük xidmətlər göstərmiş şəxslərin həyat və fəaliyyətlərini əks etdirirlər. Belə filmlər həmin şəxsiyyətlərin həyatını bir növ tədris dərsinə çevirir.

O əlavə edib: Filmin yaradıcı heyətinə dərin təşəkkürümü bildirirəm. Onlar mücahid, fədakar və alim bir ruhaninin həyatını sənədli şəkildə təqdim etmək təşəbbüsünü göstəriblər.

Höccətül-islam Təbatəbainin Nəcəf Elmi Hövzəsində təhsili

Dünya Əhli-beyt (ə) cəmiyyətinin ali şurasının sədri bildirib: Mənim Höccətul-İslam vəl-müslimin Seyid İsa Təbatəbai ilə tanışlığım və dostluğum təxminən altmış il əvvələ gedib çıxır. Bu illər ərzində mən onunla həmkar və yol yoldaşı olmuşam. Bizim tanışlığımız müqəddəs Nəcəf şəhərində başladı və o dövrdə böyük alimlərin dərslərində iştirak edirdik.

O əlavə edib: Mən, cənab Təbatəbai və mərhum Möhtəşəmi cümə günləri dərslərimizi davam etdirərdik. Həmin günlərdə şəhid Ayətullah Mədəniyə baş çəkər, onun evində ondan dərs alardıq.

Höccətul-İslam Əxtəri daha sonra deyib: Təbatəbainin həyatının növbəti mərhələsi Livana gedişi ilə başladı. Biz Nəcəfdə təhsil alarkən o, təbliğ məqsədilə müxtəlif bölgələrə getməyin zəruriliyini dərk etmişdi. O, Livana getdi, orada məktəb müdiri və İmam Musa Sədrin müşaviri kimi fəaliyyət göstərdi. Daha sonra Kəfr-Hunə bölgəsinə gedərək dini təbliğlə məşğul oldu.

Seyid İsa Təbatəbainin Livandakı mühüm rolu

Əxtəri vurğulayıb: İslam İnqilabının qələbəsindən sonra İmam Xomeyninin (r.) Seyid İsa Təbatəbaini yaxından tanıması nəticəsində, o, Livanda mühüm və təsirli bir mövqe qazandı.

Höccətul-İslam vəl-müslimin Əxtəri, Seyid İsa Təbatəbainin Livan və Fələstindəki xidmətlərindən danışarkən bildirib: Cənab Təbatəbai 70 gün ərzində Fələstinlilərin arasında mühasirədə qaldı ki, bununla göstərsin İslam Respublikası Fələstinin müdafiəsində sarsılmaz mövqedə dayanır.

O əlavə edib: O, həmişə İslam, Quran, Əhli-beyt (ə) və Vilayəti-fəqihə sevgi ilə xidmət edib. Onun həyatı göstərir ki, Allah-Taala səmimi niyyətlə çalışan hər kəsə öz köməyini nəsib edir.

Mərasimin davamında, İranın Livandakı sabiq mədəni işlər üzrə müşaviri Məhəmməd Mehdi Şəriətmədar bildirib: İlk növbədə, Hünər Hüseyniyyəsinə və ‘Ammar’ festivalına Höccətul-İslam vəl-müslimin Seyd İsa Təbatəbaini anmaq və ona təşəkkür etmək üçün göstərdikləri diqqətə görə dərin minnətdarlığımı bildirirəm. O, mücahid bir şəxs olaraq imam Musa Sədrin yolunu izləyib və bu yolu davam etdirdi.

Seyid İsa Təbatəbai mürəkkəb və xüsusi bir şəxsiyyət

Şəriətmədar vurğulayıb: Seyid İsa Təbatəbai mürəkkəb və istisna bir şəxsiyyətdir. Mənim fikrimcə, ‘Vəkil’ sənədli filmi, bütün hörmətimə baxmayaraq, bu böyük şəxsiyyəti tam şəkildə təqdim edə bilmədi.

O əlavə edib: Müqavimət böyük insanların sayəsində möhkəmlənib və onların ən seçilmişi Seyid Həsən Nəsrullahdır. Bundan əlavə, İrandan da ruhanilər və istedadlı şəxslər Livana və regiona gedərək Müqavimət Cəbhəsinə dəstək veriblər ki, bunların ən önəmliləri imam Musa Sədr və şəhid Çəmran olub. Seyid İsa Təbatəbai isə imam Musa Sədrin yolunu davam etdirərək Livandakı şiə cəmiyyətinə kimlik verdi və Müqaviməti bu ölkədə möhkəmləndirdi.

Seyid İsa Təbatəbai çağımızın ən uğurlu şəxslərindən biri

Sabiq müşavir qeyd edib: Seyid İsa Təbatəbai çağımızın ən uğurlu şəxslərindən biridir və Müqavimət olduğu müddətcə onun adı əbədiləşəcək. Onun Livandakı xidmətlərinə misal olaraq, kömək komitəsinin, şəhid fondunun, əlillər institutunun, qarza fondunun, cihad müqaviləsi, Kövsər fondu, İmam Xomeyni mərkəzləri, Beyrutda Rəsul Əzəm xəstəxanası, Bəlbəkdə İmam Xomeyni elmi hövzəsi, Əl-Menar televiziyası və s. göstərilə bilər. Maraqlı məqam budur ki, bu milyardlarla qiymətə malik qurumların hamısını o, Hizbullahın ixtiyarına verdi.

“Vəkil” sənədli filmi və Seyid İsa Təbatəbainin ruhu

Filmin rejissoru Siyamək Muxtari bildirib: Bu sənədli filmdə əsas məqsədimiz Seyid İsa Təbatəbainin fəaliyyətinin nəticəsini və ruhunu əks etdirmək olub.

Sənədli filmin prodüseri Səccad İslami isə əlavə edib: Filmin çəkilişləri 2017-ci ildən, Şəriətmədarın rəhbərliyi ilə başladı. Muxtari sənədli filmin ideyasını təqdim etdi və 2022-ci ildə filmi tamamladıq. Seyid Həsən Nəsrullahın şəhid olması ilə filmin ssenarisi dəyişdi.

O vurğulayıb: İran tamaşaçısı Seyid İsa Təbatəbainin fəaliyyət göstərdiyi şəraiti yaxşı tanımır. Buna görə filmin ilk üçdə biri Beirut və Livandakı çətin şəraitin təqdim edilməsinə həsr olunub. Əslində bu sənədli film zəif bir xalqın güclü bir xalq halına gəlməsini göstərir.

Sonda prodüser əlavə edib: Həqiqət budur ki, biz 90 dəqiqə ərzində Seyid İsa Təbatəbainin bütün inqilabi, mücahid və sufizm dolu həyatını əks etdirə bilmədik. Ümidvarıq ki, gələcəkdə onun xidmətlərinin hər bir hissəsi haqqında ayrıca sənədli film və ya bədii film hazırlaya biləcəyik.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha